Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1352/2023 01.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı 06 aprel 2012-ci il təvəllüdlü X3 15 aprel 2013-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 06 aprel 2012-ci il təvəllüdlü Jalə Mütəllimova 15 aprel 2013-cü il tarixdə vəfat edərək kənd qəbirastanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmişdir. Bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum qızı Jalə Mütəllimova 15 aprel 2013-cü il tarixdə vəfat etsə də, meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümü faktının qeydi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X6 2012-ci ildə doğulmuş və 15 aprel 2013-cü ildə Masallı rayonu Güllütəpə kəndində ölmüşdür. Mərhum Masallı rayonu Güllütəpə kənd qəbristanlığında dəfn edilmişdir. O da, Jalənin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun kəndçisidir. X6 2012-ci ildə doğulmuş və 15 aprel 2013-cü ildə Masallı rayonu Güllütəpə kəndində ölmüşdür. Mərhum Masallı rayonu Güllütəpə kənd qəbristanlığında dəfn edilmişdir. O da, Jalənin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Güllütəpə kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 230 nömrəli arayışda qeyd olunmuşdur ki, X6 xx.xx.2013-cü ildə ölmüş və Masallı rayonu Güllütəpə kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-6/3-326/2023 nömrəli arayışda qeyd olunmuşdur ki, X6 barəsində Masallı rayon X7 Hüquqi şəxsinə ölüm aktı üçün müraciət daxil olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-161 saylı məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 06 aprel 2012-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X2r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 15 aprel 2013-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 06 aprel 2012-ci ildə Masallı şəhərində doğulmuş X3 15 aprel 2013-cü ildə Masallı rayonu Güllütəpə kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1352/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1352/2023
01.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver