Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1307/2024 27.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş MŞM/MT014/2023/MŞL-00574 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2016-cı ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 125 manat, cəmi 250 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2015-ci ilin aprel ayının 3-də el adəti ilə toy edərək ailə həyatı qurmuş, 02 fevral 2016-cı il tarixdə Masallı rayon İHB-nın Şərəfə kənd ərazi nümayəndəliyində rəsmi nikahlarını qeyd etdirmişlər. Cavabdehlə birgə yaşadıqları dövrdə 09 yanvar 2016-cı il təvəllüdlü Əhədov Hüseyn və 23 may 2018-ci il təvəllüdlü Əhədli Ağamirzə adlı uşaqları anadan olmuşdur. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Maraqlı şəxs uşaqların saxlanılmasına köməklik etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Masallı Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(050)-1263/2020 saylı qətnaməsi ilə yuxarıda göstərilən uşaqların saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 100 manat onun xeyrinə aliment tutulması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(050)-1154/2023 saylı qətnaməsi ilə Maraqlı şəxsla aramızda olan nikah qeydi pozulmuşdur. Məhkəmə qətnamsəi ilə təyin edilmiş alimentin məbləği uşaqların saxlanılması üçün yetərli olmadığından bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞM/MT014/2023/MŞL-00574 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(050)-1263/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş yuxarıda adı çəkilən uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 100 manat, iki uşağa görə cəmi 200 manat aliment məbləğini artıraraq hər bir uşağa görə 125 manat, iki uşağa görə 250 manat aliment pulunu ona ödəməli, alimentin köçürülməsi hər ayın 1-də nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini ötən ilin mart ayının 6-da imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanılmış MŞM/MT014/2023/MŞL- 00574 saylı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ərizəçin məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək, ərizə tələbini qəbul etdiyini, təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: MŞM/MT014/2023/MŞL-00574 saylı xx.xx.2023-ci il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs bu sazişi imzalamaqla Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1263/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 100 manat, iki uşağa görə 200 manat aliment məbləğini artıraraq hər bir uşağa görə 125 manat, iki uşağa görə 250 manat aliment pulunu Ərizəçi ödəməyi öhdəlik götürmüşdür. Doğum haqqında arayışların surətindən görünür ki, xx.xx.2016-cı ildə X4, xx.xx.2018-ci ildə X3 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahına Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay hər uşaq üçün 125 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 14 mart 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT014/2023/MŞL-00574 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtlərinə uyun olaraq xx.xx.2016-cı ildə anadan olmuş X2 və xx.xx.2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayın 01-də hər uşaq üçün 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 01 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1307/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1307/2024
27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver