Məhkəmə qərarları › İş №2(050)-1653/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1653/2023

15.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1653/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinyət əşyalarının və cehiz əmlakları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl və cehiz əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlin köçərkən ona verilmiş gəlinlik əmlakları-qızıllar-1 ədəd boyunbağı 585 əyyarlı 10 qram-900 manat, 1 ədəd qolbaq 585 əyyarlı 5 qram-450 manat, 1 ədəd komplekt 585 əyyarlı 7 qram-630 manat, 1 ədəd nişan üzüyü 585 əyyarlı 3 qram-270 manat, 1 ədəd üzük 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd 5-lik 875 əyyarlı 4.25 qram-470 manat, 1 ədəd 5-lik 875 əyyarlı 4.25 qram-470 manat, 1 ədəd uşaq sırğası 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd kulon 585 əyyarlı 1.5 qram-135 manat, 1 ədəd qolbaq 585 əyyarlı 2 qram- 180 manat, 1 ədəd üzük 585 əyyarlı 2 qram-180 manat. Cehiz əmlakları-4 ədəd yorğan- 120 manat, 4 ədəd döşəy-120 manat, 5 ədəd adiyal-210 manat, 6 ədəd balış-120 manat, 10 ədəd paduşka-200 manat, 3 ədəd xalça hər birinin qiyməti 350 manat-cəmi 1050 manat, 3 ədəd mizüstü-60 manat, 30 ədəd nimçə-150 manat, hər biri 30 ədəd olmaqla vilka-qaşıq-20 manat, 2x2 çaynik-8 manat, vedrə 2, nikel 4-30 manat, 1 ədəd termoz-8 manat, tozsovuran-110 manat, paltaryuyan-800 manat, televizor-350 manat, kastorka komplekt x3-35 manat, şirəçəkən-60 manat, 4 ədəd padnos-35 manat, ətçəkən-100 manat, 8x8 pərdələr-800 manat, 8 ədəd lüstr-140 manat, çamadan 2 ədəd-120 manat, duxovka-150 manat, kalyaska-250 manat, odun peçi-50 manat, mətbəxt mebeli, taxt, kravat-3500 manat, termo, şifoner, miz 3, stol 6-200 manat olmaqla, cəmi 8796 manat dəyərində cehiz əmlaklarının və ya onların dəyərinin və 129 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Faktiki ər-arvad yaşamaqla ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində 25 sentyabr 2020-ci ildə X3 adlı bir nəfər uşaqları olmuşdur. Cavabdehin təqsiri üzündən ayrılmışlar. Belə ki, cavabdeh evləndikləri zaman ona söz verdiki qısa müddət ərzində nikahlarını rəsmiləşdirəcəkdir. Lakin onu aldadaraq verdiyi sözü tutmamışdır. Həmçinin müxtəlif bəhanələr edərək onu və uşağını atmışdır. Cavabdehlə daha yaşaya bilmədiyi, aralarında rəsmi nikah olmadığından uşağın atalığı müəyyən edilmədiyi, heç bir yerdə işləmədiyi, heç yerdən gəliri olmadığı üçün atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, gəlin köçdüyü vaxt valideynləri, qohumları və cavabdehlər tərəfindən ona müxtəlif adda cehiz, qızıl-zinət və başqa əşyalar hədiyyə olaraq verilmişdir. Həmin qızıllar-1 ədəd boyunbağı 585 əyyarlı 10 qram-900 manat, 1 ədəd qolbaq 585 əyyarlı 5 qram-450 manat, 1 ədəd komplekt 585 əyyarlı 7 qram-630 manat, 1 ədəd nişan üzüyü 585 əyyarlı 3 qram-270 manat, 1 ədəd üzük 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd 5-lik qəpik 875 əyyarlı 4.25 qram-470 manat, 1 ədəd 5-lik 875 əyyarlı 4.25 qram-470 manat, 1 ədəd uşaq sırğası 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd kulon 585 əyyarlı 1.5 qram-135 manat, 1 ədəd qolbaq 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd üzük 585 əyyarlı 2 qram-180 manat. Qızıl hədiyyələrinin cəmi qiyməti 4045 (dörd min qırx beş) manatdır. 4045 (dörd min qırx beş) manat olan qızıl-zinət əşyaları cavabdehin evində, qanunsuz sahibliyində qalmaqdadır. Cavabdehlərin evində qalan ata-anası və digər qohumları tərəfindən ona verilən cehiz əmlakları-4 ədəd yorğan-120 manat, 4 ədəd döşəy-120 manat, 5 ədəd adiyal-210 manat, 6 ədəd balış-120 manat, 10 ədəd paduşka-200 manat, 3 ədəd xalça hər birinin qiyməti 350 manat-cəmi 1050 manat, 3 ədəd mizüstü-60 manat, 30 ədəd nimçə- 150 manat, hər biri 30 ədəd olmaqla vilka-qaşıq-20 manat, 2x2 çaynik-8 manat, vedrə 2, nikel 4-30 manat, 1 ədəd termoz-8 manat, tozsovuran-110 manat, paltaryuyan-800 manat, televizor-350 manat, kastorka komplekt x3-35 manat, şirəçəkən-60 manat, 4 ədəd padnos-35 manat, ətçəkən-100 manat, 8x8 pərdələr-800 manat, 8 ədəd lüstr-140 manat, çamadan 2 ədəd-120 manat, duxovka-150 manat, kalyaska-250 manat, odun peçi-50 manat, mətbəxt mebeli, taxt, kravat-3500 manat, termo, şifoner, miz 3, stol 6-200 manat olmaqla, cəmi 8796 manat. Odur ki, qeyd edilən cehiz-əmlakların və qızı-ziynət əşyalarının cavabdehlardən alınaraq ona verilməlidir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, cavabdehlərə məxsus evdən 2022-ci ilin iyun ayında çıxmışdır. Ailədə tez-tez yaranan nazarılıqlar və mübahisələr səbəbdindən ayrılmalı olmuşdur. Həmçinin, ona məxsus olan qızıl-zinyət əşyaları qayınanasında olmuşdur. Onu atası polis köməkliyi ilə gəlib aparmışdır. Bu səbəbədən evdən çıxarkən özünə məxsus cehiz və qızıl əşyalarını götürə bilməmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarımasına etiraz etmədi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən etiraf edərək verdiyi izahatında göstərdi ki, iddiaçı evdən çıxıb gedərkən qızıl üzük iddiaçının özündə olmuşdur. İddiaçıya məxsus qızıllar hazırda ondadır. Qızıllardan birini, yəni klonu sataraq uşağın üstünə qoymuşdur. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-3322/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 Röşən oğlunun İddiaçı 25 sentyabr 2020-ci il tarixdə Lənkəran şəhərində doğulmuş X2 atası olması müəyyən edilməsi, müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayon qeydiyyat şöbəsinə təqdim edilməsi, 17 oktyabr 2022-ci ildən başlayaraq Cavabdeh1 Röşən oğlundan 25 sentyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan rəydən görünür ki, 1 ədəd qızıl boyunbağı 585 əyyarlı 10 qram-900 manat, 1 ədəd qızıl qolbaq 585 əyyarlı 5 qram-450 manat, 1 ədəd komplekt 585 əyyarlı 7 qram-630 manat, 1 ədəd nişan üzüyü 585 əyyarlı 3 qram-270 manat, 1 ədəd üzük 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd 5-lik (qulplu) qəpik 875 əyyarlı 4.25 qram-470 manat, 1 ədəd 5-lik (qulplu) qəpik 875 əyyarlı 4.25 qram-470 manat olmaqla, cəmi 3370 manat. 1 ədəd uşaq sırğası 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd kulon 585 əyyarlı 1.5 qram-135 manat, 1 ədəd qolbaq 585 əyyarlı 2 qram-180 manat, 1 ədəd üzük 585 əyyarlı 2 qram-180 manat olmaqla, cəmi 675 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehin sahibliyində olması. Məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş və iddiaçı tərəfindən tələb olunan əşyaların mövcud olması qismən təsdiqini tapmışdır. Belə ki, Masallı rayonu Allahyarlı kəndində yerləşən evdə tələb olunan əmlaklar qismən mövcuddur. Masallı rayonu Allahyarlı kəndində yerləşən evdə hazırda olan əşyalar-4 ədəd yorğan və ya dəyəri 120 manat, 4 ədəd döşəy və ya dəyəri 120 manat, 5 ədəd adiyal və ya dəyəri 210 manat, 6 ədəd balış və ya dəyəri 120 manat, 10 ədəd paduşka və ya dəyəri 200 manat, 3 ədəd xalça (hər birinin qiyməti 350 manat) və ya dəyəri cəmi 1050 manat, 3 ədəd mizüstü və ya dəyəri 60 manat, 30 ədəd nimçə və ya dəyəri 150 manat, hər biri 30 ədəd olmaqla vilka-qaşıq və ya dəyəri 20 manat, 2x2 çaynik və ya dəyəri 8 manat, 2 ədəd vedrə, 4 ədəd nikel və ya dəyəri 30 manat, 1 ədəd termoz və ya dəyəri 8 manat, tozsovuran və ya dəyəri 110 manat, paltaryuyan və ya dəyəri 800 manat, televizor və ya dəyəri 350 manat, kastorka komplekt x3 və ya dəyəri 35 manat, şirəçəkən və ya dəyəri 60 manat, 4 ədəd padnos və ya dəyəri 35 manat, ətçəkən və ya dəyəri 100 manat, 8x8 pərdələr və ya dəyəri 800 manat, 8 ədəd lüstr və ya dəyəri 140 manat, 2 ədəd çamadan və ya dəyəri 120 manat, duxovka və ya dəyəri 150 manat, kalyaska və ya dəyəri 250 manat, odun peçi və ya dəyəri 50 manat, mətbəxt mebeli, taxt, kravat və ya dəyəri 3500 manat, termo, şifoner, 3 ədəd miz, 6 ədəd stol və ya dəyəri 200 manat olması və həmin əşyaların həqiqətən də iddiaçıya məxsus olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin əşyaların iddiaçıya məxsus olması cavabdehlər tərəfindən də mübahisələndirilməmişdir. Həmin əşyalara münasibətdə iddia təmin edilməli və həmin əşyalar, onlar olmadığı təqdirdə onların dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddiaçının cavabdehlərdən qızıl əşyalar tələbinə münasibətdə qeyd edir ki, 1 ədəd boyunbağı 585 əyyarlı 10 qram və ya dəyəri 900 manat, 1 ədəd qolbaq 585 əyyarlı 5 qram və ya dəyəri 450 manat, 1 ədəd komplekt 585 əyyarlı 7 qram və ya dəyəri 630 manat, 1 ədəd nişan üzüyü 585 əyyarlı 3 qram və ya dəyəri 270 manat, 1 ədəd 5-lik (qulplu) 875 əyyarlı 4.25 qram və ya dəyəri 470 manat, 1 ədəd 5-lik (qulplu) 875 əyyarlı 4.25 qram və ya dəyəri 470 manat, 1 ədəd uşaq sırğası 585 əyyarlı 2 qram və ya dəyəri 180 manat, 1 ədəd qolbaq 585 əyyarlı 2 qram və ya dəyəri 180 manat olan qızıl zinyət əşyaları hissəsində təmin edilməlidir. Belə ki, qeyd edilən qızılların mövcudluğu və hal hazırda cavabdehlərə məxsus evdə olması öz təsdiqini tapmış və cavabdeh Əntiqə tərəfindən verilmiş izahatla mövcudluğu tam sübuta yetirilmişdir. İddiaçıya məxsus iddia ərizəsində sadalanan 1 ədəd kulon 585 əyyarlı 1.5 qram və ya dəyəri 135 manat zinət əşyaları iddiaçının razılığı olmadan satılmışdır. Belə ki, cavabdeh Əntiqə məhkəmə iclasında vermiş olduğu izahatında 1 ədəd kulonun iddiaçının razılığı olmadan satılmasını və satılmasından iddiaçının məlumatının olmamasını etiraf etmişdir. Odur ki, iddia 1 ədəd kulon 585 əyyarlı 1.5 qram və ya dəyəri 135 manat hissəsində təmin edilməli və 1 ədəd kulon 585 əyyarlı 1.5 qram və ya dəyəri 135 manat alınaraq iddiaçıya verilməlidir. İddia ərizəsində göstərilən 1 ədəd üzük 585 əyyarlı 2 qram və ya dəyəri 180 manat olan qızıl üzük hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı evdən gedərkən qeyd edilən üzük əlində olmuşdur, yəni özü ilə aparmışdır. Həmçinin, qeyd edilmiş digər 1 ədəd üzük 585 əyyarlı 2 qram və ya dəyəri 180 manat olan qızıl üzüklə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı qeyd etdiklərini sübut etməlidir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etmir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4 dəst yorğan və ya dəyəri 120 manat, 4 dəst döşəy və ya dəyəri 120 manat, 5 dəst adiyal və ya dəyəri 210 manat, 6 dəst balış və ya dəyəri 120 manat, 10 dəst paduşka və ya dəyəri 200 manat, 3 ədəd xalça (hər birinin qiyməti 350 manat) və ya dəyəri cəmi 1050 manat, 3 ədəd mizüstü və ya dəyəri 60 manat, 30 ədəd nimçə və ya dəyəri 150 manat, hər biri 30 ədəd olmaqla vilka-qaşıq və ya dəyəri 20 manat, 2x2 çaynik və ya dəyəri 8 manat, 2 ədəd vedrə, 4 ədəd nikelli və ya dəyəri 30 manat, 1 ədəd termoz və ya dəyəri 8 manat, tozsovuran və ya dəyəri 110 manat, paltaryuyan və ya dəyəri 800 manat, televizor və ya dəyəri 350 manat, kastorka komplekt x3 və ya dəyəri 35 manat, şirəçəkən və ya dəyəri 60 manat, 4 ədəd padnos və ya dəyəri 35 manat, ətçəkən və ya dəyəri 100 manat, 8x8 pərdələr və ya dəyəri 800 manat, 8 ədəd lüstr və ya dəyəri 140 manat, 2 ədəd çamadan və ya dəyəri 120 manat, duxovka və ya dəyəri 150 manat, kalyaska və ya dəyəri 250 manat, odun peçi və ya dəyəri 50 manat, mətbəxt mebeli, taxt, kravat və ya dəyəri 3500 manat, termo, şifoner, 3 ədəd miz, 6 ədəd stol və ya dəyəri 200 manat, 1 ədəd qızıl boyunbağı 585 əyyarlı 10 qram və ya dəyəri 900 manat, 1 ədəd qızıl qolbaq 585 əyyarlı 5 qram və ya dəyəri 450 manat, 1 ədəd komplekt 585 əyyarlı 7 qram və ya dəyəri 630 manat, 1 ədəd nişan üzüyü 585 əyyarlı 3 qram və ya dəyəri 270 manat, 1 ədəd 5-lik (qulplu) 875 əyyarlı 4.25 qram və ya dəyəri 470 manat, 1 ədəd 5-lik (qulplu) 875 əyyarlı 4.25 qram və ya dəyəri 470 manat, 1 ədəd uşaq sırğası 585 əyyarlı 2 qram və ya dəyəri 180 manat, 1 ədəd qolbaq 585 əyyarlı 2 qram və ya dəyəri 180 manat, 1 ədəd kulon 585 əyyarlı 1.5 qram və ya dəyəri 135 manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar