Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1848/2023 12.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Nəsı̇ rova Səbı̇ nə Valeh qızının iştirakı ilə, Ərizəçi Nəsı̇ rova Səbı̇ nə Valeh qızının maraqlı şəxs Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğluna qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Nəsı̇ rova Səbı̇ nə Valeh qızı maraqlı şəxs Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-00142 saylı barışıq sazişinin təsdiq edilməsi, 14 may 2019-cu il təvəllüdlü Nəsı̇ rova Əsnad Zahı̇ d qızının və 01 mart 2021-ci il təvəllüdlü Nəsı̇ rov Yusif Zahı̇ d oğlunun onun yanında saxlanılması və övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə 150 (bir yüz əlli), iki uşaqa görə 300 (üç yüz) manat aliment pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ailə həyatı qurduğu dövrdə 14 may 2019-cu il təvəllüdlü Nəsı̇ rova Əsnad Zahı̇ d qızı və 01 mart 2021-ci il təvəllüdlü Nəsı̇ rov Yusif Zahı̇ d oğlu adlı iki övladları olmuşdur. Ayrıldıqdan sonra uşaqlar onun yanında saxlanılmışdır. O, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-00142 saylı barışıq sazişi imzalamışdır. Barışıq sazişinə görə Maraqlı şəxs övladları 14 may 2019-cu il təvəllüdlü Nəsı̇ rova Əsnad Zahı̇ d qızının və 01 mart 2021-ci il təvəllüdlü Nəsı̇ rov Yusif Zahı̇ d oğlunun onun yanında saxlanılmasına razılıq vermiş və övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər birinə 150 (bir yüz əlli) manat, iki uşaqa görə 300 (üç yüz) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2023-cü ildə mediasiya prosesində MŞL/MT 014/2023-00142 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Nəsı̇ rova Səbı̇ nə Valeh qızı məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğlu ilə Paşayeva Səbı̇ nə Valeh qızı arasında 30 avqust 2018-ci il tarixdə Masallı regional ASAN Xidmət mərkəzində Qeydiyyat şöbəsində 495 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Nəsı̇ rova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Nəsı̇ rova Əsnad Zahı̇ d qızı 14 may 2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğlu, anası Nəsı̇ rova Səbı̇ nə Valeh qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Nəsı̇ rov Yusif Zahı̇ d oğlu 01 mart 2021-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğlu, anası Nəsı̇ rova Səbı̇ nə Valeh qızıdır. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli, MŞL/MT 014/2023-00142 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Nəsı̇ rova Səbı̇ nə Valeh qızı (ikinci tərəf) Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğludur. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2019-ci il təvəllüdla X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 ananları yəni birinci tərəf Ərizəçi yanında saxlanılmasına razılıq vermişdir. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra xx.xx.2019-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 hər ay yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 (bir yüz ǝlli) manat yəni iki uşaqa görə 300 (üç yüz) manat aliment pulunu ödəməsinə öhdəlik götürmüşdür. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra birinci tərəf yəni Ərizəçi aid olan cehiz əmlakını və qızıl zinət əşyalarını geri qaytarmasına öhdəlik götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 03 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 21 fevral 2023-cü il tarixli, MŞL/MT 014/2023-00142 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 mart 2023-cü ildən başlayaraq Nəsı̇ rov Zahı̇ d Əlı̇ yar oğlundan 14 may 2019-cu il təvəllüdlü Nəsı̇ rova Əsnad Zahı̇ d qızının və 01 mart 2021-ci il təvəllüdlü Nəsı̇ rov Yusif Zahı̇ d oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Nəsı̇ rova Səbı̇ nə Valeh qızına verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1848/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1848/2023
12.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver