Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1409/2025 07.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 12 mart 2025-ci ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00326 saylı barışıq sazişinin təsdiq edilməsi, alimentin hesablanmasının 05 yanvar 2025-ci ildən başlayaraq 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, dörd uşağa görə 360 manat alimentin maraqlı şəxsdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ərizəçi Maraqlı şəxs ilə el adəti qaydasında ailə qurmuşdur. Nikahlarını 07 aprel 2007-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından o, alimentin ödənilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Onunla Maraqlı şəxs arasında 12 mart 2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00326 saylı barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs əmək qabiliyyətli olmaqla gəlir əldə etdiyindən dörd nəfər uşağın saxlanılması üçün hər ay bir uşağa görə 90 manat, dörd uşağa görə 360 ərizəçiyə aliment ödəməlidir. Eyni zamanda onlar razılaşmışlar ki, alimentin məbləği 2025-ci ilin yanvar ayından hesablansın, Maraqlı şəxs razı olmuş, hər iki tərəfin razılığı ilə aralarında saziş bağlanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqdan bir neçə gün sonra bildirmişdir ki, ona aliment ödəməyəcək, nə edə bilərsə etsin, həmçinin əvvəldən qalan aliment borcunu da, ödəməmişdir, alimenti ödəməkdən yayınmışdır. Odur ki, Maraqlı şəxs ilə aralarında 12 mart 2025-ci ildə mediasiya prosesində MŞL/MT014/2025-00326 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - Ərizəçi ilə Maraqlı şəxs arasında 12 mart 2025-ci ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2025-00326 saylı barışıq sazişindən görünr ki, tərəflər bu sazişi imzalamaqla 07 apreldə 2007-ci ildə bağlanılmış nikah davam etdirilməsinə razılaşdılar, Tərəflər 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqların anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar; İkinci tərəf 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 90 manat, dörd uşağa görə 360 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür; İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla alimentin hesablanmasını 05 yanvar 2025ci ildə başlanmasına razılaşır və aliment məbləğini hər ayın 15-də bank və ya poçta köçürmə qaydasında Ərizəçi ödəməsinə öhdəlik götürür; İkinci tərəf Maraqlı şəxs Güloğan bu sazişi imzalamaqla 05 yanvar 2025-ci ildən 05 mart 2025-ci ilə kimi yığılmış aliment məbləğini 2025-ci ilin mart ayının 17-də Ərizəçi ödəməsinə öhdəlik götürür; Birinci tərəf Ərizəçi bu sazişi imzalamaqla 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqları ilə ataları Maraqlı şəxs hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-a kimi ünsiyyət verəcəyinə öhdəlik götürür; birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı hər hansı bir mübahisələri yoxdur. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 90 (doxsan) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 12 mart 2025-ci il tarixli, MŞL/MT014/2025-00326 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “İkinci tərəf 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 90 manat, dörd uşağa görə 360 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür; İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla alimentin hesablanmasını 05 yanvar 2025-ci ildə başlanmasına razılaşır və aliment məbləğini hər ayın 15-də bank və ya poçta köçürmə qaydasında Ərizəçi ödəməsinə öhdəlik götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 12 mart 2025-ci il tarixli, MŞL/MT014/2025-00326 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “İkinci tərəf 15 oktyabr 2007-ci il təvəllüdlü X3, 12 avqust 2009-cu il təvəllüdlü X2, 28 aprel 2016-cı il təvəllüdlü X1 və 13 may 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 90 manat, dörd uşağa görə 360 manat alimenti Ərizəçi ödəməsinə öhdəlik götürür; İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla alimentin hesablanmasını 05 yanvar 2025-ci ildə başlanmasına razılaşır və aliment məbləğini hər ayın 15-də bank və ya poçta köçürmə qaydasında Ərizəçi ödəməsinə öhdəlik götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-1409/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1409/2025
07.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver