Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1853/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri 1951-ci ildə doğulmuş X3 04 fevral 2004-cü il ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, əri X5 04 fevral 2004-cü ildə ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, bu səbəbdən də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum ərinin meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X2 onun həyat yoldaşının əmisi oğlu olmuşdur, həmçinin onlarla qonşudurlar. Seyidəzim 04 fevral 2004-cü il ildə vəfat etmişdir. Mərhum X1 rayonu, Şatıroba kənd qəbirstanlığında dəfn edilmişdir. Onun yas mərasimlərində iştrak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X2 onun həyat yoldaşının əmisi oğlu olmuşdur, həmçinin onlarla qonşudurlar. Seyidəzim 04 fevral 2004-cü il ildə vəfat etmişdir. Mərhum X1 rayonu, Şatıroba kənd qəbirstanlığında dəfn edilmişdir. Onun yas mərasimlərində iştrak etmişdir. İş materiallarına əlavə edilmiş: Nikah haqqında arayışdan görünür ki, X5 ilə X9 nikahlarını 30 noyabr 1973-cü ildə Masallı rayon Türkoba kənd ərazi nümayəndəliyində 31 nömrləi qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Fəttayev (a) soyadı verilmişdir. Masallı RİHB-nın Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 may 2024-cü il tarixli, 248 saylı arayışından görünür ki, X5 04 fevral 2004-cü il tarixdə vəfat etmiş və Türkoba ərazisinin Şatıroba kənd qəbirstanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 18-1-60/2-769/2024 saylı məktubdan görünür ki, X5 barəsində “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə ölüm aktı üçün müraciət daxil olmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ərizəçi vəfat etmiş əri X4 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tibbi sənəd təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş qəbirdaşının fotoşəkillərindən görünür ki, qəbirin baş daşının aşağı hissəsində kvadrat formalı qara rəngli boya ilə fərqləndirilmiş hissəsində ərəb sözləri qeyd edilmiş, onun alt hissəsində Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə “X7” oğlu sözləri qeyd edilmiş, alt hissədə şəxsin anadan olduğu və öldüyü tarixləri göstərən 3 Xİİ 1951-2004 rəqəmləri yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən olunur ki, X5 1951-ci ildə doğulmuş, 04 fevral 2004cü ildə vəfat etmiş, Masallı rayonu, Şatıroba kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın ölümün qeydə alınmasının 8.1 və 8.2.-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat orqanı, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Həmin Qaydanın 8.5.-ci maddəsinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.8.-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 04 fevral 2004-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, bu iş materialları, habelə ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetrilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 04 fevral 2004-cü il tarixdə ölmüş X3 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1951-ci ildə doğulmuş X3 04 fevral 2004-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1853/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1853/2024
27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver