Məhkəmə qərarları › İş №2(050)-1415/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1415/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1415/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi Məmmədi oğlunun iştirakı ilə, Ərizəçi Məmmədi oğlunun Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Məmmədi oğlunun (maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilmiş) ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Məmmədi oğlu yazılı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, işin baxılmamış saxlanmasını xahiş etdiyindən, Ərizəçi Məmmədi oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, Ərizəçi Məmmədi oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, həmçinin Ərizəçi Məmmədi oğlu tərəfindən "xxxx" ASC vasitəsi ilə ödənilmiş (xx.xx.2025-ci il tarixli, terminal nömrəsi K0100272, əməliyyat İD 841034351, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 manat məbləğində dövlət rüsumu Ərizəçi Məmmədi oğluna geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Məmmədi oğlunun ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi Məmmədi oğlu tərəfindən "xxxx" ASC vasitəsi ilə ödənilmiş (xx.xx.2025-ci il tarixli, terminal nömrəsi K0100272, əməliyyat İD 841034351, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142213) 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar