Məhkəmə qərarları › İş №2(050)-1268/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1268/2025

19.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1268/2025 19.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs X4 ilə 28 yanvar 2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00091 saylı barışıq sazişinin təsdiq edilməsi, 29 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 100 manat, 2 uşağa görə cəmi 200 manat alimentin X2 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi X4 ilə el adəti qaydasında toy etməklə ailə qurmuşdur. Nikahlarını 04 oktyabr 2018-ci il tarixdə Masallı Regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində 569 nömrəli akt qeydi əsasında rəsmiləşdirmişlər. Nikahlarından 29 dekabr 2012-ci il təvəllüdlü Fatimə və 09 dekabr 2013-cü il təvəllüdlü Əli adlı övladları doğulmuşdur. Aralarında olan mübahisələrə görə ayrılmışlar və birgə övladları hal-hazırda onun yanında qalmaqla yaşayırlar. Nikahları formal xarakter daşıyır, bu səbəbdən də, nikahın pozulmasına tam qərarlıdır. Bununla bağlı mediasiya təşkilatına müraciət etmişdir. Əlişad Müseyibovla 28 yanvar 2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00091 saylı barışıq sazişi imzalanmış, barışıq sazişinə görə X4 29 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün gər ay hər uşağa görə 100 manat, iki uşağa görə 200 manat aliment ona ödəməyi öhdəsini götürmüşdür. X1 ilə barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi alimenti ona ödəməmişdir. Odur ki, X4 ilə 28 yanvar 2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00091 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və maraqlı şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: Ərizəçi və X4 arasında mediasiya prosesi nəticəsində bağlanılmış 28 yanvar 2025ci il tarixli, MŞM/MT036/2025-00091 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflərin birgə uşaqları 29 dekabr 2012-ci il təvəllüdlü X7 və 09 dekabr 2013-cü il təvəllüdlü X9 anaları 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 29 dekabr 2012-ci il təvəllüdlü X7 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə minimum əmək haqqı mislinin 0.25 misli məbləğində, yəni 100 (yüz) manat sabit məbləğdə aliment müəyyən edilir; 29 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin fevral ayının 05-dən 15-dək və gələn növbəti ayın da 05-dən 15-dək olan müddət ərzində hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya onun bank kartına ödəməyi öhdəsinə götürür; saziş bağlanıldığı gündən qüvvəyə minmişdir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00091 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “29 dekabr 2012-ci il təvəllüdlü X7 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə minimum əmək haqqı mislinin 0.25 misli məbləğində, yəni 100 (yüz) manat sabit məbləğdə aliment müəyyən edilir; 29 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin fevral ayının 05-dən 15dək və gələn növbəti ayın da 05-dən 15-dək olan müddət ərzində hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya onun bank kartına ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və X4 arasında mediasiya prosesi nəticəsində bağlanılmış 28 yanvar 2025ci il tarixli, MŞM/MT036/2025-00091 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “29 dekabr 2012-ci il təvəllüdlü X7 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə minimum əmək haqqı mislinin 0.25 misli məbləğində, yəni 100 (yüz) manat sabit məbləğdə aliment müəyyən edilir; 29 dekabr 2012-ci il təvəllüdlü X5 və 09 dekabr 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin fevral ayının 05-dən 15dək və gələn növbəti ayın da 05-dən 15-dək olan müddət ərzində hər bir uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya onun bank kartına ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar