Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-132/2024 01.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X6 (sədrlik edən), Məhkəmə iclas katibi X5, İddiaçı, onun vəkili Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh3, cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X4 (Cavabdeh3) və Cavabdeh1 qarşı “qızıl-zinət” əşyaları tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, X4 (Cavabdeh3) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 Kalye-sırğa, üzük, sep və qolbaq dəsti 18 qr 585 əyyarlı qiyməti 2350 manat, üzük 3.5 qr 585 əyyarlı qiyməti 400 manat, kitab formalı nişan üzüyü brilyant qaşlı 9.5 qr 585 əyyarlı 1.100 manat və üzük 12 qr 585 əyyarlı 1200 manat, ümumilikdə 43 qr çəkidə qiyməti 5050 manat olan qızıl-zinət əşyalarının naturada özü və ya ümumi dəyəri olan 5050 manat pulun, mediasiya xərci üçün ödənilmiş 55 manat və dövlət rüsumu üçün ödənilmiş 16 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci ildə Masallı rayonunun Qəriblər kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatda olmaqla, orada yaşayır. Masallı şəhər sakini xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 ilə el adəti üzrə xx.xx.2022-ci ildə Rusiya Federasiyasının Norilski şəhərində ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il təvəllüdlü İslam adlı bir övladları olmuşdur. Cavadbeh Cavabdeh2lə xx.xx.2022-ci ildə, yəni hamilə ikən münasibətləri kəskinləşmiş və ayrılmışlar. Cavabdeh həmin gün onu vəhşicəsinə döyərək, anasının evində qoyub getmişdir. Cavabdeh ona hamilə olduğu müddətdə də heç bir yardım etməmişdir. Hətta onu məcbur etmişdir ki, hamiləykən bətnindəki uşağı tələf etdirsin. Bütün təzyiqlərə dözüb uşağı dünyaya gətirmişdir. Uşaq anadan olandan bu günə qədər cavabdeh nə uşağı görməyib, nə də ki, uşağı görmək istəmir. Hər şeyə dözmüşdür ki, bəlkə ailə bərpa olar. Məhkəməyə verməyə də maddi imkanı çox vaxt olmamışdır. Bütün bunlardan sonra ailə münasibətinin bərpa oluna bilməyəcəyini bilmiş və məcburiyyət qarşısında qalıb qızıl-zinət əşyaları və cehiz əmlaklarını götürmək qərarına gəlmişdir. Beləliklə, cehiz əmlaklarını ona vermişlər. Cehiz əmlakları ilə yanaşı, valideynlərinin oğlan üçün apardığı nişan üzüyünü yararsız hala salaraq ona vermişlər. Aşurun valideynlərinin isə gətirdiyi qızıl-zinət əşyalarını ona verməmişlər. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Cavabdehlər isə qeyd etdiklərini düzgün başa düşməyib ona məxsus əmlakları özlərində saxlamaqla, oğlana məxsus əmlakı isə (nişan üzüyünü) yarasız hala salaraq ona vermişlər. Qeyd etdiklərindən və qanunun tələblərindən görünür ki, ona məxsus qızıl-zinət əşyaları onun mülkiyyətindədir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmin qızıl-zinət əşyaları Kalye-sırğa, üzük, sep və qolbaq dəsti 18 qr 585 əyyar qiyməti 2350 manat, üzük 3.5 qr 585 əyyar qiyməti 400 manat, kitab formalı nişan üzüyü brilyant qaş 9.5 qr 585 əyyar 1100 manat və üzük 12 qr 585 əyyar 1200 manat, ümumilikdə 43 qr çəkidə qiyməti 5050 manatdır. Odur ki, qeyd edilən qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçıya verilməlidir. İddia tələbində cavabdehlər Cavabdeh2, (X7) Cavabdeh3 və və Cavabdeh1 Kalyesırğa, üzük, sep və qolbaq dəsti 18 qr 585 əyyarlı qiyməti 2350 manat, üzük 3.5 qr 585 əyyarlı qiyməti 400 manat, kitab formalı nişan üzüyü brilyant qaşlı 9.5 qr 585 əyyarlı 1.100 manat və üzük 12 qr 585 əyyarlı 1200 manat, ümumilikdə 43 qr çəkidə qiyməti 5050 manat olan qızıl-zinət əşyalarının naturada özü və ya ümumi dəyəri olan 5050 manat pulun, mediasiya xərci üçün ödənilmiş 55 manat və dövlət rüsumu üçün ödənilmiş 16 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh2 ilə el adəti üzrə 3 iyun 2022-ci il tarixdə Masallı rayonunda qız toyu olaraq, 23 avqust 2022-ci ildə isə Rusiya Federasiyasının Norilski şəhərində oğlan toyu olaraq ailə həyatı qurmuşdur. 3 avqust 2022-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il təvəllüdlü İslam adlı bir övladları olmuşdur, cavadbeh Cavabdeh2lə xx.xx.2022-ci ildə o hamilə ikən münasibətləri kəskinləşmiş və ayrılmışlar, cavabdeh həmin gün onu vəhşicəsinə döyərək, anasının evində qoyub getmişdir ailənin bərpa ediləcəyinə ümid edərək Aşurun barəsində şikayət etməmişdir, döyülməsi barədə, toy mərasimi barədə fotoşəkilləri məhkəməyə təqdim etmişdir, cavabdeh ona hamilə olduğu müddətdə də heç bir yardım etməmişdir, hətta onu məcbur etmişdir ki, hamiləykən bətnindəki uşağı tələf etdirsin, bütün bu təzyiqlərə dözüb uşağı dünyaya gətirmişdir, uşaq anadan olandan bu günə qədər cavabdeh nə uşağı görməyib, nə də ki, uşağı görmək istəmir, hər şeyə dözmüşdür ki, bəlkə ailə bərpa olar, məhkəməyə ərizə verməyə maddi imkanı çox vaxt olmamışdır. Bütün bunlardan sonra ailə münasibətinin bərpa oluna bilməyəcəyini bilmiş və məcburiyyət qarşısında qalıb qızıl-zinət əşyaları və cehiz əmlaklarını götürmək qərarına gəlmişdir, cehiz əmlaklarını ona vermişlər, cehiz əmlakları ilə yanaşı, valideynlərinin oğlan üçün apardığı nişan üzüyünü yararsız hala salaraq ona vermişlər və məhkəməyə təqdim etmişdir, Aşurun valideynlərinin gətirdiyi qızıl-zinət əşyalarını ona cavabdehlər verməmişlər. 2022-ci ilin oktyabr ayında Rusiyadan gələrkən qızıllar ona verilmədiyi üçün üstündə olmamışdır, cavabdehlər ona məxsus qızıl əmlakları özlərində saxlamaqla, oğlana aldıqları qızıl nişan üzüyünü yarasız hala salaraq onun ustunə atmışlar, ona məxsus qızıl-zinət əşyaları onun mülkiyyətindədir, cavabdehlər o Rusiyadan gələndə qızılları verməmişlər, güman etmişdir ki, qızılları verəcəklər, dəfələrlə tələb etməsinə baxmayaraq qızılları vermədikləri üçün məhkəməyə müraciət etmişdir, onun cavabdehlərlə heç bir qərəzi yoxdur, əgər qızıllar Rusiyadan gələrkən üzərində olsa idi Gömrükdən sorgu edilməsindən çəkinərdi, qızıllar onda deyil, cavabdehlərdən hər dəfə tələb edəndə fiziki təzyiqə məruz qalmışdır, marketdə işləyir 300 manat əmək haqqı alır, özünü və uşağını çətinliklə saxlayır, maddi imkanı aşağı olduğu halda cavabdehlərin onun qızıllarını vermədikləri üçün məhkəməyə ərizə verməyə və məhkəmə iclaslarına gəlməyə məcbur olmuşdur, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Tələb etdiyi qızıl-zinət əşyaları kalye-sırğa, üzük, sep və qolbaq dəsti 18 qr 585 əyyar qiyməti 2350 manat, üzük 3.5 qr 585 əyyar qiyməti 400 manat, kitab formalı nişan üzüyü brilyant qaş 9.5 qr 585 əyyar 1100 manat və üzük 12 qr 585 əyyar 1200 manat, ümumilikdə 43 qr çəkidə qiyməti 5050 manat cavabdehlərdən alınıb ona verilməlidir. İddiaçının vəkili Vəkil2 çıxışında iddia əsaslı olduğu, iddiaçıya məxsus qızıl zinət əşyalarını cavabdehlərdə olduğu, iddiaçı qızılları tələb edəndə Aşur tərəfindən döyüldüyü və qaynanası, qaynatası tərəfindən fiziki təzyiqlərə məruz qalaraq qızızlları dəfələrlə tələb etməsinə baxmayaraq ala bilmədiyi üçün iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildiridi ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını iddiaçıya toyda hədiyyə etmişlər və iddiaçı Rusiyada yaşadıqları evdən gedərkən həmin qızılları aparmasına baxmayaraq onlardan tələb etməsi əsassızdır, həmçinin qızılların qiymətini çox göstərmişdir və həmin qızılları iddiaçı aparmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçının tələb etdiyi qızıl zinət əşyaları onlar tərəfindən alınıb iddiaçıya hədiyyə edilmişdir, lakin iddiaçı həmin qızılları apardığı üçün iddia əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında verdiyi izahatında iddiaçının tələb etdiyi qızılları cavabdehlərin evindən gedərkən özü ilə apardığı üçün rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib həmin izahatlara hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, işdə olan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərə, mütəxəssisin qiymətləndirmə barədə rəyinə əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş; Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 03 avqust 2022-ci il tarixdə Rusiya Federasiyasının Norilski şəhərində A-01753 saylı nikah baglanmışdır. Nikahdan sonra kişiyə Sarıbalayev, qadına Mehtiyeva soyadı verilmişdir. Nikaha xitam verilməsi barədə 23 avqust 2023-cü il tarixli arayışdan görünür ki, tərəflər arasındakı nikah xx.xx.2023-cü ildə Krasnayarsk diyarı Norilsk şəhəri Tsentralnı rayonunda 111 saylı məhkəmə sahəsi sülh hakiminin xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında qərarı ilə pozulmuşdur. Tədqiq edilən halları tərəflər mübahisələndirmədikləri üçün işin hallarına uyğun hesab edilmişdir. Əmlakın Qiymətləndirilməsi barədə 29 noyabr 2023-cü il tarixli 06-29/23 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus qızıl əşyalar: 1 ədəd 585 əyarlı, 25 qram çəkisi olan qarnitur (qızıl dəsti) dəyəri 2375 manat, 1 ədəd 750 əyarlı, 4 qram çəkisi olan üzük nişan briliyant dəyəri 800 manat, 1 ədəd 585 əyarlı, 6 qram çəkisi olan üzükdəyəri 570 manat, 1 ədəd 585 əyarlı, 3 qram çəkisi olan üzük-dəyəri 285 manat olmaqla, cəmi 4030 manat təşkil edir. Rəyə görə qeyd olunan brilyant nişan üzüyü, üzərinə əlavə qqiymətli daşlar əlavə edildiyindən onun dəyəri digər qızıl zinət əşyalarına görə daha yüksək olur. İddiaçı tərəf doqquz ədəd qızıl-zinət əşyasını 6595 AZN-ə qızıl satışı nöqtələrindən qiymətlər dəyişmədiyi halda ala bilər. Ümumi təqdim edilmiş qızılların cəmi qiyməti 6595 AZN təşkil edir. İddiaçının vəsatəti əsasında verilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/2-000063/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) adına xx.xx.2022-ci il tarixdə gömrük bəyannaməsi yazılması haqqında Dövlət Gömrük Komitəsinin elektron informasiya resurslarında hər hansı məlumat mövcud deyildir. Əlavə olaraq, xx.xx.2022-ci il tarixli, 0765 nömrəli Soçi-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn sərnişin İddiaçı X8 Aeroportunda hərəkət trayektoriyalarını əks etdirən video görüntülər qeydə alındığı vaxtdan uzun müddət keçdiyi üçün elektron məlumat daşıyıcısının yaddaş qurğusunda qalmadığından təqdim edilməsi imkan xaricində olduğu qeyd edilmişdir. adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1969-cu ildə Masallı rayonunda doulmuş X1 və adı Cavabdeh3 kimi dəyişdirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, yəni toy mərasimi fotoşəkilləri, toy mərasimi videogörüntüsü, iddiaçının evdən qovub çıxarılması səsyazısını, iddiaçının döyülməsı barədə fotoşəkilləri tədqiq edilmişdir, iddiaçının valideyinləri tərəfindən Cavabdeh2 hədiyyə olaraq alınmış qızıl nişan üzüyü tərəflərin iştirakı ilə baxış keşirilmişdir, cavabdeh tərəf qızıl nişan üzüyün həqiqətən hədiyyə edilmiş üzük olduğunu etiraf etmişlər. Fotoşəkillərdə əks olunan qızıl zinət əşyaları ilə iddiaçının iddia ərizəsində tələb etdiyi qızıllar eyni olmaqla hər hansı fərq müəyyən edilməmişdir, cavabdeh tərəf qızılların hədiyyə edilməsini etiraf etmişdir lakin iddiaçının aparmasını bildirsələrdə bu halı sübut edə bilməmişlər, qızılların qiyməti barədə isə mütəxəssis rəyində göstərilmiş qiymətlər hazırki bazar qiymətlərinə uyğun olduğu üçün ağlabatan hesab edilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hazırda həmin əmlakın özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. Məhkəmə qeyd edir ki, 1-ci hal tam sübüt olunur. Belə ki, iddiaçının tələb etdiyi qızıl əşyaların mövcudluğu mülki işin mübahisəsiz halıdır. Belə ki, cavabdehlər həmin qızılların iddiaçıya hədiyyə kimi alındığını etiraf etmişdir. 2-ci hal isə ümumiyyətlə mübahisə predmeti deyil. Belə ki qızılların mövcudluğu təsdiqini tapdığı kimi, onların iddiaçıya məxsus olması da işin mübahisəsiz halıdır. 3-cü hala münasibətdə isə qeyd edilməlidir ki, qızıl əşyalar iddiaçıdan alınaraq cavabdehlərin sahibliyinə keçmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər iddianı qəbul etməyərək izahatlarında bildirmişdir ki, hazırda iddiaçı tərəfindən tələb edilən qızıllar iddiaçının özündədir. Lakin qeyd edilən halla bağlı hər hansı sübüt məhkəməyə təqdim edilməmişdir. İşdən göründüyü kimi cavabdehlər qızılların iddiaçıda olması barədə məhkəməyə sübut təqdim edə bilmir. İddiaçının isə öz tələblərinin əsası kimi istinad etdiyi hallar iddiaçının izahatı, iddiaçının təqdim etdiyi sübutlar, iş materilları ilə müəyyən və sübut olunmuşdur. Halbuki MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbi cavabdehlərə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, X2 (Cavabdeh3) və Cavabdeh1 müştərək qaydada 1 ədəd 585 əyarlı, 18 qram çəkisi olan kalye-sırğa, üzük, sep və qolbaq dəsti və ya dəyəri 2350 manat, 1 ədəd 585 əyarlı, 3.5 qram çəkisi olan üzük və ya dəyəri 285 manat, 1 ədəd 585 əyarlı, 9.5 qram çəkisi olan kitab formalı nişan üzüyü brilyant qaş və ya dəyəri 800 manat, 1 ədəd 585 əyarlı, 12 qram çəkisi olan üzük və ya dəyəri 570 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğu zaman İddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 55 manat və 16 manat məbləğində dövlət rüsumu da cavabdehlər Cavabdeh2, X2 (Cavabdeh3) və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, X2 (Cavabdeh3) və Cavabdeh1 müştərək qaydada 1 ədəd 585 əyarlı, 18 qram çəkisi olan kalye-sırğa, üzük, sep və qolbaq dəsti və ya dəyəri 2350 manat, 1 ədəd 585 əyarlı, 3.5 qram çəkisi olan üzük və ya dəyəri 285 manat, 1 ədəd 585 əyarlı, 9.5 qram çəkisi olan kitab formalı nişan üzüyü brilyant qaş və ya dəyəri 800 manat, 1 ədəd 585 əyarlı, 12 qram çəkisi olan üzük və ya dəyəri 570 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2, X2 (Cavabdeh3) və Cavabdeh1 müştərək qaydada mediasiya xərci üçün ödənilmiş 55 manat və 16 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-132/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-132/2024
01.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver