Məhkəmə qərarları › İş №2(050)-1287/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1287/2024

19.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1287/2024 19.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfındən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, 01 yanvar 2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə toy etməklə ailə həyatı qurmuşdur. Nikahları xx.xx.2023-cü ildə Masallı Regional ASAN xidmət mərkəzində 261 nömrə ilə rəsmiləşdirmişlər. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaq onun himayəsindədir. Ayrıldıqları vaxtdan bu günə kimi cavabdeh uşağa baxmadığı üçün o, məcbur olub aliment tələbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdehlə aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən hər ayın 01-dən başlayaraq cavabdeh bir uşağın yetkinlik yaşınaq çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 120 manat aliment ödəməyə razılaşmışdır. Cavabdeh mediasiya qrumunda alimentin ödənilməsi ilə bağlı razılığa gəlsə də, lakin alimenti ödəməkdən yayınmışdır. Üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi vədinə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, həmdə münasib iş yoxdur. Vəziyyəti çox çətindir. Bir nəfər uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşağına baxmağa onlara qayğı göstərməyə onun maddi tələbatlarmı təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan atalığın müəyyən edilməsi haqqında arayışdan görünür ki, Maraqlı şəxs 04 fevral 2022-ci il tarixdə Ərizəçi doğulmuş X1 atası hesab edilmiş və xx.xx.2022-ci ildə 82 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli, MŞM/MT 036/2023-00278 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxsdur. Tərəflər bu sazişi imzaladıqdan sonra aşağıdakılar ilə razılıqa gəlmişlər. Tərəflər nikahlarını davam etdirmək razılığına gəlməmişlər. İkinci tərəf yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2022-ci il təvəllüdlü X2 hər ay yetkinlik yaşına kimi 120 (yüz iyirmi) manat aliment pulunu ödəməyə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-dən gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və ya bank vaisitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 12 mart 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 08 dekabr 2023-cü il tarixli, MŞM/MT 036/2023-00278 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 yanvar 2024-cü ildən başlayaraq Maraqlı şəxs 04 fevral 2022-ci ildə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar