Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1716/2024 22.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlak və qızıl-zinət tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada gəlin köçərkən ona hədiyyə kimi verilən cehiz əmlakları olan mebel yataq dəsti dolab 950 manat, taxt 450 manat, tumba 2 ədəd 120 manat, 1 ədəd ortopedik türk döşək 450 manat, mətbəxt mebeli 30 kv/m 2000 manat, televizor altlığı 350 manat, stol böyük 420 manat, jurnal masası 200 manat, 6 ədəd stul 660 manat, tək divan 600 manat, açılan divan 600 manat, 1 ədəd böyük xalça 250 manat, 3 ədəd orta ölçülü xalça 300 manat, 2 ədəd ayaqaltı xalça 50 manat, 2 ədəd pərdə 700 manat, 1 ədəd qonaq otağı üçün çılçıraq 350 manat, 1 ədəd yataq otağı üçün çılçıraq 230 manat, 1 ədəd dəhliz üçün çılçıraq 70 manat, 2 ədəd mətbəxt üçün çılçıraq 100 manat, 1 ədəd toyuq bişirən qazan 250 manat, 1 ədəd mənzərə tablo 150 manat, divar saatı 35 manat, 1 ədəd süfrə 50 manat, 1 ədəd süfrə 80 manat, 1 ədəd sərinkeş 45 manat, şəkil çərçivəsi 60 manat, 1 ədəd süvinir gül lampa 40 manat, 1 ədəd çexol dəsti 180 manat, 1 ədəd ağ gipirli çexol dəsti 200 manat, 1 ədəd çexol dəsti 150 manat, 1 ədəd pakrıval dəsti 280 manat, 1 ədəd taxt üçün döşək 135 manat, 1 ədəd yorğan (panbıq) 120 manat, 4 ədəd balış 60 manat, 5 ədəd dəsmal 100 manat, 4 ədəd dəsmal balaca 50 manat, paltar qurudan dəmir 26 manat, süpürgə dəsti 6 manat, kartof səbəti 22 manat, 22 ədəd şpilka 5 manat, dabankeş 5 manat, asılqan 7 manat, salfetka qabı 10 manat, bıçaq 3 ədəd 6 manat, paltar səbəti 20 manat, 3 ədəd zibil qabı 45 manat, ikili aş süzən 30 manat, 1 ədəd podnis 7 manat, 1 ədəd podnis 6 manat, 1 ədəd meyvə bıçağı 2 manat, sürtgəc 10 manat, bilincik tavası 12 manat, piknik səbəti 15 manat, şotqa 5 manat, qayçı 7 manat, qaşıq qabı 3 manat, 2 ədəd plasmas qab 6 manat, pol silən vedrə 30 manat, göyərti doğruyan taxta 9 manat, bıçaq naboru 50 manat, ədviyyat qabı 65 manat, çörək qabı 30 manat, çörək saxlama qabı 45 manat, qırmızı qəfədan 25 manat, çaynik 20 manat, nikkelli dəm çayniki 20 manat, 2 ədəd qazan dəsti 900 manat, servis dəsti 480 manat, armudu stəkan dəsti 35 manat, rumka dəsti 80 manat, 6 bakal dəsti 12 manat, taraş stəkan üç paçka 30 manat, qaşıq dəsti sadə 20 manat, bahalı qaşıq dəsti 80 manat, çay dəsmalları 25 manat, diş çöpü qabı 15 manat, tort qabı 20 manat, üç mərtəbə ləpə qabı 30 manat, ağ şirniyyat qabı 35 manat, sarı şirniyyat qabı 25 manat, yaşıl meyvə qabı 25 manat, qənd qabı 30 manat, üç mərtəbə ləpə qabı 25 manat, 1 cüt ağa ləpə qabı 15 manat, 2 ədəd limon qabı 10 manat, paraşok qabı 5 manat, qoz sındıran dəst 30 manat, LG-televizor 1200 manat, LG paltaryuyan 1100 manat, LG tozsoran 170 manat, mətbəxt üçün qaz sobası 160 manat, LG soyuducu 1400 manat, ütü 60 manat, ət çəkən 180 manat, termopod 95 manat, aspirator 190 manat, elektrikli soba 350 manat, külqabı 13 manat, duzqabı 12 manat, beşli şamdan qab 60 manat, 5 ədəd platya 450 manat, 1 ədəd kostum dəsti 108 manat, 4 ədəd sumka 80 manat, ayaqqabı 7 cüt 200 manat, 2 ədəd qara şuba 140 manat, 1 ədəd ağ qısa gödəkçə 80 manat, kofta 10 ədəd 70 manat, 3 ədəd sport dəsti 120 manat, hamam dəsti 65 manat, yeni il süfrə 20 manat, makyaj ləvazimatları 45 manat, broşqalar 10 manat, 9 ədəd çanta 110 manat, 6 ədəd ayaqqabı 200 manat, 3 ədəd gödəkçə 100 manat, hamam dəsti 65 manat, 2 ədəd lama qolçaq 300 manat, yun jaket 20 manat, 10 ədəd köynək 40 manat, 1 ədəd tulum 35 manat, qara don 35 manat, 3 ədəd şortikli tulum 90 manat, 2 ədəd cins yubka 95 manat, çəhrayı yubka 20 manat, 5 ədəd krop 50 manat, qara uzun don 15 manat, 2 ədəd şortik köynək dəsti 60 manat, yaşıl don 55 manat, 3 ədəd lasin 30 manat, 8 ədəd şortik 60 manat,1 ədəd kupalnik 50 manat, 2 ədəd pilyaj üst geyim 60 manat, 3 ədəd şarf 45 manat, həyət şəpiyi 15 manat, başmaq 10 manat, 8 ədəd mayka 25 manat, 12 ədəd bandana 26 manat, saç rezini 3 manat, 13 ədəd broşqa 8 manat, 8 ədəd sırğa 22 manat, eynək 45 manat, üz lasyonları 40 manat, əl kremləri 20 manat, kosmetka qabı 40 manat, ütü feni 40 manat, saç qurudan fen 35 manat, 2 ədəd saç lakı 20 manat, 2 ədəd qaşlı saç abadoku 30 manat, led lampa 15 manat, beşli saxlama qabı 8 manat, çəkilmiş tablo 35 manat, üzüklər müxtəlif 3 ədəd, 583 əyyarlı, 5 qram 450 manat, komplekt brilyant 1 ədəd, 585 əyyarlı, 13 qram 1100 manat, qolbaq kalya 1 ədəd, 585 əyyarlı, 3 qram 250 manat, qolbaq sepli 1 ədəd, 585 əyyarlı, 2 qram 150 manat, sep klonlu 1 ədəd, 585 əyyarlı, 6 qram 500 manat, qızıl saat qolbaqlı 1 ədəd, 583 əyyarlı, 14 qram 1200 manat, halğa sırğa 1 ədəd, 585 əyyarlı, 4 qram 300 manat, sırğa kəpənəkli 1 ədəd, 585 əyyarlı, 3 qram 250 manat dəyərində olan əmlaklarının, əmlakları olmadığı təqdirdə əşyaların ümumi dəyəri olan 25578 (iyirmi beş min beş yüz yetmiş səkkiz) manat pulun və ödənilmiş 167 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cehiz əşyalarını götürdüyü üçün həmin hissədə tələbinin olmadığını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xırdalan şəhərində və Rusiya Federasiyasının Sant-Peterburq şəhərində olan paltarlarının (şəxsi əşyalarının), həmçinin cavabdehlər (oğlan evi) və digər qohumları tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə 17 iyun 2023-cü ildə el adəti ilə toy edib evlənmiş, nikahlarını isə 06 sentyabr 2023-cü ildə Rusiya Federasiyasının Sant-Peterburq şəhərində rəsmiləşdirmişlər. Birgə nikahlarından övladları olmamışdır. Cavabdehlərə məxsus Xırdalan şəhərində olan evlərinə gəlin köçmüş, valideyinləri və qohumları tərəfindən ona verilən cehiz əşyalarının hamısını həmin evə yerləşdirmişdir. Bir müddət Azərbaycanda qaldıqdan sonra əri və qayınanası ilə birlikdə onların yaşadığı və işlədiyi Rusiya Federasiyasının Sant-Peterburq şəhərinə köçmüşdür. Uzun müddətli getdiklərindən özünə məxsus şəxsi və geyim əşyalarını və həmçinin qızıl-zinət əşyalarını götürmüşdür. Sərhəd keçid məntəqəsini keçərkən problem olmasın deyə qızıl-zinət əşyalarının bir hissəsini yoldaşına, bir hissəsini qaynanasına vermiş, bir hissəsi isə onda qalmışdır. Cavabdehlərlə 4 ay Rusiya Federasiyasında birlikdə yaşamış, sonuncular onu yola vermədiklərindən orada qala bilməmişdir. Belə ki, cavabdehlərlə 4 otaqlı evdə kirayə yaşamışlar. Cavabdehlər səhər işə gedərək, evin kirayəsinin yarsını qarşılayan 40-45 yaşlı tanımadığı rus millətindən olan bir kişi ilə onu evdə tək qoyurdular. Bu vəziyyətlə barışmayıb boşanmaq qərarına gəlmiş, sonuncu dəfə cavabdehlərlə mübahisəsi düşmüş və sonuncular onu döymüşlər. Bundan sonra məlumatı və xəbəri olmadan tələm-tələsik bilet alaraq onu Azərbaycana göndərmişlər. Gələrkən qayınanası ona hədiyyə edilmiş qızıllardan cəmi 2 ədəd üzük vermiş, qalan qızılları sərhəddən buraxmayacaqlarını bildirərək özündə saxlamışdır. Bir müddət özünə gələ bilməmiş və bir-neçə həkimdə müalicə almışdır. O, gəlin köçdüyü vaxt ona valideynləri, qohumları tərəfindən müxtəlif cehiz-əmlak və toy hədiyyəsi kimi həm valideynləri, qohumları, həm də oğlan evi tərəfindən qızı-zinət əşyaları verilmişdir. Lakin, ailə münasibətləri kəsildikdən sonra həmin əmlakları cavabdehlərin Xırdalan şəhərindəki evində və Rusiya Federasiyasında olan evində qalmışdır. Əmlaklarını tələb etsə də, cavabdehlər bu günə kimi ona verilmiş əmlakları və qızıl-zinət əşyalarını ona qaytarmamışlar. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər. Onlarla telefon (votçap) əlaqəsi saxlanılarkən iddianı qəbul etmədiklərini, hazırda Rusiya Federasiyasının Sant- Peterburq şəhərində olduqlarını və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarına əlavə edilimiş: -X1 tərəfindən təsdiq edilmiş 29 mart 2024-cü il tarixli, MŞL/MT036/2024-00202 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh1 və Cavabdeh2 isə məlumatlandırılmalarına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişlər. -Nişan və toy mərasimlərində çəkilmiş foto şəkillərin tədqiqi zamanı iddiaçının üzərində 3 ədəd üzük, 1 ədəd komplekt dəst (üzük, sırğa, sep), 1 ədəd kalye qolbaq, 1 ədəd sepli qolbaq, 1 ədəd klonlu sep, 1 ədəd qolbaqlı saat və 1 ədəd halqa sırğanın olması müəyyən olunmuşdur. -Fiziki şəxs X4 tərəfindən verilmiş rəydən görünür ki, 3 ədəd 583 əyyarlı üzüyün qiyməti 500 manat, 1 ədəd 585 əyyarlı 13 qramlıq komplekt dəstin (üzük, sırğa, sep) qiyməti 1100 manat, 1 ədəd 3 qramlıq 585 əyyarlı kalya qolbağın qiyməti 250 manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı sepli qolbağın qiyməti 150 manat, 1 ədəd 6 qramlıq 585 əyyarlı klonlu sepin qiyməti 500 manat, 1 ədəd 14 qramlıq 583 əyyarlı qızıl qolbaqlı saatın qiyməti 1200 manat, 1 ədəd 4 qramlıq 585 əyyarlı halqa sırğanın qiyməti 300 manat və 1 ədəd 585 əyyarlı 3 qramlıq kəpənəkli sırğanın qiyməti 250 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh1 17 iyun 2023-cü ildə el adəti ilə toy edib evlənmiş, nikahlarını isə 06 sentyabr 2023-cü ildə Rusiya Federasiyasının Sant-Peterburq şəhərində rəsmiləşdirmişlər. Onların birgə nikahdan uşaqları olmamışdır. Həmin vaxt iddiaçı cavabdehlərə məxsus Xırdalan şəhərində yerləşən evlərinə gəlin köçmüş və özünə məxsus cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Bir müddət Azərbaycanda yaşadıqdan sonra iddiaçı cavabdehlərlə birlikdə sonuncuların yaşadığı və işlədiyi Rusiya Federasiyasının Sant- Peterburq şəhərinə köçmüş, özünə məxsus şəxsi və geyim əşyalarını, həmçinin qızıl-zinət əşyalarını özü ilə götürmüşdür. Təxminən 4 ay orada yaşadıqdan sonra aralarında yaranmış narazılığa görə iddiaçı Azərbaycana qayıtmış və hal-hazırda valideynlərinin yanında yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və 34.1-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalı, hədiyyə və ya vərəsəlik qaydasında aldıqları əmlak isə onların hər birinin ayrıca mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülkiyyət hüququ konsitutusion hüquqdur və subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüquq isə qanunla nəzərdə tutulmuş hallardan başqa digər hallarda məhdudlaşdırıla bilməz və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü tərəflərin və əsas da iddiaçının üzərinə düşür. Məhz iddiaçı tərəf paltarlarının və şəxsi əşyalarının, həmçinin ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdehlərdə olmasını sübut etməlidir. Lakin, iddiaçı tərəfindən qızıl-zinət əşyalarından başqa digər hissədə tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin qızıl-zinət tələbi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi 1 ədəd üzük, 1 ədəd komplekt dəst (üzük, sırğa, sep, qolbaq), 1 ədəd sepli qolbaq, 1 ədəd klonlu sep, 1 ədəd qolbaqlı saat və 1 ədəd halqa sırğa hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclası zamanı izahatında Rusiyadan Azərbaycana gələrkən ona hədiyyə edilmiş qızıllardan üzərində (barmağında) yalnız 2 ədəd üzük olduğunu, qalan qızılların isə cavabdehlərdə qaldığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaçının atasına göndərdiyi səs yazısı tədqiq edilərkən cavabdeh iddiaçı Azərbaycana gələrkən barmağında 2 ədəd üzük olmasını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyində iddiaçıya məxsus qızılların 3 ədəd üzükdən, 1 ədəd komplekt dəstdən (üzük, sırğa, sep), 1 ədəd kalya qolbaqdan, 1 ədəd sepli qolbaqdan, 1 ədəd klonlu sepdən, 1 ədəd qızıl qolbaqlı saatdan, 1 ədəd halqa sırğadan və 1 ədəd kəpənəkli sırğadan ibarət olması göstərilmişdir. Lakin, məhkəmə iclası zamanı İddiaçı izahatında rəydə göstərilən 1 ədəd kalya qolbağın komplekt dəstə aid olduğunu və səhvən mütəxəssis tərəfindən ayrı yazıldığını göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, 1 ədəd komplekt dəstin üzük, sırğa, sep və qolbaqdan ibarət olması və ümumi dəyərinin 1350 manat olması nəzərə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 ədəd 583 əyyarlı üzük və ya dəyəri 150 (bir yüz əlli) manat, 1 ədəd 16 qramlıq 585 əyyarlı komplekt dəst (üzük, sırğa, sep, qolbaq) və ya dəyəri 1350 (bir min üç yüz əlli) manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı sepli qolbaq və ya dəyəri 150 (bir yüz əlli) manat, 1 ədəd 6 qramlıq 585 əyyarlı klonlu sep və ya dəyəri 500 (beş yüz) manat, 1 ədəd 14 qramlıq 583 əyyarlı qızıl qolbaqlı saat və ya dəyəri 1200 (min iki yüz) manat və 1 ədəd 4 qramlıq 585 əyyarlı halqa sırğa və ya dəyəri 300 (üç yüz) manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 156 (bir yüz əlli altı) manat tutularaq İddiaçı verilsin. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1 ədəd 583 əyyarlı üzük və ya dəyəri 150 (bir yüz əlli) manat, 1 ədəd 16 qramlıq 585 əyyarlı komplekt dəst (üzük, sırğa, sep, qolbaq) və ya dəyəri 1350 (bir min üç yüz əlli) manat, 1 ədəd 2 qramlıq 585 əyyarlı sepli qolbaq və ya dəyəri 150 (bir yüz əlli) manat, 1 ədəd 6 qramlıq 585 əyyarlı klonlu sep və ya dəyəri 500 (beş yüz) manat, 1 ədəd 14 qramlıq 583 əyyarlı qızıl qolbaqlı saat və ya dəyəri 1200 (min iki yüz) manat və 1 ədəd 4 qramlıq 585 əyyarlı halqa sırğa və ya dəyəri 300 (üç yüz) manat alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumuna görə Cavabdeh1 və Cavabdeh2 156 (bir yüz əlli altı) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1716/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1716/2024
22.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver