Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1851/2023 12.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, Ərizəçi Mustafayeva Aybənı̇ z Şahı̇ n qızının maraqlı şəxs Qasımov Samı̇ r Arzuman oğluna qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Mustafayeva Aybənı̇ z Şahı̇ n qızı maraqlı şəxs Qasımov Samı̇ r Arzuman oğluna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya qrumu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 olğlunun yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşağa sabit pul məbləğində 80 (səksən) manat olmaqla, iki uşağa 160 (yüz altımış) manat aliment pulunun onun xeyrinə Maraqlı şəxs tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh əri Maraqlı şəxs ilə el adəti qaydasında toy etdirməklə ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikahları olmamışdır. Ər-arvad yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Yaşadıqları müddət ərzində xx.xx.2016-cı ildə X3 və xx.xx.2018-ci ildə X4 adlı iki nəfər uşaqları olmuşdur. Cavabdeh ərinin təqsiri üzündən ayrılmışlar. Uşaqlar onun himayəsində saxlanılmışdır. Ayrıldıqları vaxt Maraqlı şəxs ilə alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Lakin sonradan Maraqlı şəxs arasında olan razılıq pozduğundan aliment taləbi ilə bağlı Mediasiya qrumuna müraciət etmişdir. Mediasiya prosesi zamanı Maraqlı şəxs aralarında barışıq sazişi imzalanmışdır. Bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşaqların yetkinlik yaşınaq çatana kimi saxlanılmaları üçün bir uşağa görə 80 manat olmaqla cəmi 160 manat aliment ödəməyə, alimentin ödənilməsinə hər ayın 01də başlanılaraq ödəməyə razılaşmışdır. Lakin Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bu günə kimi alimenti ödəməmişdir. Həmişə olduğu kimi cavabdeh bu dəfədə verdiyi sözə əməl etməyərək barışıq sazişinin şərtlərini yerinə yetirməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyi qərara almışdır. O, azyaşlı uşaqlara görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəlir yoxdur. İki nəfər azyaşlı uşaqları maddi cəhətdən təmin edə bilmir. Cavabdeh bir ata kimi uşaqlarına baxmağa onlara qayğı göstərməyə onların maddi tələbatları təmin etməyə borcludur. Bu qanunun tələblərindən biridir. Odur ki, bütün sadalanlar nəzərə alınaraq məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X3 23 aprel 2016-cı ildə Rusiya Federasiyasında anadan olmuşdur. Atası Qasımov Samı̇ r Arzuman oğlu, anası Mustafayeva Aybənı̇ z Şahı̇ n qızıdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Qasımov Samı̇ r Arzuman oğlu xx.xx.2016-cı il tarixdə Mustafayeva Aybənı̇ z Şahı̇ n qızından doğulmuş X1 atası hesab edilmiş və xx.xx.2016-cı ildə 4051 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 06 iyul 2018-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Qasımov Samı̇ r Arzuman oğlu, anası Mustafayeva Aybənı̇ z Şahı̇ n qızıdır. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Qasımov Samı̇ r Arzuman oğlu xx.xx.2018-ci il tarixdə Mustafayeva Aybənı̇ z Şahı̇ n qızından doğulmuş X2 atası hesab edilmiş və xx.xx.2018-ci ildə 304 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL 00999 nömrəli Barışıq Sazişindən görünür ki, tərəflər (birinci tərəf) Mustafayeva Aybənı̇ z Şahı̇ n qızı (ikinci tərəf) Qasımov Samı̇ r Arzuman oğludur. İkinci tərəf Qasımov Samı̇ r Arzuman oğlu Saziş imzalandıqdan sonra 23 aprel 2016-cı il təvəllüdlü X1 və 06 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 manat, iki uşağa görə 160 manat aliment pulunu Mustafayeva Aybənı̇ z Şahı̇ n qızına ödəməyi öhdəsinə götürmüşdür. Alimentin köçürülməsi hər ayın 01-də, gün ərzində nağd qaydada köçürmə yolu ilə, poçt və va bank vasitəsi ilə ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 01-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 03 may 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 335-ci və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: 25 aprel 2023-cü il tarixli, MŞL/MT014/2023-/MŞL 00999 nömrəli barışıq sazişi təsdiq edilsin. 01 may 2023-cü ildən başlayaraq Qasımov Samı̇ r Arzuman oğlundan 23 aprel 2016cı il təvəllüdlü X1 və 06 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq Mustafayeva Aybənı̇ z Şahı̇ n qızına verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1851/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1851/2023
12.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver