Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1224/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00304 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü ildə X10 və xx.xx.2021-ci ildə X7 adlı uşaqların yetkinlik vaşma çatana kimi saxlanılması üçün hər av hər bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Nikahları xx.xx.2012-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2014-cü ildə X10 və xx.xx.2021-ci ildə X7 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Famil uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Famillə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-00304 saylı barışıq sazişi imzalanmışdır. Cavabdeh işləməklə aylıq gəliri olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 100 manat, üç uşağa görə cəmi 300 manat alimenti ona özü ödəyəcəkdir. Lakin Famil barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00304 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs üç nəfər uşaqın saxlanılması hər ay hər bir uşağa görə 100 manat, üç uşağa görə 300 manat alimentin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 07 noyabr 2010-cu ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 22 fevral 2014-cü ildə Masallı rayonu Rüdəkənar kəndində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Abbasova (Babayeva) Familə Mönsüm qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 01 mart 2021-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 07 noyabr 2010-cu il tarixdə Ərizəçi doğulmuş X4 atası hesab edilmiş və xx.xx.2024cü ildə 96 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 26 fevral 2024-cü il tarixli, MŞL/MT014/2024/MŞL-00304 nömrəli Barışıq Sazişindən görünür ki, X1 və X5 xx.xx.2012-ci il tarixli nikahın davam etdirilməsinə razı olmamışlar. Tərəflər 07 noyabr 2010-cu il təvəllüdlü X9, 22 fevral 2014cü ildə X10 və 01 mart 2021-ci ildə X7 anası X2 yanında saxlanılmasına razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs barışıq sazişi imzaladıqdan sonra 07 noyabr 2010-cu il təvəllüdlü X9, 22 fevral 2014-cü ildə X10 və 01 mart 2021-ci ildə X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, cəmi 300 manat aliment pulunu pulunu analarına ödənilməsinə öhdəlik götürür. Alimentin hesablanması 2024-cü ilin mart ayının 01-dan başlamaqla har ayın 01-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödayacəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 06 mart 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 26 fevral 2024-cü il tarixli, MŞL/MT014/2024/MŞL-00304 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 mart 2024-cü ildən başlayaraq Maraqlı şəxs 07 noyabr 2010-cu il təvəllüdlü X4, 22 fevral 2014-cü ildə X6 və 01 mart 2021-ci ildə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1224/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1224/2024
15.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver