Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-13/2025 23.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2, Cavabdehlərin vəkili Vəkil1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Masallı Rayon Masallı Bələdiyyəsi) qarşı darvazanın və su çəninin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Masallı Rayon Masallı Bələdiyyəsi) qarşı darvazanın və su çəninin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Masallı şəhəri, Talışxanov küçəsində yerləşən 0.06 ha fərdi yaşayış evinin inşası üçün verilmiş torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə gedən yolun üzərində qoyulmuş dəmir darvazanın və dəmir su çəninin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı şəhərində yaşayır. Burada onun mülkiyyətində fərdi yaşayış evinin tikintisi məqsədi ilə verilmiş 0.06 ha torpaq sahəsi vardır. Buna dair Dövlət Reyestrindən Çıxarışı da vardır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Həmçinin onun torpaq sahəsinə bitişik cavabdehində torpaq sahəsi vardır. Onların həyətləri arasında çəpər yoxdur. Həmçinin onların yolu da birgədir və həmin yol üzərində dəmir darvaza vardır. Bu günə kimi həmin yoldan və darvazadan birgə istifadə edirlər. Lakin cavabdeh hər gün həmin dəmir darvazanı həyət tərəfdən bağlayır. Lakin açarla deyil quraşdırılmış dəmir keçəcəklə bağlayır. Bu isə onu narahat edir. Belə ki, o, bəzən evə gec gəlir və açarı salıb darvazanı açıb həyətə daxil olmaq istədiyi zaman bu mümkün olmur. Çünki cavabdeh darvazanı həmin dəmir keçəcəklə bağlayır. Dəfələrlə ona bunu etməməsini deməsinə baxmayaraq cavabdeh hər dəfədə bu halları təkrarlayır. Sonda cavabdehə həmin dəmir darvazanın yerini dəyişməyi hər birisi üçün ayrıca giriş qapısını qoyulmasını təklif etsə də cavabdeh bununla razılaşmadı. Həmçinin onun fərdi yaşayış evi cavabdehin evinin arxasında yerləşir. Evinə gedən yol isə cavabdehin evi ilə qonşunun çəpərinin arası ilə keçir. Yol isə çoxda enli deyildir. Cavabdehdə həmin yol üzərində öz evinə su tədarük etmək üçün dəmir çən qoymuşdur. O, cavabdehdən ona məxsus evə gedən yolun üzərinə qoyduğu dəmir çəni yolun üzərindən götürməsini xahiş etsə də cavabdeh bu günə kimi həmin çəni oradan götürməmişdir və belə bir fikrinin olmadığını bildirmişdir. O, cavabdehdən etdiyi bu hərəkətləri dayandırmasını xahiş etmiş olsa da, heç bir nəticəsi olmamışdır. Cavabdeh onun dediklərinə məhəl qoymur.Odur ki, bütün bu problemlərin sonlandırılmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək fərdi yaşayış evinin əsl sahibi atası İddiaçı olduğu üçün, İddiaçı əsl iddiaçı kimi tanınmasını xahiş etmişdir. Məhkəmə həmin vəsatəti təmin edərək Nümayəndə əsl İddiaçı ilə əvəz etmişdir. Məhkəmə 16 iyul 2025-ci il tarixə, saat 17:00-a təyin edilmiş baxış iclasını İddiaçı vəsatətinə (iddiaçı teleqramla məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasını başqa vaxta keçirilməsini və onun iştirakı ilə baxılmasını xahiş etmişdir.) əsasən təxirə salınmışdır. İddiaçı və üçüncü şəxs Masallı rayon Masallı bələdiyyəsinin nümayəndəsinə 23 iyul 2025-ci il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı hal-hazırda xəstədir və məhkəmə iclasında iştirak edə bilməyəcək. Onun iştirakı zəruridir. Odur ki, məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili Vəkil2 vəsatətini iddiaçının xəstəliyi və ya iştirakının mümkünsüzlüyü ilə bağlı heç bir sübut təqdim etmədiyi üçün, həmçinin 23 iyul 2025-ci il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə baxış iclası üçüncü baxış iclası olduğundan təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. 172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil1 iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil1 bildirdi ki, iş üzrə ekspert rəyi var. Rəydə birmənalı olaraq göstərilmişdir ki, iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsi yol kimi nəzərdə tutulmayıb və xüsusi mülkiyyətdədir. Mübahisəli yerə 25 ildir ki darvaza qoyulmuşdur. İddiaçı servitutdan istifadə edə bilər və bunun üçün kompensasiya ödənilməlidir. İddiaçı iddia edir ki, darvaza götürülsün. Darvaza götürülsə, mübahisəli ərazi yol kimi olacaq və cavabdehlər mülkiyyətlərindən məhrum olacaqlar. Qanunun tələbinə əsasən iddiaçı cavabdehlərə kompensasiya ödəyərək mübahisəli ərazidən istifadə edə bilər. Lakin iddiaçı bunu istəmir. Mübahisəli darvazadan iddiaçı həmişə maneəsiz istifadə edib və hazırda da maneə olmadan istifadə edir. Hətta iddiaçı tərəf 4 dəfə həmin darvazanı rəngləmişdir. Darvaza qoyulanda iddiaçı məlumatlı olmuşdur və etiraz etməmişdir. İddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı Rayon Masallı Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehlərin və onların vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat, **********26-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0.06 hektar torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin üzərində İddiaçı, X2, Nümayəndə və X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixli, 1583 inventar nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportdan görünür ki, **********26-10301 reyestr çıxarışla verilmiş torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 28 iyul 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı Nümayəndə yol kimi iddia etdiyi ərazi Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulmamışdır, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla xüsusi mülkiyyət kimi göstərilmişdir. Rəyə əlavə olunmuş planda iddiaçının iddia etdiyi torpaq sahəsi və cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 26 sentyabr 2023-cü il tarixli, 10/6549 saylı ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3722/2023 saylı mütəxəssis rəyinə əsasən iddiaçı Nümayəndə yol kimi iddia etdiyi ərazinin Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol kimi nəzərdə tutulmadığı, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla xüsusi mülkiyyət kimi göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11 mart 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, kameral araşdırma zamanı Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində mübahisələndirilən həyətyanı torpaq sahələrinin mülkiyyət növü və faktiki məqsədli istifadə təyinatı üzrə ayrıca konturlarla göstərilərək cizgilənməsinə baxmayaraq, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında sözügedən həyətyanı torpaq sahələrinin bir kontur daxilində ortaq sərhədsiz, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin isə ümumən xüsusi mülkiyyət olaraq cizgilənməsi kimi uyğunsuzluqların olduğu müəyyənləşdirilmişdir. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən mübahisəli dəmir darvazanın yerləşdiyi torpaq sahəsi və həmin gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsidir. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində İddiaçı mülkiyyətində olan 336A (**********26-10301 reyestr) nömrəli 0.06 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə gedən yolun (dalanın) giriş hissəsində qoyulmuş mübahisəli dəmir darvazanın, iddiaçının yaşadığı evin həyətyanı torpaq sahəsinə sərbəst tərzdə gediş-gəlişinə maneə yaratdığı müəyyənləşdirildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına əsasən İddiaçı yol kimi iddia etdiyi ərazinin yol kimi nəzərdə tutulmadığı halda, İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində İddiaçı mülkiyyətində olan 336A (**********26-10301 reyestr) nömrəli 0.06 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə iddiaçının iddia etdiyi yoldan başqa alternativ yolun mövcud olmadığı müəyyənləşdirildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 23 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2745 saylı ekspert rəyində qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 11 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1227/2024 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində əsasən mübahisəli dəmir darvazanın yerləşdiyi torpaq sahəsi və həmin gediş-gəliş yolu bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadəli torpaq sahəsidir. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsindən İddiaçı mülkiyyətində 336A (**********26-10301 reyestr nömrəli 0.06 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə gedən yolun (dalanın) giriş hissəsində qoyulmuş mübahisəli dəmir darvazanın, iddiaçının yaşadığ evin həyətyanı torpaq sahəsinə sərbəst tərzdə gediş-gəlişinə maneə yaratdığı müəyyənləşdirildi. Mübahisələndirilən həyətyanı torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti, ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. İddiaçı yol kimi iddia etdiyi ərazinin yol kimi nəzərdə tutulmadığı halda, İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə başqa ərazidən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Masallı rayonu Nizami adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsində İddiaçı mülkiyyətində olan 336A (**********26-10301 reyestr) nömrəli 0.06 ha həyətyanı torpaq sahəsi ilə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə iddiaçının iddia etdiyi yoldan başqa alternativ yolun mövcud olmadığı müəyyənləşdirildi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 11 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, mülki iş üzrə İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikilisi təyinatlı torpaq sahəsinə kompleks yerquruluşu layihəsində gediş-gəliş yolu nəzərdə tutulmuş, Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol nəzərdə tutulmamışdır. İddia olunan yolun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəmir darvaza qoymaqla gediş-gəlişə maneə yaradılmışdır. Həmin gediş-gəliş yolu kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti, Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyət kimi göstərilmişdir. Mülkı iş üzrə İddiaçı ********* qeydiyyat nömrəli, 18 05.2012-cı il qeydiyyat tarixli Çıxarışla xüsusı mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikilisi təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki vəziyyətdə istifadəsindədır və onlara məxsus dəmir darvaza mövcuddur. Mübahisə predmeti kimi açılması tələb olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyətdə saxlanılmış, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətinə aid olan 0.0198 hektaradək (198.4 kv m) gediş-gəliş yolunun üzərində 4.3 metr ölçüdə darvaza mövcuddur. Mübahisə predmeti olan 0.0198 ha yolun giriş hissəsində cavabdehlərə məxsus dəmir darvaza mövcuddur və digər tikililər mövcud deyil. Mübahisə predmeti olan yolda darvaza goturələcəyı halda gediş-gəliş yolu bərpa oluna bilər. Cavabdeh1 atası X5 adına olan Şəxsi mülkiyyət huququ itə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda dongə nöqtələrinin koordinatları göstərilmədiyindən qeyd edilmiş torpaq sahəsinin koordinatlarını, cəhətlərini və ölçülərini yerində müəyyən etmək mümkün deyil.Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda döngə nöqtələrinin koordinatları göstərilmədiyindən İddiaçı iddia etdiyi mübahisəli yol və sökülməsini tələb etdiyi dəmir darvaza və dəmir su çəni ilə ust-üstə duşüb-duşməməsını müəyyən etmək mümkün deyil. Masallı rayonu Dadva təsərrüfatının kompleks yerqurluşu layihəsinə əsasən JN336A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin cənub hissəsi faktiki vəziyyətdə cavabdehlər X6 və Cavabdeh2 istifadəsində olan torpaq sahəsi 1259BB nömrə ilə bələdiyyə mülkiyyəti kimi saxlanılmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemində iddiaçının və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələri **********26 reyestr nömrə ilə İddiaçı xüsusi mülkiyyətdə olan torpaq sahəsi kimi göstərilmişdir. Cavabdeh1 çıxarış və texniki pasport almaqdan ötru, 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Həmin torpaq sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, qonşu torpaq sahəsinə gedən yol üzərində mübahisə olduğu üçün və torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmuəyyənedici sənəd təqdim edilmədiyindən işin icrasına imtina edilmişdir. Cavabdeh X3 atası X5 adına olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda həmin torpaq sahəsinin cənub hissəsində eni 14.0 metr, şimal hissədə 8.0 metr göstərılsədə, naturada həmin ölçülər cənub hissədə 24.1 metr, şimal hissədə 18.9 metrdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 10 mart 2025-ci il tarixli, 10/1178 saylı ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-8024/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mülki iş üzrə İddiaçı ********** qeydiyyat nömrəli, 18 05.2012-ci il qeydiyyat tarixli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikilisi təyinatlı torpaq sahəsinə kompleks yerquruluşu layihəsində gediş-gəliş yolu nəzərdə tutulmuş, Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol nəzərdə tutulmamışdır. İddia olunan yolun üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəmir darvaza qoymaqla gediş-gəlişə maneə yaradılmışdır. Həmin gediş-gəliş yolu kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyəti, Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyət kimi göstərilmişdir. Mülki iş üzrə İddiaçı ********* qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Çıxarışla xüsusi mülkiyyətinə verilmiş ünvan 2 ünvanında yerləşən 0.06 ha fərdi yaşayış evinin tikilisi təyinatlı torpaq sahəsinə gediş-gəliş yolu cavabdehiər Cavabdeh1 və Cavabdeh2 faktiki vəziyyətdə istifadəsindədir və onlara məxsus dəmir darvaza mövcuddur. Mübahisə predmeti kimi açılması tələb olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemində xüsusi mülkiyyətdə saxlanılmış, kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətinə aid olan 0,0198 hektaradək (198,4 kv.m) gediş-gəliş yolunun üzərində 4,3 metr ölçüdə darvaza mövcuddur. Mübahisə predmeti olan 0,0198 ha yolun giriş hissəsində cavabdehlərə məxsus dəmir darvaza mövcuddur və digər tikililər mövcud deyil. Mübahisə predmeti olan yolda darvaza götürələcəyi halda gediş-gəliş yolu bərpa oluna bilər. Cavabdeh X3 atası X5 adına olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportda döngə nöqtələrinin koordinatları göstərilmədiyindən qeyd edilmiş torpaq sahəsinin koordinatlarını, cəhətlərini və ölçülərini yerində müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının Konstitusiyası
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
47. 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. 258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur. 258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında qeyd olunmalıdır. 258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri ilə birlikdə göstərilməlidir. 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 2№-li Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrəbəsinə istinad etməlidirlər. Məhkəmə mübahisəli əraziyə baxış keçirərkən müəyyən edildi ki, iddiaçının və cavabdehlərin yaşayış evinə ümumi gediş-gəliş yolu var və həmin yoldan tərəflər uzun illərdir istifadə edirlər, dəmir darvaza tərəflərin yaşayış evlərini və həyətlərini küçədən mühafizə edir və daimi açıq olaraq saxlanılır, cavabdehlərin bildirdikləri kimi gecə küçə itləri və narkotik istifadəçiləri, oğurluq edən şəxslər həyətə girməsin deyə gecələr darvazanın qapılarını örtürlər və darvazaya kilid və ya başqa keçəcək vurmayıblar, istənilən vaxt darvazanın qapılarını açıb həyətə girmək və çıxmaq mümkündür və onların iddiaçıya darvazadan sərbəst istifadə etməkdə heç bir maneçilikləri yoxdur, həmçinin mübahisəli su çənidə çəpərin yanında olmaqla iddiaçının evinə gediş gəlişə heç bir maneçiliyi yovdur, darvazanı öz vəsaitləri hesabına qoyublar iddiaçının bundan məlumatı olub, hətta iddiaçı tərəf bir neçə dəfə darvazanı özləri rəngləyiblər, darvaza qoyulanda heç bir etiraz narazılıq olmamışdır, darvaza onların mülkiyyətidir, onun sökülməsinə etiraz edirlər. Lakin iddiaçı onlarla prinsip apararaq darvazanı və su çənini sökdürəcəyini bildirmişdir. Darvazanın və su çəninin yerləşdiyi torpaq sahəsi onların mülkiyyətində olan torpaq sahəsidir, darvazanın sökülməsi cavabdehlərində iddiaçının da həyətinin və evinin mühafizəsiz qalmasına səbəb olacaqdır, mübahisəli ərazidə olan darvazanın və su çəninin sökülməsi mümkün deyildir, bu hal cavabdehlərin mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər. Mübahisəli əraziyə yerli baxış zamanı müəyyən edildiyi kimi və işdə olan fotoşəkillərdən də göründüyü kimi iddiaçının yaşayış evinə və həyətinə gediş gəliş yolu var, ümumi istifadə üçün darvaza qoyulmaqla iddiaçının gediş gəlişi üçün hər hansı maneə yoxdur və müəyyən edilməmişdir. Subyektiv hüquq baxımından iddiaçının hazırki iddia üzrə subyektiv hüququ vardır. Belə ki, o, mübahisəli darvazanın və su çəninin yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadə edilən yolda tikilməsinə və orada olmasının onun mülkiyyətində olan torpaq sahəsinə gələn yolun bağlanmasına əsaslanaraq hazırki iddianı qaldırmışdır. İşin araşdırılması zamanı darvazanın və su çənin yerləşdiyi sahənin bələdiyyə mülkiyyətinə aid olmayan və iddiaçının torpaq sahəsinə gediş-gəliş yolu kimi nəzərdə tutulmadığı müəyyən edilmişdir. Ekspert rəyi ilə mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi hissəsindən iddiaçının gediş-gəliş yolu nəzərdə tutulmadığı müəyyən edilmişdir. Belə ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli darvazanın yerləşdiyi torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında xüsusi mülkiyyət kimi nəzərdə tutulmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemində yol nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli və ondan iş üzrə aparılmış üç ekspertiza tədqiqatının dəyərinə görə 200 manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) hesabına xeyrinə tutulmalıdır. Bundan başqa mütəxəssis rəylərinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş pul vəsaiti də iddiaçıya aid edilməlidir. Cavabdeh1 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat pul vəsaiti iddiaçıya aid edilməklə, ondan tutularaq Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Masallı Rayon Masallı Bələdiyyəsi) qarşı darvazanın və su çəninin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh1 tərəfindən mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin hesablaşma hesabına ödənilmiş 95 manat pul vəsaiti iddiaçıya aid edilsin və İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov