Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-155/2024 06.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin (bundan sonra - ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsinə görə 600 manat və X3 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat, cəmi 1350 pulun və ödənilmiş 33.90 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə X3 yüngül dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsinə görə 600 manat və X3 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat sığorta ödənişləri həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. İddia ərizəsində tələbin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 25.1.2-ci, 63.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.1, 936.2, 1096.2 və 1097.1-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi ərizə il məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15 sentyabr 2022-ci tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətməsi barəsində araşdırma zamanı məlum olmuşdur ki, “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə X3 yüngül dərəcəli xəsarət almışdır. İş üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində İXM-in 327.6 və 327.8-ci maddələri ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar Sabunçu RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.7 və 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Bakı Şəhəri Sabunçu RPİ-nin xx.xx.2024-cü il tarixli, İddiaçı Sığorta Şirkəti ASCyə ünvanladığı məktubda göstərilir ki, xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsinin toqquşması ilə baş vermiş YNH-si Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən sənədləşdirilmiş və hadisədə günahkar sürücü Cavabdeh barəsində AP ******* saylı inzibati protokol tərtib edilmişdir. Mərkəzi informasiya sistemində yerləşdirilmiş məlumata əsasən X1 il ərzində 20 cərimə balı topladığı üçün İXM-in 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. 112696 nömrəli sığorta aktından və ödəniş tapşırığından görünür ki, “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalanmış, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X2 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat sığorta məbləği İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. 116243 nömrəli sığorta aktından, zərərin qiymətləndirilməsi barədə hesabatdan və ödəniş tapşırığından görünür ki, “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalanmış, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsinə 600 manat zərər dəymiş və həmin məbləğ İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı sığorta şirkəti ASC məhkəmədə iddia qaldırmaq üçün 33.90 (0.40 xidmət haqqı ilə birlikdə) manat dövlət rüsumu ödəmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh təqsirli olaraq xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X3 yüngül dərəcəli xəsarət almış, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. İddiaçı “Tufan Cub 50S” markalı, “Moped” nəqliyyat vasitəsinə görə 600 manat və X3 yüngül dərəcəli xəsarət aldığına görə 750 manat sığorta ödənişləri etmiş və hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 33.90 (0.40 xidmət haqqı ilə birlikdə) manat dövlət rüsumu da Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1350 manat ödənilmiş sığorta məbləği və 33.90 (0.40 xidmət haqqı ilə birlikdə) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-155/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-155/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver