Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1564/2024 25.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, uşaqları xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2011-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşlar. Cavabdehlə uzun müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2499/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan olan uşaqları onun himayəsində yaşayırlar. Aliment, nikahın pozulması və uşaq məsələsinə mediasiya orqanında baxılmış və mediasiya prosesində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən uşaqlar onun himayəsində saxlanmış və uşaqların saxlanması üçün hər uşağa 100 manat, cəmi 200 manat aliment tutulmuşdur. Lakin hazırkı vaxtadək maraqlı şəxs alimenti ödəməmiş, dəfələrlə etmiş olduğu müraciətlərə baxmayaraq nəticəsi olmamış və öhdəliklərini icra etməmişdir. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, MŞL/MT 014/2023-01096 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxsdur. Tərəflər bu sazişi imzaladıqdan sonra aşağıdakılarla razılaşmışlar. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (bir yüz) yəni, iki uşağa görə 200 iki yüz) manat aliment ödəməsinə öhdəlik götümüşdür. İkinci tərəf X14 bu sazişi imzaladıqdan sonra Birinci tərəf yəni X4 aid olan cehiz əmlakını bütünlüklə qaytramasına razılıq vermişdir. Birinci tərəf X10 ona aid olan cehiz əmlakını 1 av ərzində evdən çıxaracağına öhdəlik götürmüşdür. Aiimentin köçürüiməsi hər ayın 01-dən gün ərzində nağd qavdada köçürmə yolu ilə poçt və ya bank vaisitəsi ilə ödəniləcəkdir. İş materiallarında olan Masallı Rayin Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(050)-2499/2023 nömrəli qətnamədən görünür ki, iddiaçı Maraqlı şəxs və cavabdeh X7 arasında bağlanmış 13 dekabr 2011-ci il tarixıli, 47 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X15 05 mart 2015-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X13 28 may 2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 15 aprel 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 09 iyun 2023-cü il tarixli, MŞL/MT 014/2023-01096 nömrəli barışıq sazişi təsdiq edilsin. 09 iyul 2024-cü ildən başlayaraq Maraqlı şəxs 05 mart 2015-ci il təvəllüdlü X8 və 28 may 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmii 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1564/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1564/2024
25.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver