Məhkəmə qərarları › İş №2(050)-1854/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1854/2024

29.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1854/2024 29.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 09 mart 2024-cü ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2023/2023-00212 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs birgə nikahlarından olan uşaqlarıxx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay cəmi 420 manat onun xeyrinə aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 2009-cu ilin avqust ayında el adəti üzrə ailə həyatı qurmuşlar. Nikahlarını sonradan rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 ibarət üç uşaqları olmuşdur. Əvəllər mehriban olsalar da, sonradan aralarında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Maraqlı şəxs ilə nikah qeydləri pozulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(050)- 602/2017 saylı qətnaməsinə əsasən uşaqların saxlanılması üçün Maraqlı şəxs 270 manat aliment tutulması qət edilmişdir. Həmin məbləğ uşaqların saxlanılması üçün yetərli olmadığından bununla bağlı Mediasiya Şurasına müraciət etmişdir. Maraqlı şəxs ilə 09 mart 2024-cü ildə mediasiya prosesində MŞM/MT036/2023/2023-00212 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə birgə nikahlarından anadan olmuş yuxarıda adıçəkilən uşaqların yetkinlik yaşma çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay məhkəmə tərəfindən müəyyən edilmiş 270 manat və mediasiya posesi zamanı müəyyən edilmiş 150 manat, cəmi 420 manat alimenti ona ödəməli, alimentin köçürülməsi mart ayından başlayaraq ödənilməli idi. Lakin Maraqlı şəxs barışıq sazişini cari ilin mart ayının 9-da imzalamasına baxmayaraq həmin sazişin şərtlərinə əməl etməmişdir. Odur ki, Maraqlı şəxs ilə 09 mart 2024-cü ildə mediasiya prosesində bağladıqları MŞM/MT036/2023/2023-00212 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçin məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: MŞM/MT036/2023-00212 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişində göstərilir ki, Maraqlı şəxs bu sazişi imzalamaqla Ərizəçi ilə birgə nikahdan olan uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay cəmi 420 manat Ərizəçi ödəməyi öhdəlik götürmüşdür. Doğum haqqında arayışların surətindən görünür ki, xx.xx.2010-cu ildə X6, xx.xx.2014-cu ildə X8 və xx.xx.2020-ci ildə X9 anadan olmuşdur. Uşaqların atası Maraqlı şəxs, anası Ərizəçidır. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ay yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün 420 manat aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 20 may 2024-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. MŞM/MT036/2023-00212 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 420 manat pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 09 mart 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar