Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1228/2024 06.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx.xx.1988-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X3 xx.xx.1988-ci ildə anadan olmuşdur, lakin xx.xx.2023-cü ildə keçirtmiş olduğu xəstəlikdən vəfat etmişdir. Oğlu X1 rayonun Boradigah qəsəbəsində olan qəbirsanlığında dəfn olunmuşdur. Mərhum X3 vəfat edərkən ölümü barədə təcili yardıma məlumat verilməmişdir. Buna görə mərhumun ölümü qeydiyyata alınmamış qalmışdır. Buna görə də Maraqlı şəxs mərhum oğlunun ölüm haqqında şəhadətnaməsini verə bilməmişdir. Hazırda mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi bir sıra sənədlərin düzəldilməsində lazım olduğundan onu əldə edə bilmir. Odur ki, mərhum X3nun xx.xx.2023-cü ildə vəfat etməsi faktının miiəyyən edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X8 25 iyun 2023-cü ildə xəstəlik səbəbindən ölmüşdür. Mərhum Masallı rayonu Boradigah qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X8 25 iyun 2023-cü ildə xəstəlik səbəbindən ölmüşdür. Mərhum Masallı rayonu Boradigah qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Boradigah qəsəbə İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 311 nömrəli arayışda qeyd olunmuşdur ki, X8 25 iyun 2023-cü il tarixdə vəfat etmiş və Masallı rayonu Boradigah qəsəbə qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 3-16-5/8-129-2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X8 15 dekabr 1988-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Ərizəçi, anası X7r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 25 iyun 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 15 dekabr 1988-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində doğulmuş X4 25 iyun 2023-cü ildə Masallı rayonu Boradigah qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1228/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1228/2024
06.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver