Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1271/2024 19.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 24 yanvar 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-00132 saylı barışıq sazişinin təsdiq edilməsi, 30 yanvar 2017-ci il təvəllüdlü X1 və 13 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2017-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 30 yanvar 2017-ci il təvəllüdlü X3 və 13 sentyabr 2018-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞL/MT014/2023/MŞL-00132 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat, cəmi 180 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə hər ayın 01-də icra etməli idi. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 24 yanvar 2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-00132 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X5 arasında Masallı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 18 dekabr 2017-ci il tarixdə nikah bağlanmış, bu barədə 616 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Fərəcov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 30 yanvar 2017-ci il təvəllüdlü X1 və 13 sentyabr 2018-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Fərəcova (Qulamova) Günel Rəşid qızıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 30 yanvar 2017-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs hesab edilmişdir. 24 yanvar 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00132 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 30 yanvar 2017-ci il təvəllüdlü X3 və 13 sentyabr 2018-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 90 manat, cəmi 180 manat aliment pulunun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2024-cü ilin fevral ayının 01-dən başlayaraq gələn hər ayın 01-də ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2024-cü ilin fevral ayının 01-dən başalayaraq hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: 24 yanvar 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00132 saylı barışıq sazişi təsdiq edilsin. 01 fevral 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs 30 yanvar 2017-ci il təvəllüdlü X1 və 13 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq üçün 90 manat, iki uşaq üçün 180 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1271/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1271/2024
19.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver