Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-168/2025 07.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri 26 iyun 1972-ci ildə doğulmuş X2 01 iyul 2023-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X3 01 iyul 2023-cü ildə ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin, ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum ərinin meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, mərhum əri Həmid Həmidov xəstəlikdən vəfat etmişdir. Həmçinin onun əvvəlki adı X4 olmuşdur. Lakin, 2016-cı ildə o, adını dəyişərək babasının adını götürmüş və onun adı X3 olaraq qeydə alınmışdır. Bundan başqa o, dəfn edilərkən babası X1 qəbrində dəfn edilmişdir. Bu səbəbdən də qəbir daşında onunla yanaşı babasının da adı qeyd edilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi Nümayəndə Ərizəçi ilə eyni məzmunda izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum X3 onun dayısı olmuşdur. X6 xx.xx.2023-cü ildə xəstəlikdən vəfat etmişdir. Dayısının əvvəlki adı X4 olmuşdur. Sonradan adını dəyişərək babasının adını götürmüş və onun adı X3 olmuşdur. Bundan başqa o, dəfn edilərkən babası X1 qəbrində dəfn edilmişdir. X3 Banbaşı kənd qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, kəndin ağsaqqalar şurasının sədridir. Ərizəçi onun həmkəndlisidir, mərhum Həmid Həmidov isə onun həyat yoldaşı olmuşdur. Həmid Həmidov xx.xx.2023-cü ildə xəstəlikdən vəfat etmişdir. Onun əvvəlki adı X4 olmuşdur. Sonradan adını dəyişərək babasının adını götürmüş və onun adı X3 olmuşdur. Bundan başqa o, dəfn edilərkən babası X1 qəbrində dəfn edilmişdir. X3 Banbaşı kənd qəbirstanlığında dəfn edilmişdir. Onu şəxsən özü dəfn etmişdir. Onun yas mərasimində də iştirak etmişdir. İş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 26 iyun 1972-ci ildə Masallı şəhərində doğulmuşdur. Masallı rayon Qeydiyyat şöbəsinin 15 iyul 2023-cü il tarixli arayışından görünür ki, 26 iyun 1972-ci ildə Masallı şəhərində doğulmuş X4 03 sentyabr 2016-cı ildə adını və soyadını dəyişərək X3 adı ilə qeydiyyata alınmışdır. Nikah haqqında arayışdan görünür ki, X3 ilə Ərizəçi nikahlarını 22 fevral 1999-cu il tarixdə, 01 nömrəli akt qeydi ilə, Masallı rayon Yeyənkənd kənd ərazi nümayəndəliyində rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Mehtiyeva soyadı verilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli, 18-1-60/3-1769/2024 saylı məktubdan görünür ki, X3 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, X2 ölüm haqqında akt qeydi “Vətndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi”-ndə aşkar olunmamışdır. Həmçinin ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Masallı RİHB-nın Banbaşı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 oktyabr 2024-cü il tarixli, 775 saylı arayışından görünür ki, X3 01 iyul 2023-cü il tarixdə vəfat etmiş və Banbaşı kənd qəbirstanlığında dəfn edilmişdir. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkilindən görünür ki, qəbirin baş daşının üzərinə “X3” “xx.xx.1972-xx.xx.2023” rəqəmləri və sözləri yazılmış və fotoşəkil həkk edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X3 26 iyun 1972-ci ildə doğulmuş, 01 iyul 2023-cü ildə vəfat etmiş, Banbaşı kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 01 iyul 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, X2 01 iyul 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 iyun 1972-ci ildə doğulmuş X2 01 iyul 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-168/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-168/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver