Məhkəmə qərarları › İş №2(050)-176/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-176/2025

09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-176/2025 09.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Şabala qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı «miras əmlakın qəbul edilməsi müddətinin uzadılması» tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Şabala qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı «miras əmlakın qəbul edilməsi müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, məhkəmədən iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 və onun vəkili və nümayəndəsi Vəkil hər biri ayrı-ayrılıqda izahat verərək, iddia ərizəsinin geri qaytarılmasına etiraz etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 №-li qərarına əsasən: 5. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2024-cü il tarixli, qəbz №**********) 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Şabala qızına, Cavabdeh5 və Cavabdeh6 qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu (xx.xx.2024-cü il tarixli, qəbz №**********) ona geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar