Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1369/2023 10.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə. Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-01608 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxsdan 07 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər 80 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə el adəti ilə toy etməklə qurmuşdur. Nikahlarını xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 07 sentyabr 2016-cı ildə X2 adlı uşaqları olmuşdur. Xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Mircavid uşağa baxmadığından və uşağın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Mircavid ilə xx.xx.2022-ci ildə mediasiya prosesində MŞL-01608 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs uşağın saxlanılması üçün hər ay 80 manat alimenti ona ödəyəcəkdir. Aliment hər ayın 01-i günü ödənilməlidir. Lakin Mircavid barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi alimenti ona ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2022-ci ildə mediasiya prosesində bağlanmış MŞL-01608 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 07 sentyabr 2016-cı ildə doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə Ərizəçi nikahlarını 05 oktyabr 2016-cı ildə rəsmiləşdirmişlər. xx.xx.2022-ci il tarixli, MŞL-01608 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci) Ərizəçi və (ikinci) Maraqlı şəxs el adəti ilə toy etməklə qurmuşdur. Nikahlarını xx.xx.2016-cı ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 07 sentyabr 2016-cı ildə X2 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Hazırda uşaq anasının yanında yaşayır. Tərəflər ayrıldıqdan sonra uşağın atası Maraqlı şəxs bir nəfər yetkinlik yaşına çatmayan uşağa baxmamış, uşağın saxlanılması üçün onun gündəlik təlabatlarını qarşılamamışdır. İkinci tərəf Maraqlı şəxs saziş imzaladıqdan sonra birgə nikahlarından anadan olmuş 07 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinİik yaşına çatana kimi hər ay 80 manat alimenti birinci tərəfə ödəyəcəkdir. Alimentin köçürülməsi hər ayın 01-də gün ərzində nağd qaydada, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 30 mart 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 19 dekabr 2022-ci il tarixli, MŞL-01608 nömrəli barışıq sazişi təsdiq edilsin. 07 sentyabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment Maraqlı şəxsdan alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulmasının əvvəli 01 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1369/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1369/2023
10.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver