Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1540/2023 14.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 31 mart 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-00766 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 16 sentyabr 2009-cu il il təvəllüdlü X5 və 15 may 2012-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 200 manat, iki uşağa görə 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ilə rəsmi nikaha girərək ailə qurmuş, nikahlarını rəsmləşdirmişlər.Birgə yaşadıqları müddətdə 16 sentyabr 2009-cu ildə X5 və 18 may 2012-cü ildə X2 adlı uşaqları olmuşdur.Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Tural uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Tural ilə 31 mart 2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-00766 saylı barışıq sazişi imzalanmışlar.Cavadehin işləməklə aylıq əmək haqqısı olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşmışlar ki, Maraqlı şəxs iki nəfər uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 200 manat alimenti ona ödəyəcəkdir.Lakin, Maraqlı şəxs ilə barışıq sazişi imzaladıqları vaxtdan bu günə kimi sazişi icra etməkdən yayınıb və əlaqə saxlayanda da bildirib ki, o heçnə ödəməyəcəkdir. Odur ki, Maraqlı şəxs ilə 31 mart 2023-cü il ildə mediasiya prosessində MŞL/MT014/2023-00766 saylı barışıq sazinin təsdiq edilməsi, Maraqlı şəxs iki nəfər uşaqların saxlanılması hər ay hər bir uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 16 sentyabr 2009-cu ildə X5 və 18 may 2012-ci ildə X4 adlı uşaqları doğulmuşdur. 31 mart 2023-cü il tarixli, MŞL/MT014/2023-00766 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 16 sentyabr 2009-cu il təvəllüdlü X5 və 18 may 2012-ci il təvəllüdlü X2 adlı uşalqarın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşağa görə 200 manat, iki uşaqa görə cəmi 400 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. Alimentin hesablanması 05 aprel 2023-cü ildən başlamaqla hər ayın 05-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir.Barışıq sazişi 31 mart 2023-cü il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 05 aprel 2023-cü ildən başlamaqla hər ayın 05-dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə təmin edilsin. 31 mart 2023-cü il tarixli, MŞL/MT014/2023-00766 nömrəli barışıq sazişi təsdiq edilsin. 16 sentyabr 2009-cu il təvəllüdlü X3 və 18 may 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 05 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1540/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1540/2023
14.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver