Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1845/2025 19.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat aliment X4 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X10 ilə birgə yaşadıqları dövrdə xx.xx.2015-ci ildə X6 və xx.xx.2017-ci ildə X7 adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxslə aralarında Masallı rayon 1 saylı Mediasiya Təşkilatında barışıq sazisi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların saxlanması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, Maraqlı şəxs ilə alimentlə bağlı razılığa gəlsələrdə alimenti ödəmir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: doğum haqqında şəhadətnamələrdən görünür ki, 06 iyun 2015-ci il təvəllüdlü X2 və 09 dekabr 2017-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası Ərizəçidır. 17 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00017 saylı barışıq sazişində görünür ki, 06 iyun 2015-ci il təvəllüdlü X6 və 09 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün minimum əmək haqqının 0.25 misli məbləğində, yəni 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment müəyyən edilir. 06 iyun 2015-ci il təvəllüdlü X6 və 09 dekabr 2017-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs 2025-ci ilin yanvar ayının 20-dən 28-dək və gələn hər növbəti ayın 20-dən 28-dək 200 manat məbləğində alimenti X8 poçt vasitəsi ilə və ya onun bank kartına ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi 2025-ci ilin yanvar ayının 20-dən 28-dək və gələn hər növbəti ayın 20-dən 28dək müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq 08 may 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 17 yanvar 2025-ci il tarixli, MŞM/MT036/2025-00017 saylı barışıq sazişi təsdiq edilsin. 20 yanvar 2025-ci ildən başlayaraq 06 iyun 2015-ci il təvəllüdlü X2 və 09 dekabr 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə hər ay hər uşağa görə 100 manat (minimum əmək haqqının 0.25 misli), iki uşağa görə 200 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1845/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1845/2025
19.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver