Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1854/2023 24.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2dan və Cavabdeh3 1200 manat dəyərində şifoner, termo, taxt, 2 ədəd tumbadan ibarət yataq dəstinin, 100 manat dəyərində 2 servant və kamotdan ibarət qonaq dəstinin, 300 manat dəyərində 1 ədəd televizor altlığının, 500 manat dəyərində 12 dəst servis qablarının, 500 manat dəyərndə 60 dəst servant qablarının, 700 manat dəyərində 1 ədəd qabyuyan maşının, 700 manat dəyərində 1 ədəd soyuducunun, 300 manat dəyərində 1 ədəd xəmiredən maşının, 100 manat dəyərində 2 dəst qazanın, 500 manat dəyərində 1 ədəd stolun, 300 manat dəyərində 8 ədəd stulun, 600 manat dəyərndə 2 dəst divan-kreslonun, 300 manat dəyərində 3 ədəd xalçanın, 700 manat dəyərində 6 ədəd pərdənin, 800 manat dəyərində mətbəx mebelinin, 100 manat dəyərində 1 stol, 6 stul dəstinin, 400 manat dəyərində 2 ədəd elektrik sobasının, 200 manat dəyərində 1 ədəd aspiratorun, 100 manat dəyərində 1 ədəd qaz peçinin, 100 manat dəyərində 1 ədəd yelləncəyin, 300 manat dəyərində 3 ədəd yorğanın, 300 manat dəyərində 3 ədəd döşəyin, 100 manat dəyərində 8 ədəd balışın, 50 manat dəyərində 10 ədəd nalçanın, 50 manat dəyərində 1 ədəd krosna tavasından ibarət əşyaların və ya onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərdən Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2013-cü ildə el adəti üzrə toy edərək faktiki ailə həyatı qurmuşlar. Nikahılarını isə 25 oktyabr 2014-cü il tarixdə Masallı rayon İHB-nın Təzə Alvadı kənd ərazi nümayəndəliyində rəsmi qeyd etdirmişlər. Nikalarından 13 noyabr 2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Ailə qurarkən Cavabdeh1 valideynləri olan digər cavabdehlər Cavabdeh2la Cavabdeh3 məxsus Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evə gəlin köçmüş və cehiz əşyalarını da onların razılığı ilə həmin evə yerləşdirmişdir. Yeddi ildən sonra başqa mənzilə köçmüşlər. Cavabdeh1 cari ilin mart ayının 23-də evi tərk etmiş və həmin vaxtdan da ayrı yaşayırlar. Cehiz əmlakları - 1200 manat dəyərində şifoner, termo, taxt, 2 ədəd tumbadan ibarət yataq dəsti, 100 manat dəyərində 2 servant və kamotdan ibarət qonaq dəsti, 300 manat dəyərində 1 ədəd televizor altlığı, 500 manat dəyərində 12 dəst servis qabları, 500 manat dəyərndə 60 dəst servant qabları, 700 manat dəyərində 1 ədəd qabyuyan maşın, 700 manat dəyərində 1 ədəd soyuducu, 300 manat dəyərində 1 ədəd xəmiredən maşın, 100 manat dəyərində 2 dəst qazan, 500 manat dəyərində 1 ədəd stol, 300 manat dəyərində 8 ədəd stul, 600 manat dəyərndə 2 dəst divan-kreslo, 300 manat dəyərində 3 ədəd xalça, 700 manat dəyərində 6 ədəd pərdə, 800 manat dəyərində mətbəx mebeli, 100 manat dəyərində 1 stol, 6 stul dəsti, 400 manat dəyərində 2 ədəd elektrik sobası, 200 manat dəyərində 1 ədəd aspirator, 100 manat dəyərində 1 ədəd qaz peçi, 100 manat dəyərində 1 ədəd yelləncək, 300 manat dəyərində 3 ədəd yorğan, 300 manat dəyərində 3 ədəd döşək, 100 manat dəyərində 8 ədəd balış, 50 manat dəyərində 10 ədəd nalça, 50 manat dəyərində 1 ədəd krosna tavasından ibarət əşyaları cavabdehlərə məxsus Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evində qalmış və həmin əşyaları tələb etsə də, əşyaları ona verilməmişdir. Odur ki, həmin əmlakların və ya onların dəyərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə, “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2-ci maddələrinə istinad etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər tələb edilən əşyların cehiz əmlak kimi gətirilməsini təsdiq edirlər. Lakin Cavabdeh1 gətirilmiş cehiz əşyalardan bir ədəd yelləncək və bir ədəd krosna tavasından başqa digər əşyaların 2021-ci ildə ərarvadın vaxtı ilə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə aparılmasını və əmlakların həmin mənzildə olmasını bildirmişdir. Cavabdeh sübut etməlidir ki, əmlaklar aparılmışdır. Həmin mənzildə iddiaçıya gəlin köçərkən verilmiş cehiz əmlak yoxdur. Bundan başqa, cavabdehlərdən Cavabdeh2 bildirmişdir ki, o, demişdir ki, iddiaçıya məxsus cehiz əmlakları hamara tökəcək. Əgər həqiqətən də iddiaçıya məxsus cehiz əmlaklar cavabdehlərə aid fərdi yaşayış evində yox idisə, olmayan əmlak hamara tökülə bilməzdi. Həmçinin, əvvəlki məhkəmə iclasında iddiaçı şəxsən məhkəmə iclasında iştirak edərkən video görüntüyə baxış keçirərilən zaman o, cavabdehlərə aid fərdi yaşayış evində olan görüntüdəki əşyaların (televizordan başqa) ona aid olduğunu bildirmişdir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehlərə aid fərdi yaşayış evində olan görüntüdəki əşyalar (televizordan başqa) ona aiddir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, tələb edilən cehiz əmlakların hamsı gətirilmişdir. Həmin əşyalar Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evinə yerləşdirilmişdir. Bir müddət iddiaçı ilə həmin evdə, sonradan isə Abşeron rayonu, Xırdalan şəhərində yaşamışlar. 2021-ci ildə cehiz əmlakları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə aparmışlar və əmlaklar həmin mənzildədir. Cehiz əmlaklar əmioğlusu Elnur adlı şəxsin maşını ilə aparılmışdır. Cehiz əşyalardan atasına məxsus evdə yalnız yelləncək və krosna tavası qalmışdır. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçının ona məxsus Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evində cehiz əşyaları yoxdur. Cehiz əşyalar Abşeron rayonu, Xırdalan şəhərinə aparılmışdır. O, Masallı regional “ASAN xidmət” mərkəzində Vəkil demişdir ki, ər-arvadın boşanmasından sonra gəlinin cehiz əmlaklarını hamara tökəcəkdir. O, həmin sözləri deyərkən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən cehiz əmlakları nəzərdə tutmuşdur. Sonda Cavabdeh2 ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, məhkəmə proses iştitakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 25 oktyabr 2014-cü il tarixdə Masallı rayon Təzə Alvadı kənd ərazi nümayəndəliyində 61 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əhədov (a) soyadı verilmişdir. 2(050)-1853/2023-cü il tarixli mülki işə aid sənədlərdən görünür ki, icraatda İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və aliment tələbi barədə mülki iş var. Masallı Rayon Məhkəməsinin 16(050)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Masallı rayonu, Əhmədli kəndində yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları evdə ərizəçi İddiaçı məxsus iddia ərizəsində qeyd olunmuş əmlakların siyahıya alınması və cavabadehlər tərəfindən mübahisə predmeti olan həmin əmlakların üzərində sərəncam verilməsi qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və icrasının Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmurları X3, X5, borclular Cavabdeh1 və Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Masallı rayonu, Əhmədli kəndində yerləşən fərdi yaşayış evində olan birinci otaqda -1 ədəd yataq dəsti, şifoner, termo, ikinci otaqda - 2 kravat, 1 servant, 1 şkaf, 1 jurnalni stol, 1 güzgülü termo, üçüncü otaqda - 1 ədəd güzgülü ağ termo, 1 ədəd paltar şkafı, 2 tumba, 1 ədəd taxt, 1 ədəd televizor altlığı, 1 ədəd şüşəli servant, 1 ədəd xalça, 2 ədəd döşək, 4 ədəd balış, 1 ədəd pərdə, dəhlizdə - 1 ədəd stol, 6 ədəd stul, 1 divan, 2 kreslo, 1 ədəd jurnal stolu, 1 ədəd ağ şüşədə servant içi qablar, 1 ədəd güzgülü termo, 1 ədəd qaz peçi, 1 ədəd televizor, 1 ədəd musiqi mərkəzi, 1 ədəd krosno tavası və 1 ədəd yelləncəkdən ibarət əmlaklar siyahıya alınmışdır. Borclu Cavabdeh2 evdə olan əmlaklardan 1 ədəd yelləncək və 1 ədəd krosno tavasından başqa bütün əmlakların ona məxsus olmasını bildirmişdir. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, iddia ərizəsində göstərilən əmlaklar cehiz kimi gətirilmişdir. Sonradan Xırdalan şəhərinə aparılmışdır. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən 16(050)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın icrası ilə bağlı cavabdehlərə məxsus fərdi yaşayış evinə gedilmiş, icra işi ilə bağlı çəkiliş aparılmış və həmin çəkilişi əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci madəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahibliyindən məhrum olmuş iddiaçının cavabdehə yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir.
1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir.
2. Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır;
3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə tələb edilən əmlaklar ilə bağlı bildirir ki, tələb edilən əşyaların cehiz əşyalar kimi iddiaçıya verilməsi və onun gəlin köçdüyü Masallı rayonu, Əhmədli kəndində yerləşən cavabdehlərə aid fərdi yaşayış evinə yerləşdirilməsi mübahisə predmeti deyil. Cavabdehlər də etiraf edirlər ki, tələb edilən cehiz əmlaklar ər-arvadın ilk əvvəllər yaşadıqları Masallı rayonu, Əhmədli kəndində yerləşən cavabdehlərə aid fərdi yaşayış evinə gətirilmişdir. Tərəflər arasında mübahisə ondan ibarətdir ki, cavabdehlər iddia edirlər ki, həmin cehiz əmlaklar (1 ədəd yelləncək və 1 ədəd krosno tavasından başqa) 2021-ci ildə sonradan yaşadıqları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə aparılmışdır və əmlaklar hazırdada da həmin mənzildədir. İddiaçı isə iddia edir ki, cehiz əmlakları sonradan yaşadıqları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzilə aparılmamışdır və gəlin köçdüyü Masallı rayonu, Əhmədli kəndində yerləşən cavabdehlərə aid fərdi yaşayış evindədir. Sübutların bölgüsü baxımından cavabdehlər sübut etməlidirlər ki, arvadın gəlin köçərkən gətirilmiş və Masallı rayonu, Əhmədli kəndində yerləşən cavabdehlərə aid fərdi yaşayış evinə yerləşdirilmiş cehiz əşyaları sonradan Abşeron rayonu, Xırdalan şəhərinə aparılmışdır. Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, iddia ərizəsində göstərilən əmlaklar cehiz kimi gətirilmişdir. Sonradan Xırdalan şəhərinə aparılmışdır. Cavabdehlər qeyd edilən hal ilə bağlı məhkəməyə sübut təqdim etməmişlər və həmin hal onlar tərəfindən sübuta yetirlməmişdir. İşin araşdırılması zamanı əgər həqiqətən də aparılmışdırsa əmlakların hansı sürücü vasitəsi ilə aparılması araşdırılmış, cavabdeh əmlakların əmisioğlu Elnur adlı şəxsin maşını ilə aparılmasını bildirmiş, lakin həmin şəxsin şahid qismində dindirilməsi üçün vəsatət verməmiş, istinad etdiyi halı isə sübuta yetirə bilməmişdir. Halbuki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bundan başqa, Masallı Rayon Məhkəməsinin 16(050)-43/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icra işi ilə bağlı icra məmuru tərəfindən çəkiliş aparılmış və həmin çəkilişi əks etdirən CD disk məhkəməyə təqdim edilmişdir. CD diskə məhkəmə iclasında baxış keçirilmiş və iddiaçı cavabdehlərə aid fərdi yaşayış evində olan görüntüdəki əşyaların (televizordan başqa) ona aid olmasını bildirmişdir. Bundan başqa, cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, “o, Masallı regional “ASAN xidmət” mərkəzində Vəkil demişdir ki, ər-arvadın boşanmasından sonra gəlinin cehiz əmlaklarını hamara tökəcəkdir. O, həmin sözləri deyərkən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən cehiz əmlakları nəzərdə tutmuşdur.” Məhkəmə hesab edir ki, həmin sözləri deyərkən cavabdeh ona aid olan fərdi yaşayış evində yerləşən cehiz əmlakları nəzərdə tutmuşdur. Əgər həqiqətən də cehiz əmlaklar Abşeron rayonu, Xırdalan şəhərində olan mənzildə idisə, cavabdeh (qaynata) tərəfindən başqasına məxsus və başqa mənzildə yerləşən cehiz əşyaların hamara tökülə bilməsinin mümkünlüyü inandırıcı deyil. X4 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 1200 manat dəyərində şifoner, termo, taxt, 2 ədəd tumbadan ibarət yataq dəsti, 100 manat dəyərində 2 servant və kamotdan ibarət qonaq dəsti, 300 manat dəyərində 1 ədəd televizor altlığı, 500 manat dəyərində 12 dəst servis qabları, 500 manat dəyərndə 60 dəst servant qabları, 700 manat dəyərində 1 ədəd qabyuyan maşın, 700 manat dəyərində 1 ədəd soyuducu, 300 manat dəyərində 1 ədəd xəmiredən maşın, 100 manat dəyərində 2 dəst qazan, 500 manat dəyərində 1 ədəd stol, 300 manat dəyərində 8 ədəd stul, 600 manat dəyərndə 2 dəst divan-kreslo, 300 manat dəyərində 3 ədəd xalça, 700 manat dəyərində 6 ədəd pərdə, 800 manat dəyərində mətbəx mebeli, 100 manat dəyərində 1 stol, 6 stul dəsti, 400 manat dəyərində 2 ədəd elektrik sobası, 200 manat dəyərində 1 ədəd aspirator, 100 manat dəyərində 1 ədəd qaz peçi, 100 manat dəyərində 1 ədəd yelləncək, 300 manat dəyərində 3 ədəd yorğan, 300 manat dəyərində 3 ədəd döşək, 100 manat dəyərində 8 ədəd balış, 50 manat dəyərində 10 ədəd nalçan, 50 manat dəyərində 1 ədəd krosna tavasından ibarət əşyalar və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyəri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Ceyhun Quliyev