Məhkəmə qərarları › İş №2(050)-1687/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1687/2024

07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1687/2024 07.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1, ilk iddia üzrə Cavabdeh2, ilk iddia üzrə Cavabdeh1, ilk iddia üzrə Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlak tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 750 manat dəyərində divar dəsti mebel, 500 manat dəyərində mətbəx mebeli, 150 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd taxt, 40 manat dəyərində 2 ədəd tumba, 50 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 2 ədəd çarpayı, 250 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd stol, 80 manat dəyərində 8 ədəd stul, 20 manat dəyərində 1 ədəd jurnalnı stol, 180 manat dəyərində 6 ədəd döşək, 80 manat dəyərində 4 ədəd yorğan, 160 manat dəyərində 16 ədəd yastıq, 10 manat dəyərində 1 ədəd adyal, 100 manat dəyərində 5 ədəd qalın adyal, 42 manat dəyərində 6 ədəd İran istehsalı olan adyal, 400 manat dəyərində 16 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd təzə pakrıval, 40 manat dəyərində 3 ədəd nazik pakrıval, 30 manat dəyərində 2 ədəd divan üstlüyü, 20 manat dəyərində 2 ədəd kreslo üstlüyü, 45 manat dəyərində 3 ədəd çarpayı üstlüyü, 250 manat dəyərində 1-i oval, 2-i 3x4 ölçüdə olmaqla 3 ədəd xalça, 40 manat dəyərində 1 ədəd tül pərdə dəsti, 25 manat dəyərində 5 ədəd tül, 30 manat dəyərində 2 ədəd böyük günlük atlas, 15 manat dəyərində 4 ədəd balaca günlük atlas, 30 manat dəyərində 10 ədəd balaca süfrə, 30 manat dəyərində 10 ədəd böyük süfrə, 35 manat dəyərində 12 ədəd süfrə, 30 manat dəyərində 10 ədəd hamam dəsmalı, 20 manat dəyərində 20 ədəd əl-üz dəsmalı, 30 manat dəyərində 30 ədəd qab dəsmalı, 35 manat dəyərində 8 ədəd işlədilmiş dəsmal, 15 manat dəyərində 5 ədəd sukeçirməz, 100 manat dəyərində 20 ədəd şalvar, 80 manat dəyərində 20 ədəd köynək, 450 manat dəyərində 4 ədəd kurtka, 30 manat dəyərində sapoşki, 20 manat dəyərində tufli, 20 manat dəyərində krasovka, 15 manat dəyərində sportivni, 15 manat dəyərində jaket, 100 manat dəyərində 8 ədəd təzə şərf, 65 manat dəyərində 13 ədəd hicab, 20 manat dəyərində 2 ədəd namaz paltarı, 25 manat dəyərində 5 ədəd səccadə, 2 ədəd Quran kitabı, 300 manat dəyərində 1 ədəd soyuducu, 300 manat dəyərində 4 plitə qaz, 40 manat dəyərində 1 ədəd tozsovuran, 20 manat dəyərində 1 ədəd sokçəkən, 40 manat dəyərində 2 ədəd ətçəkən, 10 manat dəyərində 1 ədəd mikser, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 1 ədəd epilyator, 30 manat dəyərində 1 ədəd ütü, 30 manat dəyərində 2 ədəd çılçıraq, 20 manat dəyərində ev qızdıran piletka, 80 manat dəyərində 1 ədəd kran tülpan, 6 manat dəyərində 3 ədəd paltar səbəti, 140 manat dəyərində 6 ədəd stol üstlüyü, 20 manat dəyərində 1 dəst samovar kasturka naboru, 90 manat dəyərində 5 dəst çuqun kasturka naboru, 40 manat dəyərində 1 dəst tefal kasturka naboru, 25 manat dəyərində 3 ədəd tefal tava, 50 manat dəyərində 50 ədəd xrustal stəkan, 50 manat dəyərində 50 ədəd armudu stəkan, 25 manat 50 ədəd taraş stəkan, 100 manat dəyərində 100 ədəd böyük nəlbəki, 50 manat dəyərində 100 ədəd balaca nəlbəki, 80 manat dəyərində 80 ədəd böyük boşqab, 100 manat dəyərində 100 ədəd balaca boşqab, 80 manat dəyərində 40 ədəd kasa, 100 manat dəyərində göy rəngli obedni servis dəsti, 90 manat dəyərində 3 dəst çayni servis, 100 manat dəyərində 6 ədəd güldan, 20 manat dəyərində 4 ədəd böyük güldan, 20 manat dəyərində 6 ədəd balaca güldan, 40 manat dəyərində 8 ədəd böyük xrustal meyvə qabı, 30 manat dəyərində 15 ədəd xrustal konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 5 manat dəyərində 1 ədəd bagema güldan, 3 manat dəyərində 1 ədəd bagema kül qabı, 40 manat dəyərində 3 dəst xrustal su qabı, 10 manat dəyərində 1 dəst (6 bardaqlı) bagema su qabı, 6 manat dəyərində 6 ədəd bulud qabı, 30 manat dəyərində 24 ədəd yemək dəstqabı, 40 manat dəyərində 40 ədəd maskura, 50 manat dəyərində 50 ədəd salat qabı, 160 manat dəyərində 80 ədəd aş qabı, 90 manat dəyərində 90 ədəd souz qabı, 15 manat dəyərində 6 ədəd qruşka naboru, 20 manat dəyərində 13 paçka şirniyyatqabı, 10 manat dəyərində 10 ədəd qəndqabı, 20 manat dəyərində 6 ədəd çaynik, 75 manat dəyərində 5 ədəd samovar çaydan, 10 manat dəyərində 2 ədəd çuqun vedrə, 10 manat dəyərində 1 ədəd çuqun bak, 15 manat dəyərində 3 ədəd çuqun ləyən, 10 manat dəyərində 1 dəst padnos naboru, 15 manat dəyərində 3 ədəd böyük padnos, 15 manat dəyərində 3 ədəd balaca padnos, 40 manat dəyərində 1 dəst qaşıq çamadanı, 20 manat dəyərində 3 paçka qaşıq, 12 manat dəyərində 12 ədəd qaşıq, 20 manat dəyərində 20 ədəd ləpə qabı, 12 manat dəyərində 6 ədəd uzun ləpə qabı, 10 manat dəyərində 1 ədəd balaca sandıq, 6 manat dəyərində 3 ədəd balaca fincan, 20 manat dəyərində 2 ədəd balaca tava, 15 manat dəyərində 1 dəst su qabı naboru, 45 manat dəyərində 3 ədəd qazan, 15 manat dəyərində 1 ədəd qapaqlı çörək qabı, 6 manat dəyərində 1 ədəd çörək qabı, 40 manat dəyərində 2 ədəd böyük teşt, 30 manat dəyərində 2 dəst kasturka naboru, 30 manat dəyərində 1 dəst çömçə naboru, 20 manat dəyərində qaşıq-çəngəl dəsti, 15 manat dəyərində duzqabı dəsti, 15 manat dəyərində qorapalan, ət taxtası, 50 manat dəyərində 5 ədəd meyvə qabından ibarət əşyalarının və ya onların dəyərinin müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı qzının ona qarşı əmlak tələbi barədə ilk iddianın rədd edilməsi, qarşlıqlı iddianın təmin olunaraq cavabdeh İddiaçı 2700 manat dəyərində 1 ədəd 30 qram 583 əyyarlı boyunbağı, 1440 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram qolbaq, 285 manat dəyərində 1 ədəd 3 qram 583 əyyarlı üzük, 285 manat dəyərində 1 ədəd 3 qram üzük, 1000 manat dəyərində 1 ədəd 9 qram 750 əyyarlı üzük, cəmi 5710 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin, həmçinin dövlət rüsumuna görə ödədiyi 77 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(050)-1687/2024 saylı qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı əmlak və ya onların dəyəri tələbi barədə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməsi və ilk iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşlar. Nikahlarını 6 yanvar 2006-cı il tarixdə Masallı rayon İHB-nın Köhnə Alvadı kənd ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Ailə qurarkən Cavabdeh1 və valideynlərinə məxsus Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əşyalarını da onların razılığı ilə həmin evə yerləşdirmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdə 18 noyabr 2005-ci il təvəllüdlü Abuşov İsmayıl və 04 yanvar 2009-cu il təvəllüdlü Abuşova Zəhra adlı iki uşaqları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli 2(050)- 1492/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 06 yanvar 2006-cı il tarixli 02 nömrəli nikah qeydinin pozulması, uşaqların onun yanında saxlanılması, azyaşlı Zəhra Abuşovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 180 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Cavabdehlə ayrı yaşamaqlarına baxmayaraq ona cehiz olaraq verilmiş və şəxsi əşyaları olan 750 manat dəyərində divar dəsti mebel, 500 manat dəyərində mətbəx mebeli, 150 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd taxt, 40 manat dəyərində 2 ədəd tumba, 50 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 2 ədəd çarpayı, 250 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd stol, 80 manat dəyərində 8 ədəd stul, 20 manat dəyərində 1 ədəd jurnalnı stol, 180 manat dəyərində 6 ədəd döşək, 80 manat dəyərində 4 ədəd yorğan, 160 manat dəyərində 16 ədəd yastıq, 10 manat dəyərində 1 ədəd adyal, 100 manat dəyərində 5 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd təzə pakrıval, 40 manat dəyərində 3 ədəd nazik pakrıval, 30 manat dəyərində 2 ədəd divan üstlüyü, 20 manat dəyərində 2 ədəd kreslo üstlüyü, 45 manat dəyərində 3 ədəd çarpayı üstlüyü, 250 manat dəyərində 1-i oval, 2-i 3x4 ölçüdə omaqla 3 ədəd xalça, 40 manat dəyərində 1 ədəd tül pərdə dəsti, 25 manat dəyərində 5 ədəd 3 manat dəyərində 2 ədəd böyük günlük atlas, 15 manat dəyərində 4 ədəd balaca günlük 3 manat dəyərində 10 ədəd balaca süfrə, 30 manat dəyərində 10 ədəd böyük süfrə, 35 manat dəyərində 12 ədəd süfrə, 30 manat dəyərində 10 ədəd hamam dəsmalı, 20 manat dəyərində 2 ədəd əl-üz dəsmalı, 30 manat dəyərində 30 ədəd qab dəsmalı, 35 manat dəyərində 8 ədəd işlədilmiş dəsmal, 15 manat dəyərində 5 ədəd sukeçirməz, 100 manat dəyərində 20 ədəd şalvar, 80 manat dəyərində 20 ədəd köynək, 450 manat dəyərində 4 ədəd kurtka, 30 manat dəyərində sapoşki, 20 manat dəyərində tufli, 20 manat dəyərində krasovka, 15 manat dəyərində sportivni, 15 manat dəyərində jaket, 100 manat dəyərində 8 ədəd təzə şərf, 65 manat dəyərində 13 ədəd hicab, 20 manat dəyərində 2 ədəd namaz paltarı, 25 manat dəyərində 5 ədəd səccadə, 2 ədəd Quran kitabı, 300 manat dəyərində 1 ədəd soyuducu, 300 manat dəyərində 4 plitə qaz, 40 manat dəyərində 1 ədəd tozsovuran, 20 manat dəyərində 1 ədəd sok çəkən, 40 manat dəyərində 2 ədəd ət çəkən, 10 manat dəyərində 1 ədəd mikser, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 1 ədəd epilyator, 30 manat dəyərində 1 ədəd ütü, 30 manat dəyərində 2 ədəd çilçıraq, 20 manat dəyərində ev qızdıran pletka, 80 manat dəyərində 1 ədəd kran tülpan, 6 manat dəyərində 3 ədəd paltar səbəti, 140 manat dəyərində 6 ədəd stol üstlüyü, 20 manat dəyərində 1 dəst samovar kasturka naboru, 90 manat dəyərində 5 dəst çuqun kasturka naboru, 40 manat dəyərində 1 dəst tefal kasturka naboru, 25 manat dəyərində 3 ədəd tefal tava, 50 manat dəyərində 50 ədəd xrustal stəkan, 50 manat dəyərində 50 ədəd armudu stəkan, 25 manat dəyərində 50 ədəd taraş stəkan, 100 manat dəyərində 100 ədəd böyük nəlbəki, 50 manat dəyərində 100 ədəd balaca nəlbəki, 80 manat dəyərində 80 ədəd böyük boşqab, 100 manat dəyərində 100 ədəd balaca boşqab, 80 manat dəyərində 40 ədəd kasa, 100 manat dəyərində göy rəngli obedni servis dəsti, 90 manat dəyərində 3 dəst çayni servis, 100 manat dəyərində 6 ədəd xrustal güldan, 20 manat dəyərində 4 ədəd böyük güldan, 20 manat dəyərində 6 ədəd balaca güldan, 40 manat dəyərində 8 ədəd böyük xrustal meyvə qabı, 30 manat dəyərində 15 ədəd xrustal konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 5 manat dəyərində 1 ədəd bagema güldan, 3 manat dəyərində 1 ədəd bagema kül qabı, 40 manat dəyərində 3 dəst xrustal su qabı, 10 manat dəyərində 1 dəst (6 bardaqlı) bagema su qabı, 6 manat dəyərində 6 ədəd bulud qabı, 30 manat dəyərində 24 ədəd yemək dəstqabı, 40 manat dəyərində 40 ədəd maskura, 50 manat dəyərində 50 ədəd salat qabı, 160 manat dəyərində 80 ədəd aş qabı, 90 manat dəyərində 90 ədəd souz qabı, 15 manat dəyərində 6 ədəd qruşka naboru, 20 manat dəyərində 13 paçka şirniyyat qabı, 10 manat dəyərində 10 ədəd qənd qabı, 20 manat dəyərində 6 ədəd çaynik, 75 manat dəyərində 5 ədəd samovar çaydan, 10 manat dəyərində 2 ədəd çuqun vedrə, 10 manat dəyərində 1 ədəd çuqun bak, 15 manat dəyərində 3 ədəd çuqun ləyən, 10 manat dəyərində 1 dəst padnos naboru, 15 manat dəyərində 3 ədəd böyük padnos, 15 manat dəyərində 3 ədəd balaca padnos, 40 manat dəyərində 1 dəst qaşıq çamadanı, 20 manat dəyərində 3 paçka qaşıq, 12 manat dəyərində 12 ədəd qaşıq, 20 manat dəyərində 20 ədəd ləpə qabı, 12 manat dəyərində 6 ədəd uzun ləpə qabı, 10 manat dəyərində 1 ədəd balaca sandıq, 6 manat dəyərində 3 ədəd balaca fincan, 20 manat dəyərində 2 ədəd balaca tava, 15 manat dəyərində 1 dəst su qabı naboru, 45 manat dəyərində 3 ədəd qazan, 15 manat dəyərində 1 ədəd qapaqlı çörək qabı, 6 manat dəyərində 1 ədəd çörək qabı, 40 manat dəyərində 2 ədəd böyük teşt, 30 manat dəyərində 2 dəst kasturka naboru, 30 manat dəyərində 1 dəst çömçə naboru, 20 manat dəyərində qaşıq-çəngəl dəsti, 15 manat dəyərində duz qabı dəsti, 15 manat dəyərində qorapalan, ət taxtası, 50 manat dəyərində 5 ədəd meyvə qabından ibarət əşyaları hazırda da ona və valideynlərinə məxsus Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən evində qalmış və həmin əşyaları tələb etsə də, nəticəsi olmamışdır. Cavabdehlər yuxarıda göstərilən əşyalarını bu günə kimi verməmişdir. Dəfələrlə etdiyi müraciətlərində nəticəsi olmamışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş vardır və onun ilk iddiaya qarşı qarşılıqlı iddia vermək hüququ vardır. Belə ki, İddiaçı ilə 2004-cü ildə ailə qurmuşlar və birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Uzun illər birgə yaşamışlar, lakin sonradan münasibətlər pisləşmiş və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda cavabdeh ondan əsassız olaraq əmlaklar tələb edir. Halbuki, o, ilk iddianı qəbul etmir. Belə ki, cavabdeh 2004-cü ildə, yəni 19 il əvvəl onlara gəlin gəlmiş və xx.xx.2022-ci il tarixədək birlikdə yaşamışlar. Cavabdehlə 18 il birgə yaşamışlar və cavabdeh hazırda ondan xeyli əmlak tələb edir. Halbuki, cavabdehlə o, Bakı şəhərində toy etmişdir, orada kirayə yaşadıqları evə gəlin gəlmiş və qeyd etdiyi əmlaklardan başqa cehiz olaraq heç nə gətirməmişdir. Firuzə gəlin köçərkən özü ilə yorğan-döşək, 3 ədəd xalça və 1 ədəd televizor gətirmiş, televizoru özü ilə atası evinə aparmış, yorğan-döşək və xalça onların evindədir. Həmçinin, Firuzənin atası gəlin köçərkən, yəni 2004-cü ildə kirayə yaşadıqları evə 1700 ABŞ dolları dəyərində məişət əşyaları almış, bununla bağlı öz əlyazması vardır və həmin əmlaklar kirayə qaldıqları müddətdə evin pulunu tam verə bilmədikləri üçün kirayəverən şəxslə aralarında olan razılığa əsasən evdən çıxdıqda həmin evdə qalmışdır. Firuzənin hazırda onun evində yorğan-döşəyi, paltarı və bir neçə əşyasından başqa əmlakı yoxdur. İddia ərizəsində qeyd etdiyi əmlakların heç biri onda deyildir və heç birini qəbul etmir. Keçən məhkəmə iclasının gedişatında hakim Habil Bəhmənov tərəflərin iştirakı ilə onun yaşadığı valideynlərinə məxsus evə baxış keçirmiş, baxış videoçəkiliş vasitəsi ilə olmuş və Firuzə özü iddia ərizəsində göstərdiyi mebellərin hazırda mövcud olmadığını, evdə mövcud olan mebellərin ona məxsus olmadığını etiraf etmişdir. İddiada qeyd olunur ki, 100 ədəd nəlbəki, 50 ədəd stəkan, 20 ədəd dəsmal, 100 ədəd boşqab tələb edir, buradan belə çıxır ki, İddiaçı 18 il ərzində stəkan, qab, dəsmal və digər əşyalardan istifadə etməyib, hamısı təzə saxlamışdır. Ümumiyyətlə həmin əmlakları cehiz kimi gətirməmiş, gətirmiş olduğu əmlaklarda 18 il ərzində gətirdiyi kimi qala bilməzdi, qalan əmlaklarda hamısı sıradan çıxmışdır. Firuzənin nə cehizi varsa onu siyahıya almışlar və məhkəməyə təqdim etmişlər. İddia ərizəsindən görünür ki, 500 manat dəyərində mətbəx mebeli gətirmişdir, 2003-cü ildə ümumiyyətlə onların evdə mətbəx mebeli olmayıb, qaldı ki, 500 manat dəyərində mebel gətirsin. Hazırda onların evində mətbəxdə balaca şkaf vardır, onuda hakim özü şəxsən görmüşdür. Bundan başqa, iddiaçı ondan yüz minlərlə əmlak tələb edə bilər, amma bu o demək deyil ki, həmin əmlakları gətirmiş və hazırda onun evindədir. Həmin halları sübut etmək vəzifəsi onun borcudur, Firuzə sübut etməlidir ki, həmin əmlakları onun evinə gətirmiş və hazırda ondadır. Firuzənin heç bir sübutu yoxdur, əgər gətiribsə, bununla bağlı toy kaseti, şəkillər və şahidlər olmalıdır. Kənd yerlərində qızın cehizləri hamısı kameraya çəkilir və gələn qonaqlara göstərilir. Lakin Firuzə cehiz gətirmədiyi üçün onun belə görüntüsü də ola bilməz. Həmçinin, Firuzə ərizəsində qeyd edir ki, əmlaklar onun evindədir, onun evində çox əmlak ola bilər, həmin əmlakların ona məxsus olmasını və gəlin köçərkən gətirməsini o sübut etməlidir. Bundan başqa, ona valideynləri ailə qurmazdan öncə bir neçə qızıl-zinət əşyaları, yəni 2700 manat dəyərində 1 ədəd 30 qram 583 əyyarlı boyunbağı, 1440 manat dəyərində 1 ədəd 585 əyyarlı 16 qram qolbaq, 285 manat dəyərində 1 ədəd 3 qram 583 əyyarlı üzük, 285 manat dəyərində 1 ədəd 3 qram üzük, 1000 manat dəyərində 1 ədəd 9 qram 750 əyyarlı üzük, cəmi 5710 manat dəyərində qızıl-zinət əşyaları hədiyyə almış və o da həmin qızılları istifadə etmiş və evdə tumbada saxlamışdır. Firuzə ilə birgə yaşadıqları 18 il ərzində həmin qızıllar onların otaqlarında tumbada olmuş, həmişə istifadə etdikdən sonra Firuzəyə vermiş və tumbada saxlamışdır. Firuzə ilə uzun müddət ailə olmuşlar və ayrılacaqları heç vaxt ağlına gəlməmişdir, buna görə də hər zaman qızıllar evdə yataq otaqlarında qalmışdır. Firuzə xx.xx.2022-ci il tarixdə evdən gedərkən onun xəbəri olmadan onun qızıllarını da özü ilə aparmış və dəfələrlə tələb etməyinə baxmayaraq qaytarmamışdır. Onun qızıllarına dair qızılları satan şəxs tərəfindən verilmiş əlyazma, fotoşəkillər və şahidləri vardır. Onun qızıllarının mövcudluğu sübut olunmuşdur. Firuzə Masallı rayon məhkəməsində nikahın pozulması işinə baxılarkən qızılların onda olduğunu və ona qaytarmayacağını bildirmişdir. Həmçinin, Firuzə məhkəmədə özü etiraf etmişdir ki, qıznl-zinət əşyalarını 1 il qabaqcadan atası evinə aparmışdır. Buda sübut edir ki, Firuzə öz qızılları ilə bərabər onun qızıllarınıda atası evinə aparmışdır. Firuzə etiraf etmişdir ki, onun öz qızılları və onun qızılları evdə bir yerdə saxlanmışdır, buda göstərir ki, Firuzə onun qızıllarınıda atası evinə aparmışdır. Firuzə onun qızıllarını qanunsuz olaraq özündə saxlayır və o, əmlakından məhrum olmuşdur. İlk iddia üzrə İddiaçı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, hazırda icraatda olan Cavabdeh1 və qeyrilərinə qarşı əmlak tələbinə dair 2(050)-1687/2024 saylı mülki is ilə əlaqədar bildirir ki, Cavabdeh1 ilə 2004-cü ildə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşlar. Nikahlarını isə 06 yanvar 2006-cı il tarixdə Masallı rayon İHB-nın Köhnə Alvadı kənd ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Cavabdehlə birgə yaşadıqları dövrdə 18 noyabr 2005-ci il təvəllüdlü Abuşov İsmayıl və 04 yanvar 2009-cu il təvəllüdlü Ähuşova Zəhra adlı iki uşaqları olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixi, 2(050)-1492/2023 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış 06 yanvar 2006-cı il tarixli, 02 nömrəli nikah qeydinin pozulması, uşaqların onun yanında saxlanılması, azyaşlı Zəhra Abuşovanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 180 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. İddia ərizəsində Cavabdeh1 və valideynlərinə məxsus Masallı rayonu Köhnə Alvad kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçüb cehiz əşyalarını ora yerləşdirməyi göstərməyi ilə əlaqədar olaraq qeyd edir ki, həmin evə toydan dərhal sonar deyil, sonradan köçmüşlər. Belə ki, ailə qurarkən Cavabdeh1 onun valideynləri, evli qardaşı və onun ailəsi, subay qardaşı ilə birikdə kirayədə yaşadıqları Bakı şəhərində olan evə gəlin köçmüşdür. Masallı rayonu Köhnə Alvadı kəndində olan ev isə həmin vaxt tam təmirli olmamaqla, orada yaşayış olmasa da, ona cehiz olaraq verilmiş bir çox əşyalar həmin evə gətirilmişdir. Sonradan isə həyətdə qaynı üçün başqa bir ev də tikilmişdir. Cavabdeh tərəf isə məhkəməni aldatmağa çalışaraq həyətdə olan evin sonradan inşa edilməsini qeyd edirlər. Lakin həyətdə 2 ev mövcuddur. Həmin evlərin hər biri ilə bağlı araşdırma aparılarsa, evlərinin birinin toylarından öncə tikilməsi müəyyən ediləcəkdir. İddia ərizəsində göstərilən əşyalardan divar dəsti mebel, mətbəx mebeli, şifoner, taxt, 2 ədəd tumba, termo, divan, 2 ədəd kreslo, stul 8 ədəd stul, jurnalnı stol, 2 ədəd çarpayıdan başqa qalan bütün əlaklar cehiz olaraq ona verilmiş və toy hədiyyəsi kimi verilmiş həmin əşyalar cavabdehlərə məxsus Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən evə gətirilmişdir. Bunu əşyaları gətirən şəxslər də təsdiq edə bilərlər. İddia ərizəsində göstərilmiş 2 ədəd çarpayı uşaqların yatması üçün sonradan onlar üçün alınmışdır. Bunu inkar edən cavabdehlər aydınlıq gətirsinlər görək, uşaqlar onlarda olarkən harada yatırdılar? Yoxsa o, evdən gedəndə özü ilə çarpayı aparmışdır? İddia ərizəsində göstərilmiş divar dəsti mebel, mətbəx mebeli, şifoner, taxt, 2 ədəo tumba, termo, divan, 2 ədəd kreslo, stol, 8 ədəd stul, jurnalnı stol ilə əlaqədar olaraq isə bildirir ki, həmin əşyalar toy ərəfəsində deyil, sonradan cavabdehlər tərəfindən alınmışdır. Onları almaq üçün atası cavabdehlərə pul vermişdir. Hər bir əşyanın həmin vaxt üçün təxmini dəyərini qeyd edərək bu barədə cavabdehlərə 1750 ABŞ dolları məbləğində atası pul vermişdir ki, sonradan ev alındıqdan sonra həmin əşyaları cavabdehlər özləri onun üçün alacaqdılar. Toy ərəfəsində sözügedən əşyaların alınmamasının səbəbi cavabdehlərin Masallı rayonu Köhnə Alvadı kəndindəki evlərində yaşayış olmamaqla ailənin bütünlüklə Bakı şəhərində yaşaması, həmin evin isə başqasına məxsus olmaqla orada əri, qaynatası, qaynanası, subay qaynı, evli qaynı və ailəsi ilə birlikdə kirayədə yaşamaları olmuşdur. Bir qədər sonra yeni ev alınaraq ailə ora köçsə də, həmin ev qaynı üçün alındığından ona alınmalı olan cehizlər alınmamışdır. 2009-cu ildə cavabdehlərlə birlikdə onların Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən evinə köçmüşlər. Subay qaynı da ailə quraraq Bakı şəhərinə köçdüyündən cavabdehlərlə birlikdə kənddəki evdə o yaşayacaqdı. Bu səbəbdən də kəndə gəldikdən sonra cavabdehlər toy ərəfəsində atasının onlara verdiyi almaları üçün verdiyi pula görə yuxarıda göstərilən əşyaları almışlar. Ayrıldıqları zaman həmin əşyalar cavabdehlərə məxsus evdə olduğundan və onların alınması üçün pulu atası hələ toy ərəfəsində verdiyindən qeyd olunan əmlaklar da ona məxsusdur. Bu səbəbdən də iddia ərizəsində bunu qısa olaraq həmin, əşyaların ona cehiz verilməklə cavabdehlərə məxsus evdə olmasını göstərmişdir. Əşyaların dəyərinə gəlincə isə onların dəyərini hazırkı vəziyyətə görə qeyd etmişdir. Sözügedən əşyaların alınması üçün atası cavabdehlərə pul verərkən onların dəyəri 1700 ABŞ dolları olmuş, hər biri ilə bağlı təxmini qyimət yazılan kağız da bunu sübut edir. 20 il ərzində dəfələrlə infilyasiya olmuş, pul dəyər itirmişdir. Bu səbəbdən də hazırda 1750 ABŞ dolları ilə qeyd olunan əmlakları almaq olmaz. Ancaq 20 il əvvəl sözügedən əşyaları almaq olardı. Buna görə də iddia ərizəsində əşyaları və ya onların hazırkı dəyərini qeyd etmişdir. Cavabdeh tərəf 2(050)-4090/2023 saylı mülki işin ilk iclaslarının birində (xx.xx.2023. xx.xx.2024. xx.xx.2024) atasının yuxarıda adı çəkilən cehizlərin aınması üçün onlara pul verməsini və həmin cehizləri almalarım etiraf edərək bu barədə əl yazısı da məhkəməyə təqdim etmişlər. Sonradan isə qeyd olunan əşyaları atasının alıb kirayədə qaldıqları evə aparmasını göstərən cavabdehlər, qeyd olunan əşyaların dəyərini əks etdirən kağızı niyə onlara verməsinə aydınlıq gətirə bilməmilər. Cavabdehlər kirayə qalınan evin kirayə haqqı ödənilmədyindən evdən çıxarkən həmin əşyaların kirayədə yaşanan evdə qalmasını bildirmişlər. Əvvəla hansı qiymətə kirayə qalınmışdır ki, kirayə haqqı borcu 1750 ABŞ dolları təşkil etsin? Bundan əlavə ondan basqa ərinin, qaynatasının, qaynanasının, subay qaynının, evli qaynının və onun ailəsinin kirayədə yaşadıqları mənzilin kirayə haqqı əvəzinə başqa əşya deyil məhz gəlinə məxsus cehizlər saxlanılması nə dərəcədə inandırıcıdır? Cavabdeh tərəf qeyd olunan əşyaların kiravədə yaşadıqları zaman alınması və həmin evdə kirayə borcuna görə qalmasına dair də məhkəməyə hər hansı sübut təqdim etməmişlər. 2(050)-4090/2023 saylı mülki iş üzrə verilmiş müvəqqəti təminat tədbiri ilə bağlı cavabdehlərə məxsus evə baxış keçirilmiş, bütün əşyalar orada aşkar edilmişdir. Cavabdeh tərəf həmin əşyaların sonradan alınmasını etiraf etsələr də, həmin əşyaların özlərinə məxsus olmasını bildirmişlər. Qaynının mərhum arvadına məxsus stenkanı göstərdikdə isə onun ona aid olmamasını, lakin evdən çıxarkən içində ona aid əşyaların olmasını bildirmişdir. Baxış zamanı isə həmin əşyalar orada olmamışdır. İddia ərizəsində divar mebeli kimi qeyd etdiyi isə evin girişində olan koykadır ki, o da baxış zamanı orada olmuşdur. Cavabdehin tələb etdiyi qızıl-zinət əşyalarına gəlincə isə Sadıq Abuşovun onda hec bir qızıl-zinət əşyası yoxdur. Evdən gedərkən özü ilə yalnız özünə məxsus qızılları aparmışdır. Onlar nişanlı olarkən Cavabdeh1 ona 1 ədəd sep ilə 1 ədəd bilərzik hədiyyə etmişdir. Sep ilk görüşləri zaman ona vermiş, hətta həmin vaxt o, utandığından yanlarında olan bacısı sepi alıb ona vermişdir. Bilərziyi də nişanlı dövründə ona hədiyyə etmişdir. Həmin sep və bilərziyin toylarınadək onda olması həmin ərəfələrdə çəkilimiş fotoşəkillərində də əks olunmuşdur. Nikahlarının pozulması ilə bağlı məhkəmədə evdən qızılları aparmağını və ona aid olmasını qeyd etdikdə də, ona toyda verilmiş qızılları və həmin qızılları nəzərdə tutmuşdur. Sep və bilərzik Sadiqin olsa da hələ nişanlı vaxtlarında ona hədiyyə kimi verdiyindən, onlar hədiyyə olduğundan ona çatır və geri tələb edilə bilməz. Onun təqdim etdiyi fotoşkıllərdə olan qızıllar isə ümumiyyətlə mövcud olmamışdır. Təqdim etdiyi özünün fotoşəkilləri isə yəqin ki, subay vaxtı çəkilmişdir. Qeyd olunanları nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 ilk iddia ərizəsinin və ilk iddia üzrə İddiaçı etirazına uyğun izahat verərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 ilk iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı onun gəlini olmuşdur. O, gəlin köçərkən Bakı şəhərində kirayədə qaldıqlarından cehiz əmlak gətirməmişdir. Atası tərəfindən ona 1700 ABŞ dolları verilmişdir və o da kirayə evə lazım olan mebel əşyalarını almışdır. Sonradan Masallı rayonuna köçəndə alınan mebel əşyaları kirayə borcu olduğundan qalmışdır həmin evdə. İddiaçı digər əmlaklarını isə siyahıya almışlar və məhkəməyə təqdim etmişlər, onları götürə bilər. Evdə olan digər əşyalar isə ona məxsus deyil. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəməyə İddiaçı cehizlərinin siyahısın təqdim etmişdir. Hazırda həmin siyahını dəqiqləşdirmiş, əvvəlki siyahıda müəyyən cehizlər ümumi yazılmışdır. Hazırkı siyahıda isə hamısı dəqiq göstərilmişdir. İddiaçı 20 il əvvəl gəlin köçmüş və təbii ki, əmlaklarıda deformasiyaya uğramış, köhnəlmiş və bir çox hissəsi sınmışdır. 20 il ərzində təbii ki, elektron avadanlıqları sıradan çıxmış, xarab olmuş, dəsmallar işləndikcə cırılmış, məhv olmuş, vedrə çürümüş və s əmlaklar deformasiya olmuşdur. İddiaçı hazırda onların evdə olan cehiz əmlakları aşağıdakılardır: 1 ədəd köhnə yataq dəsti, 1 ədəd tumbası, 1 ədəd köhnə televizor altlığı, 1 ədəd elektrikli soba, 1 ədəd lüstur, ət çəkən maşın, 1 ədəd ütü, fen, 1 dəst kastorka naboru, 12 ədəd xrustal stəkan, 18 ədəd armudu stəkan, 38 ədəd taraş stəkan, 40 ədəd böyük nəlbəki, 20 ədəd balaca nəlbəki, 25 ədəd böyük boşqab, 35 ədəd balaca boşqab, 20 ədəd kasa, 1 dəst çayni servis, 6 bagema, 12 xrustal, (ümumi yazılıb), 1 dədə külqabı, 20 ədəd maskura, 25 ədəd aş qabı, 12 ədəd souz qabı, 4 ədəd podnos, 1 ədəd qənd qabı, 6 ədəd kuvşin dəst, 1 ədəd ləpə qabı, 1 ədəd çörək qabı, qorapalan, meyvə qabı, 11 ədəd duz qabı, 1 ədəd sandıq, 1 dəst su qabı naboru, 1 ədəd böyük teşt, çamadan qaşıq naboru, qazan, çüyün təskab naboru, 10 litr təskəbab, balaca çüyün təskabab naboru, çüyün vedrə, böyük çömçə naboru, 1 ədəd çüyün vedrə, çüyün bak, 3 ədəd çüyün ləyən, 2 ədəd kauçuk ləyən, 1 ədəd balaca güzgü, 1 ədəd aliminum ləyən, 1 ədəd məcmi, 5 ədəd çörək qabı, 1 ədəd çüyün balon, 2 ədəd tava, 5 ədəd döşək, 3 ədəd yorğan, 16 ədəd yastıq, 6 ədəd ədyal, 10 ədəd çexol dəsti, 1 ədəd divan üstü, 1 ədəd kreslo üstü, 3 ədəd xalça, 1 ədəd tül pərdə dəsti, 5 ədəd tül, 1 ədəd süfrə, 4 ədəd hamam dəsmalı, 8 ədəd əl-üz dəsmalı, 6 ədəd qab dəsmalı, 10 ədəd şalvar, 23 ədəd köynək (qarışıq uşaq və böyük), 8 ədəd kurtka, (qarışıq uşaq və böyük), 1 cüt sapoşki, tufli, kraskovka, 6 dəst sport geyim, 10 ədəd hicab, 2 ədəd namaz paltarı, 1 ədəd səccadə, 2 ədəd termos, 2 ədəd paltar səbəti, 2 ədəd stol üstülüyü, bundan başqa iddiada olmayan əmlaklar 1 kisə ayaqqabı, hamam xalatı, manto, uzun köynək, ev xalatı, şalvar, yaylıq, retuzdan ibarət əmlaklar hazırda onların evdədir. İddiaçının qeyd etdiyi 1 dəst mətbəx mebeli, divar dəsti mebeli «2 ədəd çarpayı, 2 ədəd kreslo, 1 ədəd divan, 8 ədəd stul və 1 ədəd stol, jurnalnı masa, termo, şifonerdən ibarət əmlakların heç biri iddiaçıya məxsus deyildir. Belə ki, mətbəx mebeli, 2 ədəd çarpayı, divan-kreslo, yataq dəsti (təzə), şifoner onları atası öz pulu hesabına evə köçdükdən sonra almış, stenka və stol-stul dəsti mərhum gəlinlərinə məxsus olmuş, lakin iddiaçı mərhumunda əmlaklarını öz əmlakı kimi qeyd etmişdir. Məhkəmə iclasında isə həmin əmlakların mərhuma məxsus olması təsdiq olunmuşdur. Həmçinin məhkəmə iclasında iddiaçı və şahidləri də təsdiq etmişlər ki, iddiaçı Bakı şəhərinə gəlin köçmüş və həmin evə yataq dəsti, divan-kreslo dəsti, pərdə, televizor, televizor altlığı, tumba, yataq üstlüyü (pakrıval), çexol dəsti, qarniz, lüstur və digər əşyalar alınmışdır (Bakı şəhərinə gəlin köçən evdə olan əmlaklar hamısı videoda göstərilmişdir). Lakin iddiaçı vurğuladı ki, həmin əşyaları Cavabdeh2 öz pulu ilə almış, iddiaçının atasının pulu ilə yox, burda məqam ortaya çıxır ki, yeni gəlin köçən qızın atası əmlak almalıdır, niyə Cavabdeh2 həmin əşyaları öz pulu ilə almalıdır. Buda sübut edir ki, iddiaçının iddia etdiyi 1700 ABŞ dolları pula videoada göstərilən əşyalar alınmış, həmin əşyalardan müəyyən hissəsi hazırda evdədir, müəyyən hissəsi deformasiya olunmuş, qalan əşyaların iddiaçıya verilməsinə etiraz etmirlər. Lakin iddiaçı əsassız olaraq həmin köhnə əşyalarını yox, onların evində olan atasının öz pulu ilə aldığı təzə əşyaları almaq istəyir. İddiaçı tozsovuran, mikser, epilyator, sok çəkən və s. elektronika əşyaları tələb edir ki, bunlarında 20 il işləməsi və qalması mümkün deyildir. İddiaçının onların evdə belə əşyası yoxdur. Bundan başqa, tülpanı atası ev üçün almış və iddiaçıya aidiyyəti yoxdur. İddiaçı onların evində nə görmüşsə siyahıya yazmışdır, lakin bilməmişdir ki, özünə məxsus əmlaklar onundur, qalanlarının ona aidiyyəti yoxdur, həmin əmlakların ona məxsus olması ilə bağlı sübutuda yoxdur. Bundan başqa, iddiaçının qeyd etdiyi digər əmlaklar onların evində yoxdur, onun yaşadığı ev atasına məxsusdur, onlar ailə quranda həmin evdə yaşayış olmamışdır. Atası onlara ailə qurduqdan 15 il sonra həmin evə özü üçün mətbəx mebeli, yataq dəsti, divankreslo, televizor, soyuducu və s. əmlaklar almış, onların iddiaçıya heç bir aidiyyəti yoxdur, iddiaçı həmin əmlakları cehiz kimi gətirməmiş və nədəki onun pulu ilə həmin əmlaklar alınmamışdır və alınmasıda mümkün deyildir. Onun qızılları iddiaçıda qalmışdır, iddiaçı məhkəmə iclasında boyunbağı və sepin ona hədiyyə olunmasını, qızıl üzüyün isə onda olmasını təsdiq etmişdir. Buda göstərir ki, onun qızılları iddiaçıdadır, iddiaçı ona hədiyyə olunması barədə sübut təqdim etməmişdir və belə olan halda həmin qızıllar iddiaçıdan alınaraq ona verilməlidir. İddiaçının izahatları hər məhkəmədə fərqli olmuşdur, iddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakları 2004-cü ildə alınmasını və ona verilməsini göstərmiş, lakin məhkəmə iclasında ilk dəfə həmin əmlakların gəlin köçərkən alınmasını, sonrakı məhkəmə iclaslarında isə atasının 1700 ABŞ dolları pul verməsini və həmin pula 2009-cu ildə qeyd olunan əşyaların alınmasını göstərmişdir. Göründüyü kimi iddiaçının ərizəsi və məhkəmə iclasındakı izahatları arasında kəskin fərqli məqamlar vardır. Əvvəlki məhkəmələrdə İddiaçı göstərmişdir ki, qızılları 1 il əvvəldən anası evinə aparmış və ona vermişdir, sonradan etiraz ərizəsində göstərmişdir ki, Sadiqin qızılları ona hədiyyə olunmuşdur və ona məxsusdur. Buda iddiaçının iddiasındakı fərqli məqamları göstərən daha bir hal kimi qeyd olunmalıdır. Əgər həqiqətən qızıllar ona hədiyyə olunmuşdusa o zaman əvvəlki məhkəmə iclaslarında həmin izahat verilmiş olardı, lakin sonradan izahatın dəyişməsi həmin halın nə qədər real olmasını şübhə altına almışdır. Bu zidiyyətli izahatlar iddiaçının iddiasını və qızıllarla bağlı mövqeyini artıq şübhə altına almışdır. Əslində isə iddiaçı onun qızıllarını özü ilə aparmış, lakin sonradan vəkil ilə məsləhətləşdikdən sonra hədiyyə olması kimi izahatını dəyişmişdir. Yəqin ki, məhkəmə həmin zidiyyətli məqamları araşdıracaq və hüquqi qiymət verəcəkdir. Ümumiyyətlə hazırkı iş əvvəlcə hakim Habil Bəhmənovun icraatında olmuş və o başqa yerə təyin olunduqdan sonra hakim Zeynal Zeynalovun icraatına verilmişdir. Əvvəlki məhkəmə iclasının audio-video yazılarına baxılsa görünər ki, İddiaçı və vəkili cehiz və qızıllarla bağlı tamam başqa izahat vermiş, hazırkı işə baxılan zaman isə başqa izahat verilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı cehiz əmlak tələbinə dair iddiasının qismən, onun qızıl-zinət əşyaları tələbinə dair iddiasının isə tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 vəkili Vəkil2 Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək, ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı bildirmişdir ki, o, əmlaklarını istəyir. Bakı şəhərinə kirayə evə 2004-cü ildə gəlin köçmüşdür. Nikaha isə 2006-cı ildə daxil olmuşlar. Ona verilən cehizlər, Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən evə yığılmışdır. 4-5 il sonra köçmüşlər Masallı rayonu Köhnə Alvadı kəndində yerləşən evə. Kəndə gəldikdən sonra əşyalar alınıb evə yığıldı. Bir neçə dəfə əmlaklarının qaytarılmasını xahiş etsə də nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia ərizəsində göstərilən bir ədəd nişan üzüyü, bir ədəd sep və bir ədəd bilərzik var idi. Nişan üzüyü Cavabdeh1 idi. Sep və bilərziki isə Cavabdeh1 nişanlı dövründə ona hədiyyə etmişdir. Qaynı arvadı vəfat etdiyi vaxt, evə çox ged-gəl olduğundan ona məxsus qızılları aparmışdır valideyinlərin evinə. Sonra qaldı orda, götürmədilər. Atasının verdiyi pulla Masallı rayon Köhnə Alvadı kəndinə köçdükdən sonra əmlaklar alınmışdır. Ondan əvvəl alınan əmlakları isə Cavabdeh2 öz pulu ilə alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, İddiaçı bacısıdır. Masallı rayonu, Köhnə Alvadı kəndində yaşayır. İddiaçı cehizləri Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən Cavabdeh2 təmirsiz evinə gətirmişlər. Cehiz əşyalar karobkalarda olmuş, Qazel markalı avtomobillə aparılmışdır. Həmin evdə yaşayış olubolmamasını bilmir. İkinci ev sonradan tikilib. Sep və bilərziyi Cavabdeh1 İddiaçı hədiyyə etmişdir. 1700 ABŞ dolları ilə yataq alındığını bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı bacısıdır. Cavabdeh1 nişanlı dövrdə sep və qolbağı ona verdi ki, İddiaçı versin. Bacısı utandığından götürməmişdir. Atası tərəfindən verilən cehiz əmlaklarını Masallı rayonu, Köhnə Alvadı kəndində olan evə aparmışlar. Həmin vaxt bir ev var idi. Bakı şəhərində bacısının gəlin otağında yataq, pokrıval və pərdə var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İddiaçı onun qardaşı qızıdır. Masallı rayonu, Köhnə Alvadı kəndində yaşayır. Cehiz əmlaklarını Qazel markalı avtomobildə karobkalarda aparıb evə yığmışlar. Mebellərə görə qardaşı 1500 ABŞ dolları vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Cavabdeh1 onun qardaşıdır. Toy vaxtı Bakı şəhərində yaşayırdılar. Bakı şəhərində kirayə evə İddiaçı gəlin gəlmişdir. Ev üçün lazım olan əşyalar alınıb və evə yığılıb. Hazırda isə onun mərhum həyat yoldaşının əmlaklarını İddiaçı istəyir, bildirir ki, güya onundur. Haızrda Masallı rayonu, Köhnə Alvadıda olan evdəki əmlakların yarısı ona məxsusdur. Cavabdeh1 sep və qolbağı var idi və onlardan istifadə edirdi. Gəlinlik evə İddiaçı atasının pul ilə verilmiş 1700 ABŞ dolları xərclənib. Nəyə çatıbsa onlarda alınıb və həmin dövrdə həmin qiymətlərlə qeyd edilən əmlakları almaq mümkün deyildi. Təqdim edilmiş siyahıda olan qiymətlər nisbidir, həmin məbləğdən daha artıq xərclənib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Cavabdeh1 onun bibisi oğludur. Sadiqin toya kimi sep və qolbaqdan istifadə etməsini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Cavabdeh2la ailəvi dostdular. Sadiqin 2002-2003-cü ildə sep və qolbağ taxdığını bilir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarından olan: Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadından görünür ki, ərizəçi İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsi, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən, Cavabdeh1, X2 və Cavabdeh3 Aslan qızının istifadəsində olan 750 manat dəyərində divar dəsti mebel, 500 manat dəyərində mətbəx mebeli, 150 manat dəyərində 1 ədəd şifoner, 250 manat dəyərində 1 ədəd taxt, 40 manat dəyərində 2 ədəd tumba, 50 manat dəyərində 1 ədəd termo, 100 manat dəyərində 2 ədəd çarpayı, 250 manat dəyərində 1 ədəd divan, 100 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 1 ədəd stol, 80 manat dəyərində 8 ədəd stul, 20 manat dəyərində 1 ədəd jurnalnı stol, 180 manat dəyərində 6 ədəd döşək, 80 manat dəyərində 4 ədəd yorğan, 160 manat dəyərində 16 ədəd yastıq, 10 manat dəyərində 1 ədəd adyal, 100 manat dəyərində 5 ədəd qalın adyal, 42 manat dəyərində 6 ədəd İran istehsalı olan adyal, 400 manat dəyərində 16 ədəd yataq dəsti, 40 manat dəyərində 2 ədəd təzə pakrıval, 40 manat dəyərində 3 ədəd nazik pakrıval, 30 manat dəyərində 2 ədəd divan üstlüyü, 20 manat dəyərində 2 ədəd kreslo üstlüyü, 45 manat dəyərində 3 ədəd çarpayı üstlüyü, 250 manat dəyərində 1-i oval, 2-i 3x4 ölçüdə olmaqla 3 ədəd xalça, 40 manat dəyərində 1 ədəd tül pərdə dəsti, 25 manat dəyərində 5 ədəd tül, 30 manat dəyərində 2 ədəd böyük günlük atlas, 15 manat dəyərində 4 ədəd balaca günlük atlas, 30 manat dəyərində 10 ədəd balaca süfrə, 30 manat dəyərində 10 ədəd böyük süfrə, 35 manat dəyərində 12 ədəd süfrə, 30 manat dəyərində 10 ədəd hamam dəsmalı, 20 manat dəyərində 20 ədəd əl-üz dəsmalı, 30 manat dəyərində 30 ədəd qab dəsmalı, 35 manat dəyərində 8 ədəd işlədilmiş dəsmal, 15 manat dəyərində 5 ədəd sukeçirməz, 100 manat dəyərində 20 ədəd şalvar, 80 manat dəyərində 20 ədəd köynək, 450 manat dəyərində 4 ədəd kurtka, 30 manat dəyərində sapoşki, 20 manat dəyərində tufli, 20 manat dəyərində krasovka, 15 manat dəyərində sportivni, 15 manat dəyərində jaket, 100 manat dəyərində 8 ədəd təzə şərf, 65 manat dəyərində 13 ədəd hicab, 20 manat dəyərində 2 ədəd namaz paltarı, 25 manat dəyərində 5 ədəd səccadə, 2 ədəd Quran kitabı, 300 manat dəyərində 1 ədəd soyuducu, 300 manat dəyərində 4 plitə qaz, 40 manat dəyərində 1 ədəd tozsovuran, 20 manat dəyərində 1 ədəd sok çəkən, 40 manat dəyərində 2 ədəd ət çəkən, 10 manat dəyərində 1 ədəd mikser, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 1 ədəd epilyator, 30 manat dəyərində 1 ədəd ütü, 30 manat dəyərində 2 ədəd çilçıraq, 20 manat dəyərində ev qızdıran piletka, 80 manat dəyərində 1 ədəd kran tülpan, 6 manat dəyərində 3 ədəd paltar səbəti, 140 manat dəyərində 6 ədəd stol üstlüyü, 20 manat dəyərində 1 dəst samovar kasturka naboru, 90 manat dəyərində 5 dəst çuqun kasturka naboru, 40 manat dəyərində 1 dəst tefal kasturka naboru, 25 manat dəyərində 3 ədəd tefal tava, 50 manat dəyərində 50 ədəd xrustal stəkan, 50 manat dəyərində 50 ədəd armudu stəkan, 25 manat dəyərində 50 ədəd taraş stəkan, 100 manat dəyərində 100 ədəd böyük nəlbəki, 50 manat dəyərində 100 ədəd balaca nəlbəki, 80 manat dəyərində 80 ədəd böyük boşqab, 100 manat dəyərində 100 ədəd balaca boşqab, 80 manat dəyərində 40 ədəd kasa, 100 manat dəyərində göy rəngli obedni servis dəsti, 90 manat dəyərində 3 dəst çayni servis, 100 manat dəyərində 6 ədəd xrustal güldan, 20 manat dəyərində 4 ədəd böyük güldan, 20 manat dəyərində 6 ədəd balaca güldan, 40 manat dəyərində 8 ədəd böyük xrustal meyvə qabı, 30 manat dəyərində 15 ədəd xrustal konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema konfet qabı, 15 manat dəyərində 2 ədəd bagema meyvə qabı, 5 manat dəyərində 1 ədəd bagema, güldan, 3 manat dəyərində 1 ədəd bagema kül qabı, 40 manat dəyərində 3 dəst xrustal su qabı, 10 manat dəyərində 1 dəst (6 bardaqlı) bagema su qabı, 6 manat dəyərində 6 ədəd bulud qabı, 30 manat dəyərində 24 ədəd yemək dəstqabı, 40 manat dəyərində 40 ədəd maskur, 50 manat dəyərində 50 ədəd salat qabı, 160 manat dəyərində 80 ədəd aş qabı, 90 manat cəyərində 90 ədəd souz qabı, 15 manat dəyərində 6 ədəd qraşka naboru, 20 manat cəyərində 13 paçka şirniyyat qabı, 10 manat dəyərində 10 ədəd qənd qabı, 20 manat dəyərində 6 ədəd çaynik, 75 manat dəyərində 5 ədəd samovar çydan, 10 manat dəyərində 2 ədəd çuqun vedrə, 10 manat dəyərində 1 ədəd çuqun bak, 15 manat dəyərində 3 ədəd şuqun ləyən, 10 manat dəyərində 1 dəst padnos naboru, 15 manat dəyərində 3 ədəd böyük padnos, 15 manat dəyərində 3 ədəd balaca padnos, 40 manat dəyərində 1 dəst qaşıq çamadanı, 20 manat dəyərində 3 paçka qaşıq, 12 manat dəyərində 12 ədəd qaşıq, 20 manat dəyərində 20 ədəd ləpə qabı, 12 manat dəyərində 6 ədəd uzun ləpə qabı, 10 manat dəyərində 1 ədəd balaca sandıq, 6 manat dəyərində 3 ədəd balaca fincan, 20 manat dəyərində 2 ədəd balaca tava, 15 manat dəyərində 1 dəst su qabı naboru, 45 manat dəyərində 3 ədəd qazan, 15 manat dəyərində 1 ədəd qapaqlı çörək qabı, 6 manat dəyərində 1 ədəd çörək qabı, 40 manat dəyərində 2 ədəd böyük teşt, 30 manat dəyərində 2 dəst kasturka naboru, 30 manat dəyərində 1 dəst çömçə naboru, 20 manat dəyərində qaşıq-çəngəl dəsti, 15 manat dəyərində duz qabı dəsti, 15 manat dəyərində qorapalan, ət taxtası, 50 manat dəyərində 5 ədəd meyvə qabından ibarət əmlaklar üzərində sərəncam verilməsinə qadağa qoyulması qərara alınmışdır. Qərardadın icrası ilə bağlı həmin qərardad, icra vərəqəsi və müvəqqəti təminat tədbiri barədə ərizə icra orqanına təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, “İcra vərəqəsi”ndə qeyd olunan əmlaklardan 5 döşək, 3 yorğan, 2 nalça, 3 ədəd xalça (3.80x3), 1 ədəd oval xalça, 1 ədəd bagema güldan, 2 ədəd bagema meyvə qabı borcluların yaşadığı evdə aşkar olundu və fotoşəkilləri çəkildi. Tələbkarla əlaqə saxlanıldı və əmlakların 2-ci mərtəbədə yerləşdiyini qeyd etdi. Borclular 2-ci mərtəbədə yerləşən əmlakların (rəhmətə gedən) vəfat edən gəlinlərinə məxsus olduğunu qeyd etdilər. Aşkar olunan əmlaklar siyahıya alınaraq üzərinə həbs qoyulmuşdur.” Mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 tələb etdiyi qızıl-zinət əşyalarından 1 ədəd 30 qram çəkidə 583 əyyarlı boyunbağının dəyəri 2700 manat, 1 ədəd 16 qram çəkidə 585 əyyarlı qolbağın dəyəri 1440 manat, 1 ədəd 3 qram çəkidə 583 əyyarlı üzüyün dəyəri 285 manat, 1 ədəd 3 qram çəkidə 585 əyyarlı üzüyün dəyəri 285 manat və 1 ədəd 9 qram çəkidə 750 əyyarlı (karat 40 sot) üzüyün dəyəri 1000 manat təşkil edir. Siyahıdan görünür ki, stenka 300 ABŞ dolları, yataq 450 ABŞ dolları, soyuducu 230 ABŞ dolları, mətbəx mebeli 270 ABŞ dolları, jurnalni masa 30 ABŞ dolları, cəmi 1700 ABŞ dolları qeyd edilmişdir. İlk iddia üzrə cavabdehin təqdim etdiyi siyahıdan görsənir ki, İddiaçı məxsus aşağıda göstərilən əmlaklar ilk iddia üzrə cavabdehlərin evindədir: 11 ədəd manto, 17 ədəd platya, 6 ədəd sport dəsti, 23 ədəd uzun köynək, 51 ədəd gödək köynək, 2 ədəd hamam xalatı, 2 ədəd ev xalatı, 24 ədəd retuz, 4 ədəd yubka, 10 ədəd şalvar, 12 ədəd qadın maykası, 3 ədəd bric, 8 ədəd kurtka, 2 ədəd jilet, 11 ədəd qadın şalvarı, 6 ədəd oğlan şalvarı, 6 ədəd odyal, 4 ədəd sintifon odyal, 1 ədəd divan-kreslo üstü, 2 ədəd stol üstü, 1 ədəd şal, 10 ədəd hicab, 2 ədəd yaylıq, 14 ədəd balış, 1 ədəd tufli, 1 ədəd sapoşki, 1 ədəd jaket, 1 ədəd tül, 5 ədəd döşək, 3 ədəd yorğan, 3 ədəd xalça, 10 ədəd çixol dəsti, 4 ədəd böyük dəsmal, 8 ədəd kiçik dəsmal, 6 ədəd qab dəsmalı, 2 ədəd namaz çadrası, 1 ədəd surfa, 1 meşok ayaqqabı,1 ədəd pərdə, 1 ədəd kiçik sandıq, 1 ədəd çay servisi, 1 ədəd samovar naboru, 1 ədəd kastrul naboru, 6 ədəd bagema b/k, xrustal b/k, 1 kuvşin dəsti, 38 ədəd sadə stakan, 18 ədəd armudu stakan, 12 ədəd xrustal stakan, 11 ədəd duzqabı, 20 ədəd kiçik nəlbəki, 40 ədəd böyük nəlbəki, 11 ədəd dərin sousqabı, 20 ədəd maskur, 35 ədəd salatqabı, 25 ədəd dayaz sinni, 12 ədəd dayaz sousqabı, 25 ədəd dərin sinni, 20 ədəd kasadan ibarətdir. Məhkəmə iclasında toy görüntülərini əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı toy evində 1 ədəd yataq dəsti, 1 ədəd divan və 2 ədəd kreslonun olması görünür. İşin hallarından görünür ki, ilk iddia üzrə İddiaçı cavabdehlər tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını cavabdehlərin evindən gedərkən özü ilə apardığı üçün bu barədə məhkəmə mübahisəsi olmamışdır. Həm ilk, həm də qarşılıqlı iddia tələblərinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.

1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.

2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;

3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Hazırkı işin halları ilə ilk iddia tələbinin əsaslı olması baxımından tələb olunan bu 3 komponentin hamısının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır. Bu halı Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə əlaqədar görülmüş icra tədbirləri, məhkəməyə təqdim edilmiş siyahılar, tərəflərin və şahidlərin izahaları da təsdiq edir. Belə ki, qərardadın icrası ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “İcra vərəqəsində qeyd olunan əmlaklardan 5 döşək, 3 yorğan, 2 nalça, 3 ədəd xalça (3.80x3), 1 ədəd oval xalça, 1 ədəd bagema güldan, 2 ədəd bagema meyvə qabı borcluların yaşadığı evdə aşkar olundu.” Aktda göstərilməyən lakin ilk iddia üzrə cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş siyahılardan görünür ki, İddiaçı digər əmlakları da mövcuddur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göstərilən səbəblərdən ilk iddia qismən təmin edilməlidir. İlk iddia üzrə tələb edilən, lakin Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 16(050)-134/2023 saylı qərardadının icrası ilə əlaqədar tərtib edilmiş akta və ilk iddia üzrə cavabdehlərin təqdim etdiyi etirafedici siyahıda göstərilməyən əmlaklarla bağlı ilk iddia üzrə iddiaçı heç bir sübut təqdim edə bilməmişdir. 1700 ABŞ dollarına alınan əmlaklar toyun videogörüntüsündə mövcuddur. İlk iddia üzrə cavabdehlər qeyd edilən məbləği qəbul etdiklərini etiraf edirlər və həmin pul məbləği ilə videogörüntüdə olan əmlakların alınmasını bildirirlər. Lakin ilk iddia üzrə iddiaçı həmin əmlakların Cavabdeh2 öz vəsaiti hesabına almasını, sonradan Masallı rayonu, Köhnə Alvadı kəndinə köçdükdən sonra (4-5 il sonra) atasının verdiyi pulla mebel alınmasını bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə bildirir ki, hazırkı işin halları ilə qarşılıqlı iddia tələbinin əsaslı olması baxımından tələb olunan yuxarıda göstərilən 3 komponentin hamısının mövcudluğu iddianın təmin edilən hissəsinə münasibətdə öz təsdiqini tapmışdır. Bu halı məhkəməyə təqdim edilmiş fotoşəkillər, şahid ifadələri və tərəflərin izahatları da təsdiq edir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının 1 ədəd boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd nişan üzüyünün mövcud olması təsdiqini tapmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh həmin qeyd edilən qızıl zinət əşyalarının mövcudluğunu mübahisələndirmir, lakin Cavabdeh1 tərəfindən 1 ədəd boyunbağının və 1 ədəd bilərziyin ona hədiyyə edilməsini bildirsə də, hədiyyə edilmiş qızılların tələb edilən qızıllarla eynilik təşkil etməsini subut edə bilməmişdir. Tələb edilən digər iki üzüyun mövcudluğu subut olunmamışdır. Həmçinin tərəflər qızıl-zinət əşyalarının qiymətlərini mübahisələndirmədiklərindən, qiymətləndirmə ekspertizası keçirilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4). Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Hər bir halda hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən qarşılıqlı iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 5710 manat təşkil etdiyinə görə 77 manat dövlət rüsumu ödənilməli, 5140 manat qiymətində iddia təmin edilmədiyindən) 71,40 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ödənilməlidir. İlk iddia üzrə iddia tələbində dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İlk iddia qismən təmin edilsin. İddiaçı məxsus 250 manat dəyərində 1 ədəd taxt, 40 manat dəyərində 2 ədəd tumba, 150 manat dəyərində 5 dəst döşək, 60 manat dəyərində 3 dəst yorğan, 160 manat dəyərində 16 dəst yasdıq, 42 manat dəyərində 6 dəst İran istehsalı adyal, 15 manat dəyərində 1 dəst divan üstlüyü, 10 manat dəyərində 1 dəst kreslo üstlüyü, 250 manat dəyərində 1 dəst oval formalı, 2 dəsti 3x4 ölçüdə 3 dəst xalça, 40 manat dəyərində 1 ədəd tül pərdə dəsti, 25 manat dəyərində 5 ədəd tül, 3 manat dəyərində 1 ədəd süfrə, 12 manat dəyərində 4 dəst hamam dəsmalı, 8 manat dəyərində 8 dəst əl-üz dəsmalı, 6 manat dəyərində 6 ədəd qab dəsmalı, 100 manat dəyərində 20 dəst şalvar, 80 manat dəyərində 20 ədəd köynək, 450 manat dəyərində 4 ədəd kurtka, 30 manat dəyərində 1 ədəd sapoşki, 20 manat dəyərində 1 ədəd tufli, 20 manat dəyərində 1 ədəd krasovka, 15 manat dəyərində 1 dəst sport geyimi, 15 manat dəyərində jaket, 50 manat dəyərində 10 ədəd hicab, 20 manat dəyərində 2 ədəd namaz paltarı, 5 manat dəyərində 1 ədəd səccadə, 20 manat dəyərində 1 ədəd ətçəkən maşın, 10 manat dəyərində 2 ədəd termos, 30 manat dəyərində 1 ədəd ütü, 46 manat dəyərində 2 ədəd stolüstlüyü, 20 manat dəyərində 1 ədəd samovar kasturka naboru, 12 manat dəyərində 12 ədəd xrustal stəkan, 18 manat dəyərində 18 ədəd armudu stəkan, 19 manat dəyərində 38 ədəd stəkan, 40 manat dəyərində 40 ədəd böyük nəlbəki, 10 manat dəyərində 20 ədəd balaca nəlbəki, 25 manat dəyərində 25 ədəd böyük boşqab, 35 manat dəyərində 35 ədəd balaca boşqab, 40 manat dəyərində 20 ədəd kasa, 30 manat dəyərində 1 dəst çayni servis, 5 manat dəyərində 1 ədəd xrustal meyvəqabı, 3 manat dəyərində 1 ədəd bagema külqabı, 10 manat dəyərində 1 dəst bagema suqabı, 20 manat dəyərində 20 ədəd maskura, 50 manat dəyərində 25 ədəd aşqabı, 12 manat dəyərində 12 ədəd souzqabı, 1 manat dəyərində 1 ədəd qəndqabı, 5 manat dəyərində 1 ədəd çuqun vedrə, 10 manat dəyərində 1 ədəd çuqun bak, 15 manat dəyərində 3 ədəd çuqun ləyən, 20 manat dəyərində 4 ədəd podnos, 40 manat dəyərində 1 dəst qaşıq çamadanı, 1 manat dəyərində 1 ədəd ləpəqabı, 10 manat dəyərində 1 ədəd balaca sandıq, 20 manat dəyərində 2 ədəd tava, 15 manat dəyərində 1 ədəd qazan, 15 manat dəyərində 1 ədəd qapaqlı çörəkqabı, 6 manat dəyərində 1 ədəd çörəkqabı, 20 manat dəyərində 1 ədəd böyük teşt, 15 manat dəyərində 1 dəst kasturka naboru, 30 manat dəyərində 1 dəst çömçə naboru, 15 manat dəyərində 11 ədəd duzqabı, 15 manat dəyərində 1 ədəd qorapalan və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 2700 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl boyunbağı, 1440 manat dəyərində 16 qram çəkidə 585 əyyarlı qızıl qolbaq və 1000 manat dəyərində 9 qram 750 əyyarlı qızıl üzük və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı halda həmin əyşaların dəyəri İddiaçı alınaraq Cavabdeh1 verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində (iddianın qiyməti 5710 manat təşkil etdiyinə görə 77 manat dövlət rüsumu ödənilməli, 5140 manat qiymətində iddia təmin edildiyindən) 71,40 manat pul İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar