Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1755/2024 01.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs X9 Xidmət X2rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 xx.xx.1995-ci ildə Masallı rayonu, Ərkivan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X6 xx.xx.1957-ci ildə anadan olmuş və Masallı rayonu, Ərkivan kəndində xx.xx.1995-ci ildə vəfat etmişdir. Mərhum atası el adəti ilə dəfn olunmuş və Ərkivan kəndində Ramazanlı küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Lakin atasının vəfatı ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsində və Masallı rayon Mərkəzi Xəstəxanasında hər hansı qeydiyyat aparılmamışdır. Buna görə də hazırda atasının ölüm haqqında akt qeydi mövcud deyildir. Atasının vəfat etməsini təsdiq edən şahidləri vardır. Həmçinin, ərazi nümayəndəliyinin arayışı və məzar daşının şəkilindən görünür ki, atası xx.xx.1995-ci ildə vəfat etmiş və Ərkivan kəndində Ramazanlı küçəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri üçün zəruridir, lakin atasının vəfatı ilə bağlı Masallı rayon Qeydiyyat şöbəsində ölüm aktı mövcud deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölüm haqqında faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuş və bu barədə X9 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən məktub verilmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı oğlu, mərhum isə onun qardaşıdır. X6 07 fevral 1995-ci ildə ölmüşdür. Mərhum Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşı oğlu, mərhum isə onun qardaşıdır. X6 07 fevral 1995-ci ildə ölmüşdür. Mərhum Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən qəbristanlığında dəfn edilmişdir. O, da mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Masallı RİHB-nin Ərkivan qəsəbə İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 620 nömrəli arayışda qeyd olunmuşdur ki, mərhum X6 07 dekabr 1995-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Ərkivan qəsəbəsi Ramazanlı küçəsindəki qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Masallı rayon Mərkəzi Xəstəxanası “Publik Hüquqi şəxsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-60/3-757/2024 nömrəli arayışda qeyd olunmuşdur ki, X6 barəsində Masallı MRX PHŞ-nə ölüm aktı üçün müraciət daxil olmamışdır. İş materiallarında olan X9 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə verilmiş rəydən görünür ki, Ərizəçi vəfat etmiş atası X5 ölümünün qeydə alınması barədə ərizənin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1 və 8.2-ci bəndlərinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X5 07 fevral 1995-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 28 mart 1957-ci ildə Masallı rayonu Ərkivan kəndində doğulmuş X5 07 fevral 1995ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayon qeydiyyat şöbəsinə rəsmi qaydada göndərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1755/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1755/2024
01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver