Məhkəmə qərarları › İş №2(050)-1676/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1676/2025

05.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1676/2025 05.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilmiş işin halları: Ərizəçi, cavabdeh əri Maraqlı şəxs ilə el adəti ilə toy etməklə ailə həyatı qurmuş, 07 aprel 2015-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşaq doğulmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar. Uşaqlar ərizəçinin himayəsindədir. Ayrıldıqları vaxt Maraqlı şəxs ilə uşaqların saxlanılması ilə bağlı razılığa gəlmişlər və bir müddət Maraqlı şəxs uşaqların saxlanılmasında ona köməklik etmişdir. Lakin sonradan Maraqlı şəxs ilə aralarındakı razılaşma pozulduğundan nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbi ilə bağlı Mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs ilə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşınaq çatana kimi saxlanılmaları üçün bir uşağa görə 80 manat aliment ödəmək öhdəliyi götürmüşdür. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, bu günə kimi alimenti ödəməmişdir. Cavabdeh verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirmir. Ona görə də, məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd edir ki, aralarındakı nikah pozulmuşdur. Himayəsində azyaşlı uşaqları olduğuna görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur. İki azyaşlı uşağı maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa, onlara qayğı göstərməyə, onların maddi tələbatlarını təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadaladıqlarını nəzərə alıb məhkəməyə müraciət edir. Ərizəçinin tələbi: Mediasiya qurumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşağa sabit pul məbləğində 80 manat olmaqla iki uşağa 160 manat aliment pulunun Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin teleqram vuraraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: MŞL/MT014/2023-00788 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişində göstərilir: Tərəflərin birgə uşaqları X4 və X5 anaları Ərizəçi yanında saxlanılmaqla, onun himayəsinə verilir. Uşaqların saxlanılması üçün hər bir uşaq üçün 80 manat sabit məbləğdə aliment müəyyən edilir. X4 və X5 yetkinlik yaşına çatana qədər, cari ilin aprel ayının 25-dən başlayaraq, gələn hər ayın 25-dək hər bir uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilir. Masallı Rayon Məhkməsinin 2(050)-1580/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 07 aprel 2015-ci il tarixdə Masallı rayon Qızılavar ərazi nümayəndəliyində 02 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 18 aprel 2016-cı il təvəllüdlü X4 və 09 sentyabr 2017-ci il təvəllüdlü X5 anası Ərizəçi yanında saxlanılmalıdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 xx.xx.2016-cı ildə, X6 xx.xx.2017-ci ildə anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər uşağa 80 manat, cəmi 160 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi xx.xx.2025-ci il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞL/MT014/2023-00788 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. 18 aprel 2016-cı il təvəllüdlü X4 və 09 sentyabr 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq, Ərizəçi ödənilsin. Alimentin tutulması 2023-cü ilin aprel ayından hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar