Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1455/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh, həmdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları və ya onların dəyəri tələbi barədə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 3400 manat dəyərində 1 ədəd, 25 qram, 1 karat 585 əyyarlı qarnitur (qızıl dəsti) brilyant, boyunbağı və klon, 200 manat dəyərində 2 qram, 585 əyyarlı üzük, 200 manat dəyərində 2 qram, 585 əyyarlı üzük, cəmi 3800 manat dəyərində qızıl-zinət əşyaları və ya onların dəyərinin, həmçinin vəkillə müqavilə bağlanmasına görə ödənilmiş 300 manat, mediasiya xərcinə görə 60 manat, mütəxəssis rəyinə görə 50 manat, dövlət rüsumuna görə 58 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1la el adəti qaydasında ailə qurmuş, rəsmi nikahları olmuş və cavabdehlərə məxsus evə gəlin köçmüşdür. Cavabdehlə ailə qurarkən onun valideynlərinə məxsus Masallı rayonu Şərəfə kəndində yerləşən evə gəlin köçmüş, gəlin köçərkən ona müəyyən cehiz əmlakları və qızıl-zinət əşyaları hədiyyə olunmuş, özünə məxsus bir sıra əşyaları olmuşdur. Həmin qızıl-zinət əşyaları hazırda cavabdehlərdədir və ona qaytarmırlar. Həmçinin, toy şəkilləri və disklər vardır ki, orada qızıllar hamısı qeydə alınmışdır. Qızılların mövcudluğu sübut olunur və onların dəyəri barədə mütəxəssis rəyi almışdır. Onun mülkiyyətində olan qızıl-zinət əşyaları aşağıdakılardır: 3400 manat dəyərində 1 ədəd 25 qram 1 karat 585 əyyarlı qarnitur (qızıl dəsti) brilyant, boyunbağı və klon, 200 manat dəyərində 2 qram 585 əyyarlı üzük, 200 manat dəyərində 2 qram, 585 əyyarlı üzük, cəmi 3800 manat dəyərində qızıl-zinət əşyaları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, o, ekspert rəyi ilə razı deyil. Əgər tələb edilən əmlaklar satılıbsa, cavabdehlər mütəxəssisə nəyi təqdim edib ekspert rəyini almışlar. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, həmdə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, tələb edilən qızıl-zinət əşyaları keçmiş gəlini İddiaçı hədiyyə olunmuşdur. Sonradan isə pul lazım olduğu üçün qızıl-zinət əşyaları satılmışdır. Hesab edir ki, iddiaçıya əmlaklar qaytarılmamalıdır. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)-940/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «nikahın pozulması» barədə iddiası təmin edilmiş və Cavabdeh1 ilə İddiaçı arasında 28 sentyabr 2022-ci il tarixdə Masallı regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 913 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Fərdi sahibkar X1 tərəfindən verilmiş 29 yanvar 2024-cü il tarixli, 06-29/24 saylı mütəxəssis rəyindən görünür ki, 1 ədəd, 585 əyyarlı, 1 karat, 25 qram çəkidə olan qarniturun (qızıl-dəsti) briliyant, boyunbağı və kulonun dəyəri 3400 manat, 1 ədəd, 585 əyyarlı, 2 qram çəkidə olan üzüyün dəyəri 200 manat və 1 ədəd, 585 əyyarlı, 2 qram çəkidə olan üzüyün dəyəri 200 manat, cəmi 3800 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin 09 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 dəst, 585 əyyarlı, 20,5 qram çəkidə olan qarniturun hal-hazırki orta alış qiyməti 2050 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 9/6796 nömrəli ekspert rəyindən görünür ki, 1 dəst, 25 qram 585 əyyarlı qızıl dəstinin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2125,00 (25qr.x.85 man) manat müəyyən edilir. Rəydə qızılın 1 qramının qiyməti 85 manatdan hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında tələb edilən qızıl-zinət əşyalarının alınması, həmin əşyaların iddiaçıya gəlin olaraq toyda hədiyyə edilməsi mübahisə predmeti deyil, işin bu halı mübahisəsizdir, tərəflər təsdiq edirlər. Tərəflər arasında mübahisə - əsasən əmlakın dəyəri ilə bağlıdır. Həmin məsələlər ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Qızıl-zinət əşyalarının çəkisi və dəyəri barədə tərəflər arasında mübahisə olduğundan həmin məsələ ilə bağlı ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2024-cü il tarixli, 9/6796 nömrəli ekspert rəyi ilə 1 dəst, 25 qram, 585 əyyarlı qızıl dəstinin orta bazar qiyməti təxminən 2125 manat dəyərində qiymətləndirilmiş və rəydə qızılın 1 qramının qiyməti 85 manatdan hesablanmışdır. İddiaçı məhkəməyə tələb etdiyi onun mövqeyinə görə - 1 dəst, 25 qram, 585 əyyarlı qızıl dəstinin 1 karat olmasını bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, sübut etmə vəzifəsi baxımından işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 113.2 və 119.1-ci maddələrinə əsasən iddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı mübahisə ilə bağlı mediasiya prosesindən keçmiş və bununla bağlı 60 manat mediasiya xərci ödəmişdir. İddianın qiyməti 3800 manatdır, həmin tələbə görə 58 manat dövlət rüsumu ödənilməlidir. Həmçinin hüquqi yardıma görə 300 manat ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna və mediasiya xərcinə görə ödənilmiş 45.25 manat və hüquqi yardıma görə 300 manat məbləğ də cavabdehlərə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 2125 manat dəyərində 1 ədəd, 25 qram, 585 əyyarlı boyunbağı və klondan ibarət qarnitur (qızıl dəsti), 200 manat dəyərində 2 qram, 585 əyyarlı üzük, 200 manat dəyərində 2 qram, 585 əyyarlı üzük, cəmi 2525 manat dəyərində qızıl-zinət əşyaları və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə 45.25 manat pul və hüquqi yardıma görə 300 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
X2