Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1767/2025 12.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş MŞM/MT036/2025-00219 saylı 10 mart 025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və 03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat aliment pulunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə 10 avqust 2020-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurmuşlar və birgə nikahlarından 03 fevral 2021-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Uşaq hazırda onun himayəsində yaşayır. Maraqlı şəxs təqsiri üzündən ayrılmışlar və bu səbəbdən nikahları pozulmuş, uşağın himayədə saxlanması və aliment tələbi ilə bağlı Mediasiya qurumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxslə aralarında barışıq sazişi bağlanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs aralarında olan nikahın pozulmasına, uşağın onun himayəsində saxlanmasına, 03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün 250 manat aliment ödəməyə, alimentin ödənilməsinə 01 mart 2025-ci ildən başlayaraq ödəməyə razılaşmışlar. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək 01 mart 2025-ci ildən bu günə kimi alimenti ödəməmişdir. Həmişə olduğu kimi, Maraqlı şəxs bu dəfə də, verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək qərara almışdır. O, heç bir yerdə işləmir, heç bir yerdən gəliri yoxdur. Uşaq pulu verilmir, Maraqlı şəxs isə yaxşı imkanı vardır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, barışıq sazişində aliment məbləğini qaynanasının göstərişi ilə həmin məbləğdə qəbul etmişdir. Lakin mediasiya prosesində bağladıqları barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT036/2025-00219 saylı 10 mart 025-ci il tarixli barışıq sazişindən görünür ki, 10 mart 2025-ci il tarixdə Tərəflərin könüllü müraciəti əsasında nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi, uşağın saxlanılması üçün alimentin müəyyən edilməsi və uşaqla ünsiyyətdə olmaq mübahisəsi üzrə mediasiya prosesi keçirildi. Mediasiya prosesi zamanı Tərəflər 10 avqust 2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 1676 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında barışıq üçün əlavə vaxt verilmədən pozulması barədə razılığa gəldilər. Lakin Tərəflər uşağın ananın himayəsinə verilməsi, alimentin müəyyən edilməsi və uşaqla ünsiyyətdə olmaq mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər: Tərəflərin birgə uşağı 03 fevral 2021-ci il təvəllüdlü X3 anası 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 (iki yüz əlli) manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,625 misli həddində sabit məbləğdə aliment müəyyən edilir; 03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayının 01-dən sonunadək və gələn hər növbəti ayın da 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində alimenti 2-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür; 1-ci Tərəf Maraqlı şəxs uşaqla ünsiyyətdə olmaq məqsədilə 2025-ci ilin mart ayından başlayaraq, ayda iki dəfə olmaqla gələn hər növbəti ayda həftənin şənbə günü saat 10:00-da 03 fevral 2021-ci il təvəllüdlü X1 anası 2-ci Tərəf Ərizəçi təhvil alıb yaşadığı evinə aparır və ertəsi bazar günü saat 19:00-da geri qaytararaq anası 2-ci Tərəf Ərizəçi təhvil verir; Yeni İl, Noruz bayramı və uşağın ad günlərində 1-ci Tərəf Maraqlı şəxs uşaqla ünsiyyətdə olmaq məqsədilə hər Yeni İl və Novruz bayramı günü, ad günlərində isə ad günündən bir gün əvvəl saat 10:00-da 03 fevral 2021-ci il təvəllüdlü X2 anası 2-ci Tərəf Ərizəçi təhvil alıb özü ilə aparır və həmin gün saat 18:00-da geri qaytararaq anası 2-ci Tərəf Ərizəçi təhvil verir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 10 mart 2025-ci il tarixli, MŞM/MT036/2025-00219 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 (iki yüz əlli) manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,625 misli həddində sabit məbləğdə aliment müəyyən edilir; 03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayının 01dən sonunadək və gələn hər növbəti ayın da 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində alimenti 2-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 10 mart 2025-ci il tarixli, MŞM/MT036/2025-00219 nömrəli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 250 (iki yüz əlli) manat, yəni ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,625 misli həddində sabit məbləğdə aliment müəyyən edilir; 03 fevral 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin mart ayının 01dən sonunadək və gələn hər növbəti ayın da 01-dən sonunadək 250 (iki yüz əlli) manat məbləğində alimenti 2-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-1767/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1767/2025
12.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver