Məhkəmə qərarları › İş №2(050)-1457/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1457/2023

12.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1457/2023 12.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 2003-cü ilin dekabrında el adəti üzrə toy edərək faktiki ailə qurmuşlar. Nikahlarını 02 sentyabr 2005-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 26 aprel 2007-ci il təvəllüdlü X4, 10 iyul 2009-cu il təvəllüdlü X1 və 04 yanvar 2012-ci il təvəllüdlü X6 adlı üç uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmışdır. Maraqlı şəxs ona kömək etmədiyindən, o, bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Ərizəçi və Maraqlı şəxs 12 aprel 2022-ci il mediasiya prosesində MŞİH-16359 saylı barışıq sazişi imzalamışlar. Maraqlı şəxs ilə 12 aprel 2022-ci ildə mediasiya prosesində MŞİH-16539 saylı barışıq sazişinin təsdiq edilməsi, 26 aprel 2007-ci il təvəllüdlü X2, 10 iyul 2009-cu il təvəllüdlü X1 və 04 yanvar 2012-ci il təvəllüdlü X3 Maraqlı şəxs alınaraq ona verilməsi və Maraqlı şəxs uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək, hal-hazırda ərindən ayrı yaşadığını, onların boşanmaları ilə bağlı məhkəmə icraatında iş olduğunu və uşaqlarının ataları ilə yaşadıqlarını bildirmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək, hal-hazırda ərizəçidən ayrı yaşadığını və uşaqlarının onunla yaşadığını, ona görə aliment ödəmədiyini, onların boşanmaları ilə bağlı hal-hazırda məhkəmə icraatında iş olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10.-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4.-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Göründüyü kimi, mülki iş üzrə uşaqların Ərizəçi yanında olmaması müəyyən olunur, bu hal mübahisəlidir, ona görə də ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi uşaq və aliment tələbi barədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar