Məhkəmə qərarları › İş №2(050)-1745/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1745/2025

12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1745/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat (minimum əmək haqqının 0.2 misli məbləğində) aliment Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə yaşadıqları dövrdə xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxsla aralarında Masallı rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə 80 manat, cəmi 240 (minimum əmək haqqının 0.2 misli) manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməmiş və uşaqların saxlanması üçün heç bir aliment ödəməmişdir. Nəticədə barışıq sazişinin şərtləri pozulmuşdur. Odur ki, barışıq sazişinin təsdiq olunması barədə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. atalığın müəyyən edilməsi barədə arayışlardan görünür ki, Ərizəçi xx.xx.2017-ci ildə doğulmuş X4, xx.xx.2020-ci ildə doğulmuş X3 və xx.xx.2023-cü ildə doğulmuş X2 atası Maraqlı şəxs hesab edilmişdir. 17 mart 2025-ci il tarixli, MŞM/MT036/2025-00183 saylı barışıq sazişindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər bir uşağa görə 80 manat məbləğində aliment, yəni ölkə üzrə müəyyən edilmiş, minimum əmək haqqının 0.20 misli həddində müəyyən edilir. Maraqlı şəxs 2025-ci ilin mart ayının sonunadək və gələn hər növbəti ayın isə 01-dən sonunadək 240 manat məbləğində alimenti Ərizəçi nağd, poçt vasitəsi və ya onun bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin sonunadək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 30 aprel 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 17 mart 2025-ci il tarixli, MŞM/MT036/2025-00183 saylı barışıq sazişi təsdiq edilsin. 17 mart 2025-ci ildən başlayaraq Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 80 manat (minimum əmək haqqının 0.20 misli), üç uşağa görə 240 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar