Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1531/2024 22.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 04 aprel 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-00505 saylı barışıq sazişinin təsdiq edilməsi, 20 dekabr 2010-cu il təvəllüdlü X4, 25 fevral 2012-ci il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat, üç uşaq üçün 450 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 20 dekabr 2010-cu il təvəllüdlü X8, 25 fevral 2012-ci il təvəllüdlü X6 və 15 iyul 2016-cı il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində MŞL/MT014/2023/MŞL- 00505 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat, cəmi 450 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə hər ayın 04-də icra etməli idi. Lakin cavabdeh aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə 04 aprel 2024-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT014/2023/MŞL-00505 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdilər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X1 arasında Masallı RHİB-nin Qodman ərazi nümayəndəliyində 25 noyabr 2009-cu il tarixdə nikah bağlanmış, bu barədə 17 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 20 dekabr 2010-cu il təvəllüdlü X4, 25 fevral 2012-ci il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası Ərizəçidır. 04 aprel 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00505 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra 20 dekabr 2010-cu il təvəllüdlü X8, 25 fevral 2012-ci il təvəllüdlü X6 və 15 iyul 2016-cı il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 150 manat, cəmi 450 manat aliment pulunun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2024-cü ilin mart ayının 04-dən başlayaraq gələn hər ayın 04-də ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2024-cü ilin mart ayının 04-dən başalayaraq hər ayın 04-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: 04 aprel 2024-cü il tarixli, MŞL/MT014/2023/MŞL-00505 saylı barışıq sazişi təsdiq edilsin. 04 mart 2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs 20 dekabr 2010-cu il təvəllüdlü X4, 25 fevral 2012-ci il təvəllüdlü X2 və 15 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat, üç uşaq üçün 450 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1531/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1531/2024
22.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver