Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1845/2023 12.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/202-MŞL 00719 saylı barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat alimentin alınıb ona verilmsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə faktiki nikaha girərək ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Bir müddət yaşadıqdan sonra ayrılmışlar. Ayrıldıqdan sonra qarşı tərəf uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılmadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Mediasıya prosesində MŞL/MT014/202-MŞL 00719 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat aliment ödəməlidir. Alimentin ödənilməsini isə hər ayın 01-də icra etməli idi. Lakin cavabdeh barışıq sazişi imzaladıqları vaxtdan aliment ödəməmişdir. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində bağladıqları MŞL/MT014/202-MŞL 00719 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamən görünür ki, Maraqlı şəxs ilə X1 nikahlarını 30 oktyabr 2006-cı ildə Masallı RİHB-nin Türkoba ərazi üzrə nümayəndəliyində 54 nömrəli qeydlə rəsmiləşdirmişlər. xx.xx.2023-cü il tarixli, MŞL/MT014/202-MŞL 00719 saylı saylı barışıq sazişində göstərilir ki, ikinci tərəf Maraqlı şəxs bu saziş imzalandıqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşağa görə 80 manat, üç uşağa görə 240 manat aliment pulun Ərizəçi ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 1-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə uşaqların atasının Maraqlı şəxs olması barədə sənəd (doğum haqqında və yə atalığın müəyyən edilməsi barədə şəhadətnamə) əlavə edilməmişdir. Qanunvericilyə görə valideynlər uşaqlarını saxlamağa borcludur. Həmin sənədlər ərizəyə əlavə edilmədiyi üçün uşaqlara görə alimentin ödənilməsi ilə bağlı bağlanmış barışıq sazinin qanunauyğun olmasını yoxlamaq mümkün deyil. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə ərizəçiyə izah edir ki, doğum haqqında və yə atalığın müəyyən edilməsi barədə şəhadətnamələri əlavə etməklə barışıq saizinin təsdiq edilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: xx.xx.2023-cü il tarixli, MŞL/MT014/202-MŞL 00719 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1845/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1845/2023
12.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver