Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1525/2025 05.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakları ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı qızıl-zinət tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 qarşı qızıl-zinət tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 gəlin köçərkən ona verilmiş gəlinlik qızıl-zinət əşyaları 6 qram çəkidə, 583 əyyarlı, 600 manat dəyərində 1 ədəd nişan üzüyünün, 7 qram çəkidə, 583 əyyarlı, 650 manat dəyərində 1 ədəd boyunbağının, 3 qram çəkidə, 585 əyyarlı, 250 manat dəyərində 1 ədəd qolbağın, 8 qram çəkidə, 585 əyyarlı, 700 manat dəyərində 1 dəst komplektin (bir cüt sırğa-üzük), 5 qram çəkidə, 583 əyyarlı, 400 manat dəyərində 1 dəst sep kulonunun, 22 qram çəkidə, 583 əyyarlı, 1800 manat dəyərində 1 ədəd sepin (yoluçnu), 2.5 qram çəkidə, 583 əyyarlı, 200 manat dəyərində 1 ədəd üzüyün və ya onların ümumi dəyəri 4600 manat pulun və 66 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə el adəti üzrə toy edib gəlin köçmüşdür. Gəlin köçdüyü vaxt ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyaları üstündə olmuşdur. Sonradan “ayaq açdı” deyilən el adəti olan evləndikdən sonra anası gilə ilk dəfə getdiyi zaman anası Nümayəndə ona 22 qramlıq “yoluçnu” sep hədiyyə etdi. O, 5 ay 13 gün ər evində yaşamışdır. Sonra aralarında müxtəlif vaxtlarda mübahisələr olmuşdur. Qaynanası Nərgiz ona qarşı çox təzyiqlər edirdi. Baldızı Fatimədə onunla teztez mübahisələr edirdi. Sonra o, xəstəxanaya düşmüşdür və 10 gün ağır vəziyyətdə olmuşdur. Onu xəstəxanayada vaxtında aparmırdılar, anası ərinə zəng etdikdən sonra onu Masallı rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin vaxtdan indiyədək atası evində yaşayır. Gəlin köçərkən atası evindən ər evinə gətirdiyi cehiz əmlaklarını ər evindən kənd ərazi nümayəndəsinin iştirakı ilə ona qaytarılmışdır. Lakin gəlin köçərkən ona hədiyyə alınmış (həm valideynləri, həmdə cavabdehlər tərəfindən) qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Həmin qızıl-zinət əşyalarının ona qaytarılmasını tələb etsə də onları ona qaytarmadılar. Qaynanası və əri ona bildirdilər ki, qızıl-zinət əşyaları sənə düşmür. Odur ki, ona toy hədiyyəsi olaraq verilmiş qızıl-zinət əşyalarının tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızıl-zinət əşyaları nişan üzüyü 1 ədəd, 6 qram çəkidə, 583 əyyarlı, dəyəri 600 manat, boyunbağı 1 ədəd, 7 qram çəkidə, 583 əyyarlı dəyəri, 650 manat, qolbaq 1 ədəd, 3 qram çəkidə, 585 əyyarlı dəyəri, 250 manat, komplekt (bir cüt sırğa-üzük) 1 dəst, 8 qram çəkidə, 585 əyyarlı dəyəri 700 manat, sep klonlu 1 dəst, 5 qram çəkidə, 583 əyyarlı, dəyəri 400 manat, sep (yoluçnu) 1 ədəd, 22 qram çəkidə, 583 əyyarlı dəyəri 1800 manat, üzük 1 ədəd, 2.5 qram çəkidə, 583 əyyarlı, dəyəri 200 manat təşkil edir. Cavabdeh X5 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona və cavabdehlər atası Cavabdeh1, anası Cavabdeh3 və qardaşı Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının tələbi barədə iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixdə, saat 10:30-a təyin edilmişdir. İddiaçı ilə qardaşı Cavabdeh2 qeyri-rəsmi el adəti üzrə ailə həyatı qurmuşlar. O, onların ailə söhbətlərinə heç vaxt qarışmamışdır. Heç nə də bilmir. O, həmkəndlisi X8 ilə xx.xx.2007-ci ildə ailə həyatı qurub, nikahlarını isə xx.xx.2008ci ildə 07 nömrə ilə Masallı RİHB-nın Yeyənkənd Ərazi vahidi üzrə nümayəndəliyində qeyd etdirmişlər. X8 ilə ailə həyatı qurandan sonra, ona məxsus evdə qaynanası və uşaqları ilə birlikdə yaşayır. Qardaşı Cavabdeh2 ailə söhbətləri düşdüyü andan həyat yoldaşı Rüfət ona bildirmişdir ki, “Əgər sən onların işlərinə qarışsan səninlə qurtaracağam”. Bunu belə görən iddiaçı və onun anası bilərəkdən ona şər və böhtanlar ataraq, sonuncu da sözügedən mülki işdə onu cavadeh qismində qeyd etməklə, ailəsinin dağıldığı kimi onun da ailəsi dağıtmaq niyyətindədir. İddiaçının anası əri Rüfətin qısqanc olduğunu bildiyi üçün bir neçə dəfə bildimişdir ki, “Mənim qızımın ailəsi dağıldığı kimi, Fatimənin də ailəsini mən dağıdacağam. Onu məhkəmələrdə süründürəcəyəm.” O baxımdan da, iddiaçı və onun anası ondan qərəzlidir. Halbuki, onun da üç qız uşağı var. Heç vaxt istəməz ki, kiminsə ailə işinə qarışsın. İddiaçı anasının təkidi ilə onun ailəsinə para-pozanlıq salmaq niyyəti ilə onu nahaqdan cavabdeh qismində qeyd etmişdir. Qeyd edilənləri və əlavə olaraq təqdim etdiyi sənədləri nəzərə alaraq, onu cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, qızıl-zinət əşyaları iddiaçının özündə olub. Lakin qayınanası istifadə etməyə imkan verməyib və bildirib ki, “uşaqsan itirərsən”. İddiaçı ata evinə xəstəxanadan gəlmiş və heç bir şey gətirməmişdir. Qayınatası xəstə adamdır. Əsas tələb qayınanaya qarşıdır. Övladının haqqının verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, ekspert rəyindən də göründüyü kimi iddia tələbində olan qiymətlər şişirdilmiş deyildir. Müdafiə etdiyi şəxsin mülkiyyətinin qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddinı qəbul etməyərək bildirdi ki, qızıl-zinət əşyalarının qiymətini məhkəməyə təqdim etmişdir. İddia tələbində olan qiymətlə razı deyil. Qızıl-zinət əşyaları həmişə gəlində olub. 22 qram çəkidə olan boyunbağı mövcud olmayıb. İddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, 6 qram çəkidə, 583 əyyarlı, 1 ədəd nişan üzüyünün dəyəri 600 manat, 7 qram çəkidə, 583 əyyarlı, 1 ədəd boyunbağının dəyəri 650 manat, 3 qram çəkidə, 585 əyyarlı, 1 ədəd qolbağın dəyəri 250 manat, 8 qram çəkidə, 585 əyyarlı, 1 dəst komplektin (bir cüt sırğaüzük) dəyəri 700 manat, 5 qram çəkidə, 583 əyyarlı, 1 dəst sep kulonunun dəyəri 400 manat, 22 qram çəkidə, 583 əyyarlı, 1 ədəd sepin (yoluçnu) dəyəri 1800 manat, 2.5 qram çəkidə, 583 əyyarlı, 1 ədəd üzüyün dəyəri 200 manat olmaqla onların ümumi dəyəri 4600 manatdır. Cavabdeh1 məhkəməyə təqdim etdiyi qızıl-zinət əşyalarına dair siyahıdan görünür ki, komplektin (sırğa, üzük, boyunbağı və bizlərzik) dəyəri 960 manat, nişan üzüyünün dəyəri 250 manat, həri üzüyünün dəyəri 150 manat, tək qaş üzüyün dəyəri 100 manat, nazik sepin və kulonun dəyəri 200 manatdır. "xxxx" MMC-nin 17 sentyabr 2025-ci il tarixli, QXM/489M saylı mütəxəssis rəyindən görünür ki, 6 qram çəkidə, 583 əyyarlı, 1 ədəd nişan üzüyünün dəyəri 600 manat, 7 qram çəkidə, 583 əyyarlı, 1 ədəd boyunbağının dəyəri 700 manat, 3 qram çəkidə, 585 əyyarlı, 1 ədəd qolbağın dəyəri 300 manat, 8 qram çəkidə, 585 əyyarlı, 1 dəst komplektin (bir cüt sırğa-üzük) dəyəri 800 manat, 5 qram çəkidə, 583 əyyarlı, 1 dəst sep kulonunun dəyəri 500 manat, 22 qram çəkidə, 583 əyyarlı, 1 ədəd sepin (yoluçnu) dəyəri 2000 manat, 2.5 qram çəkidə, 583 əyyarlı, 1 ədəd üzüyün dəyəri 240 manat olmaqla onların ümumi dəyəri 4900 manatdır. Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X5 arasında 04 mart 2008-ci il tarixdə Masallı RİHB-nın Yeyənkənd ərazi üzrə nümayəndəliyində 07 nömrəli nikah akt qeydi bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Həmidov(a) soyadı verilmişdir. 06 mart 2025-ci il tarixli qəbzdən görünür ki, Nümayəndə Cavabdeh2 Həhmət oğluna bəylik kostyumu üçün verdiyi 180 manat pulu nağd qaydada qəbul etmişdir. 04 mart 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 585 əyyarlı nişan üzüyünü qəbul etmişdir. İddiaçının tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuş və cavabdelərin evinə gəlin köçmüşdür. Gəlin köçərkən cavabdehlərin evinə iddiaçının cehiz əmlakları yerləşdirilmiş və özü ilə qızıl-zinət əşyaları aparmışdır. Ailədə münaqişələr olurmuş. Sonuncu dəfə İddiaçı xəstəxanadan çıxdıqdan sonra cavabdehlərin evinə deyil, valideyinlərinin evinə qayıtmışdır və ona məxsus əmlaklar cavabdehlərin evində qalmışdır. İddiaçı razılığa əsasən ona məxsus cehiz əmlaklarını cavabdehlərin evindən götürmüş, lakin qızıl-zinət əşyaları ona verilməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət əşyaların cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 alınaraq ona verilməsini xahiş edir. Tələb edilən qızıl-zinət əşyaların mövcüd olması iş materialları ilə sübuta yetir, lakin onların cavabdehlər Cavabdeh1 və X3 olması sübuta yetmir. Belə ki, məhkəmə iclaslarında iddiaçı tərəf izahat verərək bildirmişdir ki, onun qızıl-zinət əşyaları qaynanası Cavabdeh3dır, qızıllarını tələb etməsinə baxmayaraq qaynanası Cavabdeh3 və əri Cavabdeh2 qızıllarını ona verməkdən imtina etmişlər.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu təsdiqini tapmışdır. Belə ki, tərəflər arasında tələb edilən qızıl-zinət əşyalarının alınması, həmin əşyaların iddiaçıya gəlin olaraq toyda hədiyyə edilməsi mübahisə predmeti deyil, işin bu halı mübahisəsizdir, tərəflər təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Tərəflər arasında mübahisə - əmlakın dəyəri ilə bağlıdır. Həmin məsələlər ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Qızıl-zinət əşyalarının çəkisi və dəyəri barədə tərəflər arasında mübahisə olduğundan həmin məsələ ilə bağlı qızıl-zinət əşyalarının qiymətləndirilməsi təyin edilmiş, "xxxx" MMC-nin 17 sentyabr 2025-ci il tarixli, QXM/489M saylı mütəxəssis rəyindən görünür ki, 6 qram çəkidə, 583 əyyarlı, 1 ədəd nişan üzüyünün dəyəri 600 manat, 7 qram çəkidə, 583 əyyarlı, 1 ədəd boyunbağının dəyəri 700 manat, 3 qram çəkidə, 585 əyyarlı, 1 ədəd qolbağın dəyəri 300 manat, 8 qram çəkidə, 585 əyyarlı, 1 dəst komplektin (bir cüt sırğa-üzük) dəyəri 800 manat, 5 qram çəkidə, 583 əyyarlı, 1 dəst sep kulonunun dəyəri 500 manat, 22 qram çəkidə, 583 əyyarlı, 1 ədəd sepin (yoluçnu) dəyəri 2000 manat, 2.5 qram çəkidə, 583 əyyarlı, 1 ədəd üzüyün dəyəri 240 manat olmaqla onların ümumi dəyəri 4900 manatdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 6 qram çəkidə, 583 əyyarlı, 600 manat dəyərində 1 ədəd nişan üzüyü, 7 qram çəkidə, 583 əyyarlı, 650 manat dəyərində 1 ədəd boyunbağı, 3 qram çəkidə, 585 əyyarlı, 250 manat dəyərində 1 ədəd qolbağ, 8 qram çəkidə, 585 əyyarlı, 700 manat dəyərində 1 dəst komplekt (bir cüt sırğa-üzük), 5 qram çəkidə, 583 əyyarlı, 400 manat dəyərində 1 dəst sep kulon, 22 qram çəkidə, 583 əyyarlı, 1800 manat dəyərində 1 ədəd sep (yoluçnu), 2.5 qram çəkidə, 583 əyyarlı, 200 manat dəyərində 1 ədəd üzük və ya onların ümumi dəyəri 4600 manat müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 66 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid edilməli və onlardan tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 354 manat pul məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC-nin “İnşaatçılar” filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, Kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN **********) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 6 qram çəkidə, 583 əyyarlı, 600 manat dəyərində 1 ədəd nişan üzüyü, 7 qram çəkidə, 583 əyyarlı, 650 manat dəyərində 1 ədəd boyunbağı, 3 qram çəkidə, 585 əyyarlı, 250 manat dəyərində 1 ədəd qolbağ, 8 qram çəkidə, 585 əyyarlı, 700 manat dəyərində 1 dəst komplekt (bir cüt sırğa-üzük), 5 qram çəkidə, 583 əyyarlı, 400 manat dəyərində 1 dəst sep kulon, 22 qram çəkidə, 583 əyyarlı, 1800 manat dəyərində 1 ədəd sep (yoluçnu), 2.5 qram çəkidə, 583 əyyarlı, 200 manat dəyərində 1 ədəd üzük və ya onların ümumi dəyəri 4600 manat müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 və X4 münasibətdə təmin edilməsin. Ödənilmiş 66 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid edilməli və onlardan tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 354 manat pul məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC-nin “İnşaatçılar” filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ********************, Kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN **********) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov