Məhkəmə qərarları › İş №2(050)-1231/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1231/2023

27.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1231/2023 27.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Şərəfə kənd sakini Maraqlı şəxs qarşı uşağın atanın himyəsinə verilməsi və ana ilə ünsiyyət tələbi barədə 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2020-ci ildə nikahlarını qeyd etmədən ailə həyatı qurmuşlar. Faktiki nikahlarından 26 mart 2021-ci il təvəllüdlü Toğrul adlı uşaqları olmuşdur. Uşağa münasibətdə atalıq faktı müəyyən edilmişdir. Ailədə bir müddət mehriban yaşasalar da, sonradan müəyyən səbəblərdən ayrılmalı olmuşlar. Sonradan Maraqlı şəxs ona qarşı Masallı Rayon Məhkməsində iddia qaldıraraq birgə nikahdan 26 mart 2021-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 300 manat sabit pul məbləğində aliment tələb etmişdir. Masallı Rayon Məhkməsinin 24 may 2021-ci il tarixli, 2(050)-1633/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 26 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh Ərizəçi alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Bundan sonra o, Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 mart 2021-ci ildə anadan olmuş X6 ilə hər həftənin şənbə, bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyət saxlamaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkməsinin 09 avqust 2021-ci il tarixli, 2(050)-1918/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ərizəçi 26 mart 2021-ci ildə anadan olmuş X6 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 15:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə ünsiyyətin təmin edilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə çəkişmələrindən sonra uşağın ata və ana nəvazişlərindən kənarda qalmamasından və maddi ehtiyaclarının ödənilməsindən ötəri Maraqlı şəxs ona zəng edərək uşağa münasibətdə danışıqlar aparmasını təklifini etmişdir. Beləliklə də, qəbul olunmuş qətnamədən kənar 28 dekabr 2021-ci il tarixli, 2021-008488 saylı barışıq sazişi bağlayaraq Masallı Rayon Məhkməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-1633/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı artırılaraq bir uşağa görə 175 manat məbləğində müəyyən edilməsinə razılaşmışlar. Buna baxmayaraq, növbəti ildə dövlət tərəfindən alimentin miqdarı artırılmasını da nəzərə alıb hər ay 200 manatdan artıq pul ödəmişdir. Bundan da əlavə uşağın geyim paltaltarını, eyni zamanda həkim müayinələrini və müalicələrini həyata keçirmişdir. Elə bu baxımdan da qeyd edilən ünsiyyətlə bağlı qətnamə də nəzərə alınmadan uşaq həftələrlə onun himayəsində olmuşdur. Bu həm də onunla əlaqəli idi ki, Maraqlı şəxs və anası Mərifət işə gedirdilər. Bu onun üçün heç də maraqlı deyildi. Ona daha yaxşı idi ki, övladı Toğrul onun və valideynlərinin yanında daha çox olurdu. O, Maraqlı şəxs ünsiyyətlə bağlı saziş bağlamaq təklifini etmiş, eləcə də razılaşmışlar. O, bu barədə onu təmsil etmək üçün Masallı rayonu, Yeyənkənd kənd sakini X5 1 ay müddətinə 23 fevral 2023-cü il tarixdə etibarnamə vermişdir. Elə həmin gün Masallı rayonunda yerləşən Mediasiya Şurasına gəlmişlər. X7 Maraqlı şəxs təmsil etməkdən ötəri hesaba pul köçürməsini və müqavilə bağlanmasını bildirmişdir. Maraqlı şəxs ehtiyac yoxdur, özü öz hüquqlarını bilir deyə mediator X3 qarşısında fikirlərini bildirdi. O, da fikirlərini dinlədikdən sonra xx.xx.2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişini tərtib etdikdən sonra imzalamamışdan öncə tərəflərə oxuyub, imza etməklərini bildirdi. Beləliklə, o və Maraqlı şəxs barışıq sazişini oxuyub düzgün olduğunu bilib imza etmişlər. Həmin barışıq sazişinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X6 atası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. Birinci tərəf kimi, hər ayın 1-dən 14-nə kimi xx.xx.2021-ci il təvəllüdlü X6 ilə anası Maraqlı şəxs yanında qalmaqla, ünsiyyət verməyə öhdəlik götürmüşdür. Qeyd edilən bu saziş bağlandıqdan sonra sazişdən əvvəl uşağın onun yanında olduğunu da nəzərə alıb, uşağı fevral ayının sonunda sazişə əsasən Maraqlı şəxs vermişdir. Həmin sazişə əsasən Maraqlı şəxs sazişin tələblərini pozub ünsiyyət vaxtı bitdikdən sonra uşağı ona nəinki qaytarmamış, hətta tamamilə ondan əlaqəsini uzmüşdür. Aralarında olan qeyd edilən iki sazişə görə yuxarıda qeyd etdiyi məhkəmə qətnamələrinin icrası ilə bağlı da icra işinə xitam verilməsi üçün ərizə verib geri qaytarılmışdır. Nəticə etibarı ilə bütün bu qeyd etdiyi proseduralardan sonra Maraqlı şəxs sonuncu sazişi pozmağının səbəbi bu olmuşdur. Maraqlı şəxs anası X1 xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Masall rayonu, Şərəfə kəndində yerləşən fərdi yaşayış evinin həyətində azyaşlı övladını yaşadığı evə aparmaq üçün gələndə aralarında olan şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsi ilə bağlı Masallı Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı barədə iş var idi. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli, 1(050)-52/2023 saylı sonuncu məhkəmə iclasında ittihamı müdafiə etdiyindən Maraqlı şəxs sazişin tələblərinin pozmuşdur. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə istinad etmişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2021-ci il tarixli, 2(050)-1633/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 26 mart 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh Ərizəçi alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi, alimentin tutulmasının 27 aprel 2021-ci il tarixdən hesablanması, Ərizəçi 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilməsi, iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 avqust 2021-ci il tarixli, 2(050)-1918/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Ərizəçi 26 mart 2021 -ci ildə doğulmuş X6 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan saat 15:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə ünsiyyətinin təmin edilməsi və cavabdeh Maraqlı şəxs ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat tutulub Ərizəçi verilməsi qət edilmişdir. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişində göstərilir ki, tərəflər xx.xx.2021-ci il təvəllüdlü X2 atası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. Birinci tərəf Ərizəçi bu sazişi imzalandıqdan sonra hər ayın 1dən 14-nə kimi xx.xx.2021-ci il təvəllüdlü X6 ilə anası Maraqlı şəxs yanında qalmaqla ünsiyyət vermək barədə öhdəlik götürür. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi təsdiq edilməsini xahiş etdiyi 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişi bağlanan zaman övladı xx.xx.2021-ci il təvəllüdlü X6 onun yanında olmuşdur. Barışıq sazişi xx.xx.2023-cü il tarixdə təsdiqləndikdən sonra ərizəçi fevral ayının sonunda övladını qarşı tərəfə vermişdir. Barışıq sazişi uşaq atanın yanında olan zaman faktiki vəziyyətə uyğun bağlanmışdır. Uşaq hazırda ananın yanındadır. Tərəflər arasındakı mübahisə davam edən münasibətlə bağlı yeni mübahisədir və ərizəçi övladının qarşı tərəfdən alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Belə vəziyyətdə 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişi təsdiqlənə bilməz. Barışıq sazişinin maraqlı şəxs tərəfindən ərizəçinin xeyrinə məcburi icrası barışıq sazişində nəzərdə tutulan qaydada mümkün deyil. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 7.7 və 7.8-ci bəndlərində göstərilir ki, məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Nikahın pozulması zamanı uşağın valideynlərdənhansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Oxşar mövqe, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 28 oktyabr 2011-ci il tarixli, 6 nömrəli Qərarının 3-cü bəndində də göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar