Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1647/2023 20.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında 10 aprel 2023-cü il mediasiya prosesində bağladıqları MŞL/MT014/2023-00835 saylı barışıq sazişinin təsdiq edilməsi, 17 iyun 2008 ci il təvəllüdlü X7, 16 avqust 2010-cu il təvəllüdlü X9, 12 iyul 2012-ci il təvəllüdlü X12 və 10 iyun 2014 cü il təvəllüdlü X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailəli olduğu dövrdə 17 iyun 2008 ci il təvəllüdlü X7, 16 avqust 2010-cu il təvəllüdlü X9, 12 iyul 2012-ci il təvəllüdlü X12 və 10 iyun 2014 cü il təvəllüdlü X10 adlı dörd övladları olmuşdur. Bir neçə müddətdir ki, ayrılmışlar. Ayrıldıqdan sonra uşaqlar onun yanında qalır. O, Maraqlı şəxs ilə 10 aprel 2023-cü ildə mediasiya prosesində MŞL/MT014/2023-00835 saylı barışıq sazişi imzalamışlar.Barışıq sazişinə görə cavabdeh tərəf, yəni Maraqlı şəxs övladları 17 iyun 2008 ci il təvəllüdlü X2, 16 avqust 2010-cu il təvəllüdlü X5, 12 iyul 2012-ci il təvəllüdlü X11 və 10 iyun 2014 cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər bir uşağa görə 80 manat, dörd uşaqa görə 320 manat aliment pulunu ödəməsinə öhdəlik götürmüş və övladlarının onun yanında saxlanılmasına razılıq vermişdir. Odur ki, Maraqlı şəxs ilə 10 aprel 2023-cü il ildə mediasiya prosessində bağladıqları MŞL/MT014/2023- 00835 saylı barışıq sazinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında Biləsuvar rayon İHBnin Nəsimi kənd icra nümayəndəliyi tərəfindən bağlanmış 04 noyabr 2008-ci il tarixli 47 saylı nikah qeydi vardır. Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17 iyun 2008 ci il təvəllüdlü X7, 16 avqust 2010-cu il təvəllüdlü X9, 12 iyul 2012-ci il təvəllüdlü X12 və 10 iyun 2014 cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur. 10 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00835 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 17 iyun 2008-ci il təvəllüdlü X2, 16 avqust 2010-cu il təvəllüdlü X5, 12 iyul 2012-ci il təvəllüdlü X11 və 10 iyun 2014-cı il təvəllüdlü X6 hər ay yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün bir uşağa 80 manat olmaqla, dörd uşaqa görə cəmi 320 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra 17 iyun 2008-ci il təvəllüdlü X1, 16 avqust 2010-cu il təvəllüdlü X3, 12 iyul 2012-ci il təvəllüdlü X8 və 10 iyun 2014-cı il təvəllüdlü X4 birinci tərəf Ərizəçi yanında saxlanılmasına razılıq vermişdir.Barışıq sazişi 10 aprel 2023-cü il tarixdən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin bir hissəsi qanuna ziddir. Belə ki, ərizəçinin ərizəsində nikahının xx.xx.2008-ci ildə rəsmiləşdirilməsi qeyd edilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü X1 atalığı müəyyən edilməmişdir. Belə olan halda atalığı müəyyən olunmayan uşağa görə Maraqlı şəxs alimentin tutulması ilə bağlı bağlanmış barışıq sazişi qanuna ziddir və barışıq sazişinin həmin hissədə təsdiq edilməsindən imtina edilməlidir. Barışıq sazişinin alimentlə bağlı qalan hissəsinin təsdiq edilməsi təsdiq edilməsindən imtina edilən hissədən ayrılması mümkündür. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin tərəflərin birgə nikahından doğulmuş X9, X12 və X10 adlı uşaqları hissəsində tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi olan Maraqlı şəxs 10 aprel 2023-cü ildən başlamaqla müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfi olan Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, barışıq sazişi qismən təsdiq edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə qismən təmin edilsin. 10 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00835 nömrəli barışıq sazişi qismən təsdiq edilsin. 16 avqust 2010-cu il təvəllüdlü X3, 12 iyul 2012-ci il təvəllüdlü X8 və 10 iyun 2014-cü il təvəllüdlü X4 anaları Ərizəçi yanında qalmaqla, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. 10 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-00835 nömrəli barışıq sazişinin 10 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs 17 iyun 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutulub Ərizəçi verilməsi hissəsində təsdiq edilməsindən imtina edilsin. Alimentin tutulması 10 aprel 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1647/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1647/2023
20.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver