Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1677/2025 05.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Masallı 1 saylı Mediasiya təşkilati tərəfindən təsdiq edilmiş MŞM/MT036/2025-00130 saylı 10 fevral 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, 13 sentyabr 2009-cu il təvəllüdlü X4 və 17 iyun 2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat alimentin X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birgə yaşadıqları dövrdə 13 sentyabr 2009-cu il təvəllüdlü X6 və 17 iyun 2018-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Maraqlı şəxsla aralarında Masallı rayon 1 saylı Mediasiya təşkilatinda barışıq sazisi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Odur ki, Maraqlı şəxs ilə 10 fevral 2025-ci ildə mediasiya prosesində MŞM/MT036/2025-00130 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə ərizəçinin istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT036/2025-00130 saylı 10 fevral 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər, Ərizəçi və Maraqlı şəxs 10 fevral 2025-ci il tarixdə “Nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbi” ilə könüllü olaraq mediasiyaya müraciət etmişlər. Mediasıya prosesi zaman: tərəflər 01 oktyabr 2009-cü il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 34 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında banşıq üçün əlavə vaxt verilmədən pozulması barədə razılığa gəldilər: 13 sentyabr 2009cu il təvəllüdlü X6 və 17 iyun 2018-ci il təvəllüdlü X5 anaları Ərizəçi yanında saxlanılmasına razılaşdılar; İkinci tərəf Maraqlı şəxs iki uşağın saxlanması üçün minimum əmək haqqının 0,25 misli məbləğində yəni hər ay hər birinə 100 (bir yüz) manat olmaqla iki uşağa cəmi 200 (iki yüz) manat alimentin ödənməsinə razılaşır; İkinci tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayından başlayaraq gələn hər növbəti ayda 200 (iki yüz) manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 10 fevral 2025-ci il tarixli, MŞM/MT036/2025-00130 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “İkinci tərəf Maraqlı şəxs iki uşağın saxlanması üçün minimum əmək haqqının 0,25 misli məbləğində, yəni hər ay hər birinə 100 (bir yüz) manat olmaqla iki uşağa cəmi 200 (iki yüz) manat alimentin ödənməsinə razılaşır; İkinci tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayından başlayaraq gələn hər növbəti ayda 200 (iki yüz) manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 10 fevral 2025-ci il tarixli, MŞM/MT036/2025-00130 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “İkinci tərəf Maraqlı şəxs iki uşağın saxlanması üçün minimum əmək haqqının 0,25 misli məbləğində, yəni hər ay hər birinə 100 (bir yüz) manat olmaqla iki uşağa cəmi 200 (iki yüz) manat alimentin ödənməsinə razılaşır; İkinci tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayından başlayaraq gələn hər növbəti ayda 200 (iki yüz) manat məbləğində alimenti nağd, poçt və ya bank köçürməsi yolu ilə birinci tərəf Ərizəçi ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-1677/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1677/2025
05.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver