Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1513/2025 21.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağladıqları xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00132 saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşaqların saxlanması üçün yetkinlik yaşına çatanadək əmək haqqının 1/3 misli məbləğində aliment pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Sığıncaq kənd sakini Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə el adəti ilə faktiki ailə həyatı qurmuşdur. Nikahları isə Masallı regional “ASAN xidmət” mərkəzində xx.xx.2021-ci il tarixdə, 573 nömrə ilə rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Cavabdehlə bir müddət ailədə mehriban yaşasalar da, sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər, xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında MŞM/MT036/2025-00132 saylı Barışıq Sazişi imzalayaraq, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün əmək haqqının 1/3 misli məbləğində alimentin alınıb ona verilməsinə razılaşmışlar. Buna baxmayaraq, Maraqlı şəxs bügünkü günə qədər imzaladığı barışıq sazişinə əsasən götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında bağladıqları MŞM/MT036/2025-00132 saylı saylı Barışıq Sazişinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşaqların saxlanması üçün yetkinlik yaşına çatanadək əmək haqqının 1/3 misli məbləğində aliment pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Ərizəçi “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və qərar qəbul eidlməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında arayışlardan görünür ki, 29 avqust 2020-ci il təvəllüdlü X1 və 16 mar 2022-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. nikah haqqında arayışdan görünür ki, X7 ilə X3 arasında 25 avqust 2021-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 573 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Məmmədov (a) soyadı verilmişdir. 24 fevral 2025-ci il tarixli, MŞM/MT036/2025-00132 saylı barışıq sazişində görünür ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs əmək haqqının 1/3 misli məbləğində aliment müəyyən edilir. xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Maraqlı şəxs əmək haqqının 1/3 misli məbləğində alimenti 2025-ci ilin mart ayından başlayaraq gələn hər növbəti ayın sonunadək Ərizəçi nağd, poçt vasitəsi ilə və ya bank kartına ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin mart ayından başalayaraq gələn hər növbəti ayın sonunadək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 10 aprel 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 24 fevral 2025-ci il tarixli, MŞM/MT036/2025-00132 saylı barışıq sazişi aliment hissəsində təsdiq edilsin. 01 mart 2025-ci ildən başlayaraq 29 avqust 2020-ci il təvəllüdlü X1 və 16 mart 2022ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs əmək haqqının üçdə bir hissəsi miqdarında aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1513/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1513/2025
21.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver