Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1318/2025 03.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, onun vəkili Vəkil2, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cehiz və qızıl-zinət əşyalarının alınıb ona verilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: o, Cavabdeh1la xx.xx.2023-cü ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2023-cü ildə X1 adlı uşaqları anadan olmuşdur. Uşaq hazırda onun himayəsində yaşayır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 3502/2024 saylı qətnaməsinə əsasən nikahları pozulmuş və uşaq onun himayəsində saxlanmışdır. O, gəlin köçərkən ona valideynləri tərəfindən cehiz əmlakları hədiyyə olunmuş, həmin cehiz əmlakları 4200 manat dəyərində yataq mebel dəsti (şifoner, çarpayı, kamot, güzgü, künc divan, tv altlığı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd tək yataq), 1000 manat dəyərində mətbəx mebeli, 1000 manat dəyərində soyuducu, 1150 manat dəyərində 2 ədəd paltaryuyan maşın, 350 manat dəyərində smart televizor, 180 manat dəyərində 1 ədəd aspirator, 160 manat dəyərində 1 ədəd tozsoran, 500 manat dəyərində 1 ədəd ankaster soba, 100 manat dəyərində kiçik soba, 130 manat dəyərində ətçəkən maşın, 150 manat dəyərində şirəçəkən maşın, 160 manat dəyərində elektrik samovar, 100 manat dəyərində mikser, 100 manat dəyərində ütü, 1000 manat dəyərində 40 kv.m lik kondisioner, 200 manat dəyərində ceyran peçi, 125 manat dəyərində mator(gidrafor), 60 manat dəyərində pristavka və tavası, 100 manat dəyərində tikiş maşını, 35 manat dəyərində sərinkeş, 200 manat dəyərində çilçıraq, 40 manat dəyərində 1 ədəd saç ütüsü, 30 manat dəyərində 1 ədəd saç quruducu fen, 80 manat dəyərində saat, 495 manat dəyərində pasdel dəsti, 120 manat dəyərində ədyal dəsti, 90 manat dəyərində 3 ədəd yay yorğanı, 250 manat dəyərində paduqalı divan üstüyü, 50 manat dəyərində sadə divan üstü, 130 manat dəyərində stol üstlüyü, 50 manat dəyərində divan üstlüyü stol üstü, 60 manat dəyərində 12 ədəd əl dəsmalı, 100 manat dəyərində 10 ədəd süfrə, 75 manat dəyərində 3 ədəd böyük (hamam üçün) dəsmal, 60 manat dəyərində 20 ədəd çay dəsmalı, 50 manat dəyərində 2 ədəd gecə lampası, 100 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 2 ədəd böyük güldan, 60 manat dəyərində 3 ədəd kiçik güldan, 40 manat dəyərində 2 ədəd ləbləbi qabı, 60 manat dəyərində 4 ədəd xrustal ləbləbi qabı, 30 manat dəyərində tort qabı, 40 manat dəyərində 4 ədəd şamdan, 50 manat dəyərində 10 ədəd gül dekoru, 40 manat dəyərində 2 nabor baharat qabı, 15 manat dəyərində masa üçün baharat qabı, 40 manat dəyərində ütü stolu,40 manat dəyərində paltar teli, 20 manat dəyərində çörək tabağı, 200 manat dəyərində 4 ədəd tək döşək, 200 manat dəyərində 4 ədəd tək taxt yorğanı, 100 manat dəyərində 1 ədəd çift taxt döşəyi, 50 manat dəyərində 1 ədəd çift taxt yorğanı, 100 manat dəyərində 25 ədəd nimdər, 120 manat dəyərində 12 ədəd balış, 100 manat dəyərində 5 ədəd yorğan üzü, 35 manat dəyərində 5 ədəd mitil, 35 manat dəyərində 5 ədəd yorğan mitili, 100 manat dəyərində 5 ədəd döşək üzü, 710 manat dəyərində 142 kq yun, 200 manat şifoner, 80 manat dəyərində matras, 160 manat dəyərində beşik, 200 manat dəyərində nəni, 120 manat dəyərində yemək stolu, 100 manat dəyərində yelləncək, 150 manat dəyərində kalyaska, 100 manat dəyərində manej, 100 manat dəyərində maşın, 20 manat dəyərində beşik oyuncağı, 20 manat dəyərində beşik pərdəsi, 50 manat dəyərində uşaq çantası, 40 manat dəyərində uşaq çağası, 50 manat dəyərində adi beşik, 35 manat dəyərində ədyalça, 55 manat dəyərində 2 ədəd vanna, 80 manat dəyərində yorğan döşək dəsti, 40 manat dəyərində uşaq otağı üçün xalça, 200 manat dəyərində 4 ədəd qəfədan dəsti, 60 manat dəyərində 6 ədəd çaynik, 50 manat dəyərində 20 ədəd qənd qabı, 50 manat dəyərində 20 ədəd meyvə qabı, 50 manat dəyərində 20 ədəd duz qabı, 50 manat dəyərində 24 ədəd meyvə bıçağı, 40 manat dəyərində bıçaq naboru, 50 manat dəyərində 10 ədəd çörək qabı, 100 manat dəyərində 2 ədəd teşt, 150 manat dəyərində 3 ədəd teşt qapaqlı, 100 manat dəyərində 10 kq aliminum qazan, 200 manat dəyərində 4 ədəd çaşka naboru, 200 manat dəyərində qranit qazan dəsti, 180 manat dəyərində qranit tava dəsti, 100 manat dəyərində 2 ədəd çuğun qazan dəsti, 200 manat dəyərində 5 ədəd çuğun ləyən dəsti, 80 manat dəyərində 5 ədəd lək ləyən, 60 manat dəyərində 3 dəst bakal naboru, 50 manat dəyərində borcam naboru, 30 manat dəyərində kek qabı naboru, 30 manat dəyərində ləpə çəkən, 20 manat dəyərində soğan çəkən, 24 manat dəyərində 12 ədəd salfet qabı, 20 manat dəyərində fətir yayan, 16 manat dəyərində sabun qabı 8 ədəd, 15 manat dəyərində 3 ədəd ələk, 889 manat dəyərində pərdələr, astarlar, karnizlər, 1050 manat dəyərində 3 ədəd kaşmir xalça, 1000 manat dəyərində karaca dəsti, 50 manat dəyərində 2 ədəd xrustal badə dəsti, 50 manat dəyərində xrustal stəkan, 50 manat dəyərində 50 ədəd kasa, 50 manat dəyərində 50 ədəd soz qabı, 50 manat dəyərində 50 ədəd salad qabı, 50 manat dəyərində 50 ədəd plov qabı, 50 manat dəyərində 50 ədəd kabab qabı, 50 manat dəyərində 50 ədəd maskur, 50 manat dəyərində 50 ədəd böyük qaşıq, 50 manat dəyərində 50 ədəd kiçik qaşıq, 50 manat dəyərində 50 ədəd böyük çəngəl, 50 manat dəyərində 50 ədəd kiçik çəngəl, 50 manat dəyərində 4 ədəd bulud, 50 manat dəyərində 4 ədəd podnis, əmlakların cəmi dəyəri 22179 manat təşkil edir. Əmlaklarım olmadığı halda onların dəyərini tələb edir. Bundan başqa, ona 13 adda müxtəlif qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Belə ki, 1 ədəd 380 manat dəyərində 3 qram nişan üzüyü, 1 ədəd 380 manat dəyərində 3 qram paxlava üzük (qaşlı), 1 ədəd 3 qram 190 manat dəyərində üzük (iri sıra xırda qaşlı), 1 dəst 2500 manat dəyərində 20 qram qarnitur (sırğa, üzük, boyunbağı, qolbaq), 1 dəst 800 manat dəyərində 7 qram komplekt (sırğa və üzük), 380 manat dəyərində 3 qram boyunbağı və klon (qaşlı gözmuncuğu), 250 manat dəyərində 2 qram qolbaq (qaşlı gözmuncuğu), 250 manat dəyərində 2 qram üzük (iki tərəfli üçbucaq formalı), 750 manat dəyərində 6 qram boyunbağı+klon (pandora), 1200 manat dəyərində 10 qram komplekt (ortası böyük qaşlı), 500 manat dəyərində 4 qram boyunbağı+klon (ürəy formalı), 840 manat dəyərində 7 qram qolbaq (kardinal), 250 manat dəyərində 2 qram klon (atnalı formalı), qızılların cəmi dəyəri 8670 manat təşkil edir. Onun bütün əmlakları cavabdehlərdədir, cavabdehlər onu evdən zorla çıxarmışlar, heç bir əmlak, o cümlədən qızıl-zinət əşyası götürə bilməmişdir. Onun evdən döyülərək çıxarılmağı barədə Masallı Rayon Məhkəməsinin qərarı vardır. Qızıllar cavabdehlərdədir və onları da ona verməmişlər. O, mediasiya orqanına müraciət etdikdən sonra cavabdehlər Masallı Rayon Polis Şöbəsinə müraciət edərək qızılların oğurlanması barədə şikayət etmişlər. Bu da özlüyündə sübut edir ki, qızıllar cavabdehlərdədir və onları verməkdən yayınmaq məqsədi ilə polisə şikayət etmişlər. İddia ərizəsinə qızıllarla bağlı fotoşəkillər, mütəxəssis rəyi, əmlaklarla bağlı disklər əlavə olunmuşdur. Qızılların hamısı fotoşəkillərdə onun üzərində əks olunmuşdur və ona hədiyyə olunmuşdur. Mütəxəssis də həmin fotoşəkillərə baxaraq qızılların qiymətini müəyyən etmişdir. Odur ki, məhkəməyə müraciət edərək, həmin əmlaklar, olmadığı halda cəmi dəyəri 8670 manat, əmlaklar və qızıllar olmadığı halda ümumilikdə 30849 manat, mediasiya xərcinə görə 60 manat və dövlət rüsumuna görə 133 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, ona məxsus qızılzinət əşyaları həmişə qaynanası Cavabdeh3 olmuşdur. O, hansısa məclisə gedəndə qızılları qaynanasından alıb taxmış və yenidən gətirib özünə qaytarmışdır. Sonuncu dəfə qızılları qızının yığıncağında ondan alıb taxmışdır. Qızıllar qaynanası Sübnazın otağında olmuş, lakin otağın harasında saxlamasını bilməmişdir. Əri Məhərrəməli ilə aralarında teztez ailədaxili narazılıqları olmuşdur. Sonuncu dəfə 2024-cü ilin iyun ayının 28-də mübahisələri olmuşdur. Lakin, sonradan münasibətləri normallaşmışdır. Bundan iki gün sonra yəni 30 iyun 2024-cü il tarixdə onun atası Anar, bacısı, nənəsi, babası və digər qohumları babasına məxsus maşınla onlara gəlmişdir. Onlar oturub söhbət etmişlər. Bundan sonra atası ilə qaynatası arasında mübahisə yaranmışdır. Atasına onu Məhərrəməlinin incitdiyini bildirmiş, atası isə onu burada saxlamayacağını bildirərək, uşağı da götürüb getmələrini bildirmişdir. Bundan sonra uşağı və uşağın çantasını götürüb onların gəldiyi maşınla atası evinə getmişdir. Uşağın çantasında uşağa məxsus əşyalar olmuşdur. O, evdən gedərkən qızılları götürməmişdir. Qızıllar cavabdehlərdədir. Bundan əvvəlki nikahın pozulması ilə bağlı məhkəmə prosesi zamanı və polisdə verdiyi izahatlarda qızıllar barədə danışmamasının səbəbi bu barədə iddia ilə məhkəməyə ayrıca olaraq müraciət etmək fikrində olması olmuşdur. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia ərizəsinin və iddiaçının verdiyi izahatın məzmununa uyğuz izahat verərək bildirmişdir ki, iddiaçının evdən çıxma şəraiti gözlənilmədən olmuşdur. İddiaçının atasıgil onların evinə qonaq gəlmişdir. Sonradan onların arasında mübahisə olmuş və İddiaçı uşağını da götürüb babasının maşınına minib evdən çıxıb getmişdir. Hesab edir ki, həmin zaman Aidənin evdən qızılları götürüb aparması mümkünsüz idi. Qızıllar cavabdehlərdədir. Odur ki, iddia təmin edilməlidir. Cavabdehlərin etirazı: Cavabdehlər xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək göstərmişlər ki, Cavabdeh1 İddiaçı ilə ailə həyatı qurmuş və rəsmi nikahda olmuşlar. Onların birkə nikahlarından bir nəfər uşaqları olmuşdur. Uşaq hal hazırda ididaçı ilə yaşayır. İddiaçı hazırda onlara qarşı əmlak, qızıl zinyət əşyaları və ya onların dəyərini tələb edir. İddiaçı tələb etdiyi qızıl-zinyət əşyaları Aidənin özündədir. Həmişə qızıl zinyət əşyaları İddiaçı özündə olmuşdur. Onlar heç bir vaxt Aidənin qızıl zinyət əşyalarından istifadə etmək fikirləri olmamışdır. Çünkü onların qızıl əmlaklara heç bir vaxt ehtiyacları olmamışdır. İddiaçı əsassız olaraq onlardan qızıl əmlaklar tələb edir və onlara böhtan atır. İddiaçı istər nikahın pozulması barədə qətnamədə, istərsə də nikahın pozulması barədə verdiyi iddia ərizəsində, polis şöbəsində verdiyi izahatlarında onlara qarşı qızıl əmlak tələbi olmamış və bunun öz izahatlarında göstərməmişdir. Əgər Aidənin qızıl əmlakları onlarda olsa idi, o, nikahın pozulması barədə iddia ərizəsində və polis şöbəsində verdiyi izahatlarında qızıl əmlakların onlarda olmasını göstərərdi. Digər tərəfdən İddiaçı evdən sərbəst çıxmış və onunla həmin günü heç kim dava-dalaş etməmiş və öz əmlaklarını da, yəni qızıl- zinyət əşlarını da özü ilə aparmışdır. Onlara qarşı verdiyi qızıl zinyət əşyaları tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, tələb edilən cehiz əmlakları onların evindədir. Qızıllar da toy hədiyyəsi olaraq Aidəyə verilmiş və qızılları həmişə Aidə özündə saxlamışdır. Bundan başqa Aidə gedərkən ona məxsus qızılları da özü ilə aparmışdır. Hazırda bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcəkdir. Odur ki, iddianın qızılların tələb edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, tələb edilən cehiz əmlakları onların evindədir. Qızıllar da toy hədiyyəsi olaraq Aidəyə verilmiş və qızıllar Aidənin özündə olmuşdur. Bundan başqa Aidə ilə oğlu Məhərrəməli arasında ailədaxili narazılıqlar omuşdur. Aidədən bir gəlini kimi heç vaxt narazılığı olmamışdır. Sonuncu dəfə onlar arasında mübahisə olduqdan sonra iyun ayının 30-da Aidənin atası, babası nənəsi və digər qohumları onların evinə gəlmişlər. Həmin vaxt o, məsciddə olmuşdur. Sonradan evə gəlmiş və Aidənin atası Anarla aralarında mübahisə olmuşdur. Mübahisədən sonra Aidə uşağını da götürüb babasının maşını ilə evdən çıxıb getmişdir. Aidə onları qızıl barədə məhkəməyə verdikdən sonra qızılların onun tərəfindən aparıldığını və onlara şər atdığını düşündüyündən hər bir ehtimala qarşı qızılların Aidə tərəfindən oğurlanması barədə polisə müraciət etmişdir. Aidəyə məxsus cehizlər onların evindədir, qızıllar isə onlarda yoxdur. Aidə evdən gedərkən belində çanta ilə çıxdığı video görüntülərlə də təsdiq edilir. Həmin çantanın içərisində qızılların olmadığına heç kim zəmanət verə bilməz. Sonda Cavabdeh2 iddianın qızılların tələb edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, tələb edilən cehiz əmlaklar onların evindədir. Qızıllar da toy hədiyyəsi olaraq Aidəyə verilmiş və qızıllar Aidənin özündə olmuşdur. Bundan başqa Aidə gedərkən ona məxsus qızılları da özü ilə aparmışdır. Onda heç vaxt qızıl olmamışdır. Odur ki, iddianın qızılların tələb edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı qızılların cavabdehlərdə olması barədə mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin bundan əvvəl olan məhkəmə proseslərində, həmçinin polis şöbəsində verilmiş izahatların heç birində iddiaçı qızılların evdə və ya cavabdehlərdə qalması barədə məlumatlar verməmişdir. Belə olan təqdirdə hesab edir ki, iddiaçı yalan danışır. Sonda Vəkil2 iddianın qızılların tələb edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Məhkəmdə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı onun nəvəsidir. Onlar 30 iyun 2024-cü il tarixdə kürəkəni Anar, qızı, həyat yoldaşı və Aidənin bacısı ilə birlikdə bazarlıq edərək Aidəgilə qonaq getmişlər. Onlar Aidənin evinə gedərkən xoş niyyətlə getmişlər. Dava-dalaş olacağını ağlından belə keçirməmişdir. Lakin, Anarla Nuriddin arasında mübahisə yaranmış, bundan sonra onlar Aidəni də götürüb evlərinə gətirmişlər. Aidə evdən çıxarkən özü ilə nə götürməsini bilmir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-3502/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah qeydi pozulmuş, 10 oktyabr 2023-cü il təvəllüdlü uşaq X1 anasının yanında saxlanılmış və uşağın saxlanılması üçün Cavabdeh1 hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qızıl-zinyət əşyalarının indiki orta bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair mütəxəssis Abdullazadə Yaşar tərəfindən verilmiş rəydən görünür ki, 3 qаmlıq 585 əyyаrlı 1 ədəd nişan üzüyü 380 mаnаt, 3 qrаmlıq 583 əyyаrlı 1 ədəd üzük paxlava (qaşlı) 380 mаnаt, 1.5 qrаmlıq 585 əyаrlı 1 ədəd üzük (iki sıra xırda qaşlı) 190 mаnаt, 20 qrаmlıq 585 əyyаrlı qarnitur (sırğa, üzük, boyunbağı, qolbaq) 2500 mаnаt, 7 qrаmlıq 583 əyyаrlı 1 ədəd komplekt (sırğa+üzük) 800 mаnаt, 3 qrаmlıq 585 əyyаrlı 1 ədəd boyunbağı+kulon (qaşlı gözmuncuğu) 380 mаnаt dəyərində, 2 qrаmlıq 585 əyyаrlı 1 ədəd qolbaq (qaşlı gözmuncuğu) 250 mаnаt, 2 qrаmlıq 585 əyyаrlı 1 ədəd üzük (iki tərəfli üçbucaq formalı) 250 mаnаt, 6 qrаmlıq 585 əyyаrlı 1 ədəd boyunbağı+kulon (Pondora) 750 mаnаt, 10 qrаmlıq 583 əyyаrlı 1 ədəd komplekt (ortası böyük rəngli qaşlı) 1200 mаnаt, 4 qrаmlıq 585 əyyаrlı 1 ədəd boyunbağı+kulon (ürəy formasında) 500 mаnаt dəyərində, 7 qrаmlıq 583 əyyаrlı 1 ədəd qolbaq (kardinal) 840 mаnаt dəyərində, 2 qrаmlıq 585 əyyаrlı 1 ədəd kulon (atnalı formasında) 250 mаnаt dəyərində, cəmi 8670 manat dəyərində qiymətləndirilmişdir. Masallı RPŞ-nin TB-nin tədqiqatçısı Asiman Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Masallı rayon Təzəkənd kənd sakini Cavabdeh2 keçmiş gəlini Aidənin 10 ay əvvəl evindən özünə, arvadına və oğluna məxsus qızılları oğurlaması barədə müraciəti əsasında araşdırma aparılmış, toplanmış material üzrə Aidənin qızılzinət əşyalarını oğurlaması faktı təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş sorğu əsasında Masallı Rayon Polis şöbəsindən göndərilmiş sənədlərdən görünür ki, iddiaçı əvvəlcə xx.xx.2024-cü il tarixdə əri Cavabdeh1 onun yaşadığı ünvana gələrək övladını zorla ondan almaq istəməsi, onu söyüb təhqir etməsi barədə, xx.xx.2024-cü il tarixdə isə keçmiş qaynatası Məhərrəm İsgəndərovun qanunsuz siqaret satışı ilə məşğul olması barədə şikayətlər etmiş, həmin müraciətlər cinayət xarakterli məlumatlar olmadığından ətraflı araşdırmalar aparılmadan vətəndaşa məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Məhkəmə iclasında toy mərasimini əks etdirən videogörüntülərin yükləndiyi CD diskə və fotoşəkillərə baxış keçirilmiş, baxış zamanı müxtəlif şəxslər tərəfindən gəlinlik paltarını geyinmiş İddiaçı boynuna seplər və əl barmaqlarına üzüklərin taxıldığı müşahidə edilmişdir. Məhkəmə iclasında cavabdehlər tərəfindən təqdim edilmiş onlara məxsus həyətin daxilini əks etdirən videogörüntülərin yükləndiyi CD diskə baxış keçirilmiş, baxış zamanı İddiaçı qucağında uşağı və əlində tutduğu çanta ilə maneəsiz şəkildə gələrək həyətdə dayanmış avtomobilə əyləşməsi müşahidə edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı mеdiаsiyа sessiyasının keçirilməsi üçün 50 mаnаt, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumunа görə 133 manat pul ödəmişdir. Əsaslandırıcı hissə: İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya toy mərasimi zamanı iddia tələbində göstərilən qızıl-zinət əşyaları hədiyyə verilmiş və o, cavabdehin evinə gələrkən cehiz əşyaları gətirmişdir. Cehiz əşyalarının mövcud olması və hazırda cavabdehlərin evlərində saxlanılması cavabdehlərin özləri tərəfindən etiraf edilmiş, lakin tələb edilən qızılların mövcudluğu inkar edilməsə də, cavabdehlər həmin qızılların iddiaçının özü ilə evdən çıxarkən apardığını izahatlarında bildirərək iddia tələbini həmin hissədə qəbul etməmişdilər. Məhkəmə qeyd edilən mübahisə ilə əlaqədar olaraq birgə nikah dövründə ər-arvada hədiyyə verilmiş əmlakların hüquqi rejimini tənzimləyən aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə qeyd edir ki iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı qızıl-zinət və cehiz əşyalarının mövcud olmasını, qızılları evdən çıxarkən özü ilə aparmadığını, həmin qızılların və cehiz əmlaklarının alınaraq ona verilməsini iddia etdiyindən sübutetmə yükünə uyğun olaraq həmin tələbi də sübut etmək iddiaçının vəzifəsi hesab edilməlidir. Cavabdehlər iddia edilən qızılların və cehiz əşyalarının mövcud olduğunu etiraf etdiyindən iddiaçı tələb etdiyi qızılların və cehiz əşyalarını mövcud olması hissəsində sübut etmək vəzifəsindən azad olmuş, həmin əmlakların cavabdehlərin qanunsuz sahibliyində olmasını sübut etmək vəzifəsi isə qalmışdır. Cavabdehlər cehiz əmlaklarının onların sahibliyində olduğunu etiraf etdiklərindən iddiaçı həmin hissədə də sübutetmə vəzifəsindən azad edilmişdir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi cavabdehlər tərəfindən qəbul edildiyindən həmin tələblə bağlı hər hansı əsaslandırmanın aparılmasına lüzum görmür. İddiaçının qızıl-zinət əşyaları tələbi ilə bağlı isə cavabdehlər həmin əşyaların özlərində olmadığını bildirdiklərindən həmin hissədə sübutetmə yükü iddiaçının üzərində qalmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmədə tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 28 iyun 2024-cü il tarixdə dava-dalaş olmuş, həmin gün iddiaçı evdən çıxmamış, həmin evdə yaşamağa davam etmişdir. 30 iyun 2024-cü il tarixdə iddiaçının atası, bacısı, babası və digər qohumları iddiaçının yaşadığı evə qonaq qismində gəlmişdilər. Bir müddət sakit formada söhbət etsələr də, sonadan aralarında narazılıqlar yarandığından iddiaçı uşağın paltarlarının yığıldığı çantanı əlinə götürüb qohumları ilə birlikdə avtomobilə əyləşərək evdən getmişdir. İddiaçı evdən çıxdıqdan sonra qızıl-zinət və cehiz əşyaları tələbi ilə bağlı cavabdehə müraciət etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında nikahları pozularkən əmlak tələbi ilə bağlı tələb də irəli sürməmişdir. Eyni zamanda iddiaçı hələ boşanmamışdan əvvəl Masallı Rayon Polis şöbəsinə bir neçə dəfə müraciət edərək əri, qayanatası və qayanasından şikayət etmiş, qaynatasının qanunsuz siqaret satışı ilə məşğul olması, ərinin onun yaşadığı evə gələrək onu təhqir etməsi və uşağı zorla onun əlindən almağa çalışması ilə bağlı məlumatlar vermişdir. Həmin vaxtlarda da qızıl-zinət əşyaları ilə bağlı tələbini bildirməmişdir. İddiaçı yalnız 2025ci ilin mart ayında qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı yaranmış ciddi narazılıqlar səbəbindən, yəni küskün şəkildə evdən getdikdən sonra müxtəlif əsaslarla polisə şikayət etsə də, bahalı hesab edilən qızıl-zinyət əşyaları ilə bağlı tələb irəli sürməmiş, yalnız uzun müddət keçdikdən sonra tələb etməyə başlamışdır. Əksinə yaranmış vəziyyətə uyğun olaraq məhkəmədə belə təsəvvür yaranır ki, ərinə və onun yaxın qohumlarına qarşı acıqlı formada olan iddiaçı bu tələbi daha tez irəli sürərdi və yaxud daha tez irəli süməli idi. Həmçinin, iddiaçı izahatında qızılları özü saxlamadığını, daimi olaraq qızılları qaynanasının öz otağında saxladığını, lakin konkret olaraq otağın hansı hissəsində saxlamasından məlumatlı olmadığını bildirmiş, lakin istədiyi vaxt qızılları qayınanasından alaraq istifadə etdiyini qeyd etmişdir. Eyni zamanda iddiaçı 28 iyun 2024-cü il tarixdə əri ilə aralarında baş vermiş münaqişədən sonra münasibətlərinin düzəldiyini və həmin evdə yaşamağa davam etdiyini, 30 iyun 2024-cü il tarixdə atası, bacısı və babasının əri ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar deyil, qonaq qismində gəldiklərini bildirmişdir. İddiaçının dediklərinin düzgün olması qəbul edilərsə, (baxmayaraq ki, qaynanası qızılları saxadığını təkzib etmişdir), iddiaçının 2 gün müddət ərzində qızılları qaynanasından almaq imkanı olmuşdur. Çünki iddiaçının dediklərindən belə çıxır ki, 28 iyun 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək evdə sakitçilik olmuş, münasibətlər əvvəlki qaydada davam etmişdir. İddiaçının dediyi kimi deyil, vəziyyət əksinə olsa idi, yəni 28 iyun 2024-cü il tarixindən etibarən evdə münqaqişəli vəziyyət davam etsə idi, 30 iyun 2024-cü il tarixdə iddiaçının qohumları məhz həmin münaqişə ilə əlaqədar ora gəlsəydilər, qızılların iddiaçıya verilmədiyini və yaxud iddiaçıda olan qızılların cavabdehlər tərəfindən məcbur qaydada alınaraq saxlanıldığını düşünmək olardı. İddiaçının evdən çıxmasını əks etdirən videogörüntülərdən görünür ki, iddiaçı evdən çıxarkən əlində kifayət qədər ölçüsü olan çantanı tutaraq, rahat formada avtomobilə əyləşmişdir. İddiaçı həmin çantada uşağa aid olan əşyaların olduğunu bildirsə də, həmin çantanın içərisində məhz qızılların olmadığını düşünməmək də mümkün deyildir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının evdən çıxarkən həmin qızılları özü ilə aparması ehtimalı vardır. Bütün bu hallar da iddiaçının tələbinin və tələbinə uyğun olaraq səsləndirdiyi ifadələrin, yəni cavabdehlərin qızılları özündə saxlayaraq ona verməmələri ilə bağlı bildirdiklərinin həqiqətə uyğun olmaması fikrini məhkəmədə formalaşdırır. Göründüyü kimi, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərin qanunsuz sahibliyində saxlanılması ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmuş və bununla bağlı onun tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Daha sonra həmin Qəraqda qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, tələb edilən cehiz əşyaları, həmin əşyaları olmaqdıqda dəyəri cavabdehlərdən alınaraq iddiaçıya verilməli, qızıl-zinət əşyalarına münasibətdə isə iddia tələbi təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 133 manat dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş 50 manat pul vəsaitinin 26.46 manat hissəsi İddiaçı aid edilməli, qalan 156.54 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməlidir.
Nəticə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 4200 manat dəyərində yataq mebel dəsti (şifoner, çarpayı, kamot, güzgü, künc divan, tv altlığı, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd tək yataq), 1000 manat dəyərində mətbəx mebeli, 1000 manat dəyərində soyuducu, 1150 manat dəyərində 2 ədəd paltaryuyan maşın, 350 manat dəyərində smart televizor, 180 manat dəyərində 1 ədəd aspirator, 160 manat dəyərində 1 ədəd tozsoran, 500 manat dəyərində 1 ədəd ankaster soba, 100 manat dəyərində kiçik soba, 130 manat dəyərində ətçəkən maşın, 150 manat dəyərində şirəçəkən maşın, 160 manat dəyərində elektrik samovar, 100 manat dəyərində mikser, 100 manat dəyərində ütü, 1000 manat dəyərində 40 kv.m lik kondisioner, 200 manat dəyərində ceyran peçi, 125 manat dəyərində mator(gidrafor), 60 manat dəyərində pristavka və tavası, 100 manat dəyərində tikişmaşını, 35 manat dəyərində sərinkeş, 200 manat dəyərində çilçıraq, 40 manat dəyərində 1 ədəd saç ütüsü, 30 manat dəyərində 1 ədəd saç quruducu fen, 80 manat dəyərində saat, 495 manat dəyərində pasdel dəsti, 120 manat dəyərində ədyal dəsti, 90 manat dəyərində 3 ədəd yay yorğanı, 250 manat dəyərində paduqalı divan üstüyü, 50 manat dəyərində sadə divan üstü, 130 manat dəyərində stol üstlüyü, 50 manat dəyərində divan üstlüyü stol üstü, 60 manat dəyərində 12 ədəd əl dəsmalı, 100 manat dəyərində 10 ədəd süfrə, 75 manat dəyərində 3 ədəd böyük (hamam üçün) dəsmal, 60 manat dəyərində 20 ədəd çay dəsmalı, 50 manat dəyərində 2 ədəd gecə lampası, 100 manat dəyərində 1 ədəd sandıq, 100 manat dəyərində 2 ədəd böyük güldan, 60 manat dəyərində 3 ədəd kiçik güldan, 40 manat dəyərində 2 ədəd ləbləbi qabı, 60 manat dəyərində 4 ədəd xrustal ləbləbi qabı, 30 manat dəyərində tort qabı, 40 manat dəyərində 4 ədəd şamdan, 50 manat dəyərində 10 ədəd gül dekoru, 40 manat dəyərində 2 nabor baharat qabı, 15 manat dəyərində masa üçün baharat qabı, 40 manat dəyərində ütü stolu,40 manat dəyərində paltar teli, 20 manat dəyərində çörək tabağı, 200 manat dəyərində 4 ədəd tək döşək, 200 manat dəyərində 4 ədəd tək taxt yorğanı, 100 manat dəyərində 1 ədəd çift taxt döşəyi, 50 manat dəyərində 1 ədəd çift taxt yorğanı, 100 manat dəyərində 25 ədəd nimdər, 120 manat dəyərində 12 ədəd balış, 100 manat dəyərində 5 ədəd yorğan üzü, 35 manat dəyərində 5 ədəd mitil, 35 manat dəyərində 5 ədəd yorğan mitili, 100 manat dəyərində 5 ədəd döşək üzü, 710 manat dəyərində 142 kq yun, 200 manat şifoner, 80 manat dəyərində matras, 160 manat dəyərində beşik, 200 manat dəyərində nəni, 120 manat dəyərində yemək stolu, 100 manat dəyərində yelləncək, 150 manat dəyərində kalyaska, 100 manat dəyərində manej, 100 manat dəyərində maşın, 20 manat dəyərində beşik oyuncağı, 20 manat dəyərində beşik pərdəsi, 50 manat dəyərində uşaq çantası, 40 manat dəyərində uşaq çağası, 50 manat dəyərində adi beşik, 35 manat dəyərində ədyalça, 55 manat dəyərində 2 ədəd vanna, 80 manat dəyərində yorğan döşək dəsti, 40 manat dəyərində uşaq otağı üçün xalça, 200 manat dəyərində 4 ədəd qəfədan dəsti, 60 manat dəyərində 6 ədəd çaynik, 50 manat dəyərində 20 ədəd qənd qabı, 50 manat dəyərində 20 ədəd meyvə qabı, 50 manat dəyərində 20 ədəd duz qabı, 50 manat dəyərində 24 ədəd meyvə bıçağı, 40 manat dəyərində bıçaq naboru, 50 manat dəyərində 10 ədəd çörək qabı, 100 manat dəyərində 2 ədəd teşt, 150 manat dəyərində 3 ədəd teşt qapaqlı, 100 manat dəyərində 10 kq aliminum qazan, 200 manat dəyərində 4 ədəd çaşka naboru, 200 manat dəyərində qranit qazan dəsti, 180 manat dəyərində qranit tava dəsti, 100 manat dəyərində 2 ədəd çuğun qazan dəsti, 200 manat dəyərində 5 ədəd çuğun ləyən dəsti, 80 manat dəyərində 5 ədəd lək ləyən, 60 manat dəyərində 3 dəst bakal naboru, 50 manat dəyərində borcam naboru, 30 manat dəyərində kek qabı naboru, 30 manat dəyərində ləpə çəkən, 20 manat dəyərində soğan çəkən, 24 manat dəyərində 12 ədəd salfet qabı, 20 manat dəyərində fətir yayan, 16 manat dəyərində sabun qabı 8 ədəd, 15 manat dəyərində 3 ədəd ələk, 889 manat dəyərində pərdələr, astarlar, karnizlər, 1050 manat dəyərində 3 ədəd kaşmir xalça, 1000 manat dəyərində karaca dəsti, 50 manat dəyərində 2 ədəd xrustal badə dəsti, 50 manat dəyərində xrustal stəkan, 50 manat dəyərində 50 ədəd kasa, 50 manat dəyərində 50 ədəd soz qabı, 50 manat dəyərində 50 ədəd salad qabı, 50 manat dəyərində 50 ədəd plov qabı, 50 manat dəyərində 50 ədəd kabab qabı, 50 manat dəyərində 50 ədəd maskur, 50 manat dəyərində 50 ədəd böyük qaşıq, 50 manat dəyərində 50 ədəd kiçik qaşıq, 50 manat dəyərində 50 ədəd böyük çəngəl, 50 manat dəyərində 50 ədəd kiçik çəngəl, 50 manat dəyərində 4 ədəd bulud, 50 manat dəyərində 4 ədəd podnis, əmlaklar olmadıqda isə, onların dəyəri alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 133 manat dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş 50 manat pul vəsaitinin 26.46 manat hissəsi İddiaçı aid edilsin, qalan 156.54 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Coşqun Abdullayev