Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1645/2024 20.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonunda anadan olmuş 1962-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayonunda anadan olmuş 1962-ci il təvəllüdlü mərhum X7 onun bacısıdır. Uzun illər Türkmənisdan vətəndaşı olaraq orada yaşamışdır. xx.xx.2016-cı ildə Azərbaycana gələrək müvəqəti qeydiyyata alınaraq evində onunla birlikdə yaşamışdır. Onun evində yaşadığı müddətdə xəstəlikdən əziyyət çəkdiyi üçün daimi yaşadığı Türkmənistan Respublikasına qayıda bilməmişdir. X3 xx.xx.2021-ci il tarixdə Masallı rayon Xəlfələr kəndə onun evində xəstəlikdən ölərək dünyasını dəyişmişdir. Ölümündən sonra Maraqlı şəxsndə rəsmi qeydiyyata alınmamışdır. Bacısı X2 rayon Xəlfələr kənd qəbristanlığında dəfn edilmişdir. X3 xx.xx.2021-ci il tarixində ölərək dünyasını dəyişməsini və Masallı rayon Xəlfələr kənd qəbristanlığında dəfn edilməsini dəfndə işdirak edənlərdən şahid qismində X11, Şahid2 və s. təsdiq edə bilərlər. X1 ölümü rəsmi qeydiyyata alınmadığı üçün mirası qəbul etməyi mümkünsüz olmuşdur. Odur ki, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X7 11 aprel 2021-ci ildə xəstəlik səbəbindən ölmüşdür. Mərhum Masallı rayon Xəlfələr kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir. X7 11 aprel 2021-ci ildə xəstəlik səbəbindən ölmüşdür. Mərhum Masallı rayon Xəlfələr kəndində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Yeyənkənd kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 90 nömrəli arayışda qeyd olunmuşdur ki, X7 11 aprel 2021-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Xəlfələr kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə verilmiş 3-16-5/8-201 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümkün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. İş materiallarında olan müvəqqəti yaşamaq üçün icazə vərəqəsindən görünür ki, X7 19 avqust 1962-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 11 aprel 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 19 avqust 1962-ci ildə Masallı rayonunda doğulmuş X5 11 aprel 2021-ci ildə Masallı rayonu Xəlfələr kəndində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Maraqlı şəxsnə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1645/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1645/2024
20.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver