Məhkəmə qərarları › İş №2(050)-1802/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1802/2025

16.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1802/2025 16.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ona borcu olduğundan razılaşaraq, mediasiya qaydasında barışıq sazişi bağlamışdır. Sazişə əsasən Maraqlı şəxs 12 ay müddətində 3000 manat pulu 2024-cü ilin avqust ayından ona ödəməyə başlamalı idi. Həmin sazişdə Maraqlı şəxs öhdəlik kimi 2024-cü ilin avqust ayından başlayaraq, üzərinə öhdəlik götürərək, ona o pulu hissə-hissə verməli, yəni 12 aydan sonra onun borcu bitməli idi. Lakin müqavilə bağladıqları vaxtdan 200 manat ona pul ödəmiş və digər qalan pulu daha ödəməmişdir. Hesab edir ki, aralarında bağlanmış saziş üzrə maraqlı şəxs öhdəlikləri pozduğundan məhkəmə qaydasında təsdiq edilməlidir. Odur ki, Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və 2800 manat pulun Maraqlı şəxs alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2023-00665 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 2800 manat pulun və sazişin təsdiq edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə yoldaşı vasitəsilə tanış olmuş və yoldaşı ona borca pul vermişdir. Bir müddət borcundan ödənişlər etsə də, 2023-cü ilin mart ayından sonra ödənişlər dayanmışdır. Bu səbəbdən xx.xx.2024cü il tarixdə onunla Maraqlı şəxs arasında 3000 manat borcun qalmasına dair barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2022-ci ildə pula ehtiyacı olduğu üçün ərizəçidən ilk dəfə 1300 manat faizə borc almışdır. Daha sonra əlavə olaraq yenidən borc almış və etdiyi ödənişlər çıxılmaqla hazırda ərizəçiyə 2700 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: MŞM/MT036/2023-00665 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür: Tərəflər, Ərizəçi bildirir ki, o bir neçə müddət bundan əvvəl Maraqlı şəxs borc pul vermiş, həmin puldan 3000 (üç min) manat ona borclu qalmışdır. İş üzrə ikinci tərəf Maraqlı şəxs bildirmişdir ki, o hazırda Ərizəçi qalan 3000 manat borcu 12 ay müddətinə qaytarmağa razıdır. Tərəflər tələblər üzrə aşağıdakı şərtlər daxilində razılığa gəldilər: 1.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi borclu qaldığı 3000 (üç min) manat pulu 2024-cü ilin avqust ayından başlayaraq 12 ay müddətində Ərizəçi qaytarmasına öhdəlik götürür. 2.İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi 12 ay müddətində ödəyəcəyi 3000 manat pulu 5239 1517 5249 1731 saylı kapital bank kart hesabına ödəməsinə öhdəlik götürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iş materialları və tərəflərin məhkəmə iclasında verdikləri izahatlar nəzərə alınmaqla Ərizəçi Maraqlı şəxs qarşı xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2023-00665 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsindən imtina edilməlidir. Belə ki, tərəflərin izahatlarından da göründüyü kimi tərəflər arasında borc münasibətlərinin olması sübuta yetsə də, borc məbləği ilə bağlı mübahisə vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi : Ərizə rədd edilsin. Ərizəçi Maraqlı şəxs qarşı xx.xx.2024-cü ildə mediasiya prosesində bağlanmış MŞM/MT036/2023-00665 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsindən imtina edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar