Məhkəmə qərarları › İş №2(050)-1511/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1511/2025

21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1511/2025 21.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: X1 onun qardaşıdır. Qardaşı xx.xx.1958-ci il tarixdə Lənkəran rayonu, Kakalos kəndində doğulmuş, xx.xx.1993-cü il tarixdə Masallı rayonunda ölmüşdür. Ölümündən sonra Masallı rayon Yeddioymaq kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunmuşdur. Qardaşı cavan yaşda dünyadan köçdüyündən, başı onun vaxtsız ölümü ilə qarışdığından ölüm şəhadətnaməsini ala bilməmişdir. O, bu barədə Masallı rayon mərkəzi xəstəxanasından tibbi arayış almaq istəsə də, ona arayışın verilməsindən imtina edilmişdir. Tibbi arayış verilmədiyindən qardaşının ölüm şəhadətnaməsini qeydiyyat şöbəsindən ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi: Mərhum qardaşı X4 xx.xx.1993-cü il tarixdə Masallı rayonu Yeddioymaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, mərhum qardaşı X4 xx.xx.1993-cü il tarixdə ev şəraitində vəfat etməsini, həmin vaxt onun ölümü ilə bağlı rəsmi sənədləşmə aparılmadığını bildirdi. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun sayır. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, ərizəçi onun həm qonşusu, həm də qohumudur. X1 onun əmisi oğlu olmuşdur. O, xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, ərizəçi onun əmisi qızıdır. X1 1993-cü ilin iyun ayında vəfat etmişdir. O, Birinci Yeddioymaq kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, ərizəçi onun bacısı, mərhum Ehtiram Cəfərov isə qardaşı olmuşdur. Qardaşı xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. O, Birinci Yeddioymaq kənd qəbiristanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. X3, anası X5r. Doğum haqqında arayışdan görünür ki, X6 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. X2, anası X5r. Masallı Rayon “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 09 aprel 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Masallı RİHB-nin xx.xx.2025-ci il tarixli, 175 saylı arayışından görünür ki, X6 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və o, Birinci Yeddioymaq kənd qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” X13 09 aprel 2025-ci il tarixli, 18-1-60/2-C-221- 42-181/2025 saylı məktubundan görünür ki, X6 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” X11 ölüm aktı üçün müraciət daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1-ci maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin qaydanın 8.5-ci maddəsinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, xx.xx.1958-ci ildə doğulmuş X6 xx.xx.1993cü il tarixdə vəfat etmiş, lakin onun ölümü barəsində tibbi sənəd verilmədiyindən, müvafiq həkim rəyi verilməmiş, bu səbəbdən ölüm akt qeydi aparılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhumun ölüm akt qeydinin aparılması məhkəmə tərəfindən ölüm faktı müəyyən olunmadan mümkün deyil, odur ki, ərizə təmin edilməli, X4 xx.xx.1993-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci ildə doğulmuş X4 xx.xx.1993-cü il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) tərəflər Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar