Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1223/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi X1 maraqlı şəxs X11 ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs X11 ilə mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02339 saylı barışıq sazişinin təsdiq edilməsi, X5 xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə cəmi 90 manat, cəmi 180 alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə toy etməklə ailə həyatı qurmuş. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pozulmuş və ayrılmışlar. Daha sonra o, mediasiya orqanına müraciət etmiş və 2xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-02339 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə cəmi 90 manat, cəmi 180 manat aliment ödənilməsi barədə razılaşmışlar. X2 üzərinə götürdüyü öhdəliyi yerinə yetiməyərək alimenti ödəməmişdir. Ərizəçi X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 oğlu xx.xx.2018-ci ildə, X12 xx.xx.2015-ci ildə doğulmuşlar. Uşaqların atası X11, anası X4r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02339 nömrəli Barışıq Sazişindən görünür ki, ikinci tərəf X11 bu sazişi imzaladıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2018-ci il təvəllüdlü X6 uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, cəmi 180 manat aliment pulunu X3 ödəməsinə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2023-cü ilin sentyabr ayının 15dən başlamaqla, hər ayın 10-da gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 20-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 19 iyun 2015-ci il təvəllüdlü X8, 31 mart 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment X5 alınaraq X3 ödənilməsi barədə 11 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02339 nömrəli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə görə alimentin tutulması 15 sentyabr 2023-cü il tarixdən başlayaraq, hər ayın 10-da nağd qaydada, köçürmə yolu ilə poçt və bank vasitəsi ilə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaraılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1223/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1223/2024
15.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver