Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1648/2023 20.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-00838 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuş, nikahlarını xx.xx.2007-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra Bəxtiyar uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxsla xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023- 00838 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs dörd uşağın saxlanılması üçün hər ay bir uşağa görə 80 manat aliment ödəyəcəkdi. Lakin Maraqlı şəxs barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağlanmış MŞL/MT 014/2023-00838 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs bildirdi ki, övladlarını saxlamaq bir ata kimi onun borcudur və bundan imtina etmir. Maddi imkanı olmadığı üçün barışıq sazişinin şərtlərinə əməl edə bilməmişdir. Sonda Maraqlı şəxs göstərilənlərin nəzərə almasını xahiş etdi. İş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 anası Ərizəçi, atası Maraqlı şəxsdur. xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-00838 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat aliment Ərizəçi ödəyəcəkdir. Alimentin köçürülməsi barışıq sazişi imzalandıqdan sonra 10 gün müddətində icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi barışıq sazişi imzalandıqdan sonra 10 gün müddətində müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT 014/2023-00838 saylı barışıq sazişi təsdiq edilsin. 20 aprel 2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, dörd uşağa görə 320 manat aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyeva
Məhkəmə qərarları › İş №2(050)-1648/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1648/2023
20.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver