Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1354/2023 07.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14 2023-MŞL-470 saylı banşıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşağın saxlanılması hər ay bir uşağa görə 80 manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı ildə X2 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən aynlmışlar. Aynldıqdan sonra Daməd uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Damədlə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-MŞL-470 saylı banşıq sazişi imzalanmışdır. Damədin başqa yerdən qeyri rəsmi gəlirləri olduğundan barışıq sazişi bağlayan vaxt razılaşmışlar ki, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması hər ay bir uşağa görə 80 manat alimenti ona ödəyəcəkdir. Lakin Daməd banşıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınmışdır. O, Damədlə əlaqə saxlayanda bildirmişdir ki, heç nə ödəməyəcəkdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-MŞL-470 saylı banşıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşaqın saxlamlması hər ay bir uşağa görə 80 manat alimentin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə, 165 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02 mart 2016-cı ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL-470 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Ərizəçi (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra 02 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat aliment pulunu Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 28 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 23 fevral 2023-cü il tarixli, MŞL/MT014/2023-MŞL-470 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 mart 2023-cü ildən başlayaraq Maraqlı şəxs 02 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1354/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1354/2023
07.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver