Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1578/2023 20.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, Ərizəçi X2 maralı şəxs Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X5 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MTO14/2023-00631 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X10 adlı uşaqın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 80 manat alimentin ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2021-ci ildə X10 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Fərid uşaqa baxmadığından və uşaqın xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Fərid ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MTO14/2023-00631 saylı barışıq sazişi imzalamışdır. Cavabdehin işləmklə aylıq əmək haqqısı olduğundan barışıq sazişi bağlayan vaxt belə razılaşlar ki, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması üçün hər ay bir uşağa görə 80 rnanat alimenti ona özü ödəyəcəkdir. Lakin Fərid barışıq sazişi imzaladığı vaxtdan bu günə kimi sazişi icra etməkdən yaynmış və əlaqə saxlayanda da bildirmişdir ki aliment ödəməyəcəkdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-ci ildə mediasiya prosesində MŞL/MT014/2023-00631 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs bir nəfər uşaqın saxlanılması hər ay bir uşağa görə 80 manat alimentin ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 23 dekabr 2021-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs, anası X3r. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 23 dekabr 2021-ci il tarixdə X1 doğulmuş X8 atası hesab edilmiş və xx.xx.2022-ci ildə 10 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 15 mart 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL 00631 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) X5 (ikinci tərəf) Maraqlı şəxsdur. İkinci tərəf Maraqlı şəxs Saziş imzalandıqdan sonra 23 dekabr 2021-ci il təvəllüdlü X8 yetkinİik yaşına çatana kimi hər ay bir uşağa görə 80 manat alimenti birinci tərəf X4 ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur.Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 10 aprel 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 15 mart 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL 00631 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 aprel 2023-cü ildən başlayaraq Maraqlı şəxs 23 dekabr 2021-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1578/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1578/2023
20.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver