Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1675/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X1 11 avqust 1994-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, arvadı X3 11 avqust 1994-cü il tarixdə vəfat edərək Masallı şəhəri Digah qəbirastanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum arvadı Sidiqə Rustamova 11 avqust 1994-cü il tarixdə vəfat etsə də, meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümü faktının qeydi başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN Xidmət” X4 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qayınatasıdır. Onun arvadı X3 olmuş, o 11 avqust 1994-cü il tarixdə vəfat edərək Masallı şəhəri Digah qəbirastanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur. Onun arvadı X3 olmuş, o 11 avqust 1994-cü il tarixdə vəfat edərək Masallı şəhəri Digah qəbirastanlığında dəfn olunmuşdur. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, Ərizəçi ilə X3 arasında 18 dekabr 1956-cı il tarixdə Masallı Rayon Qeydiyyat şöbəsində bağlanmış nikah 71 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) İbadov (a) soyadı verilmişdir. “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli, 18-1-60/2-İ-119-42-101/2025 nömrəli arayışdan görünür ki, X2 ölməsi barədə Masallı MRX PHŞ-də hər-hansı bir məlumat aşkar olunmamışdır. Masallı Regional “ASAN Xidmət” X4 rəyindən görünür ki, Ərizəçi vəfat etmiş arvadı X2 ölümünün qeydə alınmasından imtina edilmişdir. İşin halları ilə müəyyən olunur ki, X3 18 dekabr 1956-cı il tarixdə Ərizəçi ilə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ona İbadova soyadı verilmişdir. X3 11 avqust 1994-cü il tarixdə vəfat edərək Masallı şəhəri Digah qəbirastanlığında dəfn olunmuşdur. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə cıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İbadova (Rustamova) Sidiqə Məmmədhüseyn qızının 11 avqust 1994-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu hal iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, İbadova (Rustamova) Sidiqə Məmmədhüseyn qızının 11 avqust 1994-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İbadova (Rustamova) Sidiqə Məmmədhüseyn qızının 11 avqust 1994-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1675/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1675/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver