Məhkəmə qərarları › İş №2(050)-190/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-190/2024

09.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-190/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evində olan əmlaklarının naturada alınıb ona verilməsi və ya ümumi dəyəri olan 23912 (iyirmi üç min doqquz yüz on iki) manat pulun və məhkəmə rüsumu kimi ödənilmiş 162 (bir yüz altmış iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Masallı rayonu Təzə Alvadı kənd sakini Cavabdeh ilə 2016-cı il tarixində ailə qurmuş və qaynatası Masallı rayonu Təzə Alvadı kənd sakini Məmmədov Gülhəsən Vəkil oğlunun evinə gəlin köçmüş və birgə yaşadıqları dövürdə həmin həyətdə valideyinlərinin köməkliyi ilə 2017-ci ildə 0,16 ha torpaq sahəsində 2 mərtəbəli, 8 otaqlı 2 zal evi özü üçün inşa etmiş və 2019-cu il tarixində öz tikdikləri evinə cehiz əmlakı yığılmışdır və həmin evdə yaşamağa davam etmişlər. Yaşadıqları dövrdə övladı olmadığından evində cavabdeh mütəmadi dava-dalaş edirdi və 1 avqust 2023-cü il tarixində onu döyüb yaşadığı evindən çölə atmış və evə buraxmır. Halhazırda evdə yaşamaq hüququnun pozulması ilə bağlı cehiz əmlakının sahibliyini itirmişdir. Dəfələrlə cəhd etsə də, Cavabdeh Güləsən oğlu onu evinə buraxmır. Evi tikəndə atası 1000 manat pul vermişdir ki, qızı əziyyət çəkməsin. Qeyd edilən pulu da ona verməlidir. O, məcbur qalaraq mülkü qaydada Masallı rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Beləliklə cavabdehin evində olan cehiz əmlakları televizor 1 ədəd-1500 manat, soyuducu 1 ədəd-500 manat, paltaryuyan maşın 6 kq 1 ədəd 1000 manat, qaz peçi 1 ədəd-500 manat, aspirator 1 ədəd-200 manat, tozsoran 1 ədəd 150 manat, ət çəkən maşın 1 ədəd- 120 manat, şirə çəkən maşın 1 ədəd-100 manat, mikser 1 ədəd-30 manat, nlender 1 ədəd-30 manat, iran peçi 1 ədəd-200 manat, mikranofka 1 ədəd 200 manat, vintiliyator 1 ədəd-40 manat, qızdırıcı 1 ədəd-30 manat, yemək bişirən peç-150 manat, şfaner 1 ədəd stol 6 ədəd stul, termo 1 ədəd balaca, servant 2 ədəd, taxt 1 ədəd, tumbalar 2 ədəd, televizor altdığı 1 ədəd, künc oturacağlı dəst, təknəfərlik divan 1 ədəd, yazı mizi 1 ədəd ümumi dəyəri 6000 manat, mətbəx mebel-1700 manat, dufobqa 1 ədəd-200 manat, lüstür 3 ədəd-400 manat, karniz 7 ədəd-100 manat, pərdə 7 ədəd-300 manat, sandıq 1 ədəd-50 manat, dəvə yunundan yorğan 2 ədəd-100 manat, sindifon yorğan 2 ədəd-50 manat, ədyal 3 ədəd-100 manat, yorğan-döşəy 6 ədəd-300 manat, balış 13 ədəd-300 manat, nalça 30 ədəd-300 manat, çay dəsmalı 17 ədəd-25 manat, dəsmal 20 ədəd-100 manat, böyük dəst dəsmal 5 ədəd-75 manat, süfrə 7 ədəd-40 manat, xalça 5 ədəd-1000 manat, taxt örtüyü gəlinlik 1 ədəd-50 manat, taxt dəst 5 ədəd-150 manat, tək adamlıq dəst 2 ədəd-50 manat, qaşıq 50 ədəd, çay qaşıqı 24 ədəd, çəngəl 50 ədəd-200 manat, pıçaq naboru 1 ədəd-45 manat, pıçaq 12 ədəd-20 manat, çömçə naboru-20 manat, tefal qazan 2 dəst-360 manat, nikilli qazan naboru 1 dəst-180 manat, çuqun qazan naboru 2 dəst-80 manat, tefal qazan 1 ədəd-32 manat, tökmə qazan 2 ədəd-60 manat, tökmə tava 1 ədəd- 30 manat, çuqun ləyən 2 ədəd-60 manat, çuqun vedrə 2 ədəd-40 manat, dəmir vedrə 2 ədəd-10 manat, yekə teşt 3 ədəd-150 manat, qorapalan 2 ədəd-20 manat, nikilli ləyən 3 ədəd-45 manat, kalçuk ləyən 1 ədəd-10 manat, oxloy 2 ədəd-5 manat, yuxa yayan 2 ədəd-10 manat, xörək bakı 2 ədəd-15 manat, pol silən 1 ədəd-20 manat, xörək sinisi 36 ədəd, sos sinisi 24 ədəd, kasa 36 ədəd, böyük boşqab 24 ədəd, balaca boşqab 24 ədəd, bulud 4 ədəd, salat qabı 24 ədəd, maskura 12 ədəd-200 manat, tort qabı 3 ədəd-60 manat, xurustal meyvə qabı 4 ədəd-300 manat, xurustal konfet qabı 4 ədəd-30 manat, qənd qabı ağzı qapaqlı 1 ədəd-30 manat, qapaqsız qənd qabı 12 ədəd-30 manat, qızıl rəngdə konfet qabı 4 ədəd-60 manat, şirniyyat qabı 4 ədəd-2 manat, sok iskanı 29 ədəd- 20 manat, stəkan nəlbəki-100 manat, quruşqa 12 ədəd-50 manat, düdülü qəfadan-40 manat, çuqun qəfadan 2 ədəd-50 manat, üst-üstə qəfədan 2 ədəd-70 manat, şüşə çaynik 3 ədəd-20 manat, şüşə çaynik 3 ədəd-20 manat, samavar 1 ədəd-100 manat, su qabı 2 ədəd-20 manat, mürəbbə qabı 12 ədəd-15 manat, rumka 6 ədəd-50 manat, su qabı 6 balası 2 dəst-100 manat, abedni serviz-300 manat, xurusdal güldan 1 ədəd-50 manat, evin tikilməsinə verdiyi pul 1000 manat, qaz balonu-35 manat, ütü-50 manat, ütü mizi-50 manat, paltar asan-50 manat, ümumi dəyəri 20862 manat. Qızıl əmlakı sep 1 ədəd 20 qram 583 əyar-1700 manat, üzük sadə 9 qram əyar 583-700 manat, sırqa İtaliyan 6 qram əyar 750, 650 manat, ümumi dəyəri 3050 manat, cəmi dəyər 23912 manat. Qeyd edilən əmlakların və ya dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahatında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı şəhəri “Almaz” qızıl dükanının direktoru fiziki şəxs X4 tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının hazırki bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair rəydə iddiaçıya məxsus qızıllar bu qaydada dəyərləndirilmişdir: 1 ədəd 583 əyarlı 20 qramlıq sep-1700 manat, 1 ədəd 583 əyarlı 9 qramlıq üzük sadə-700 manat, 1 ədəd 750 əyarlı 6 qramlıq üzük 1 cüt-650 manat olmaqla, cəmi dəyərləri 3050 manat. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3- cü bəndinə görə Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normasının mənasına görə göstərilən tələbin qanuni və əsaslı olması üçün şəxsin tələb etdiyi əmlakın onun mülkiyyətində olduğu və hazırda həmin əmlakın özgəsinin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, cehiz əmlakı və qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. Məhkəmə qeyd edir ki, 1ci hal tam sübüt olunur. Belə ki, iddiaçının tələb etdiyi cehiz əmlakın və qızıl əşyaların mövcudluğu mülki işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh həmin qızılların iddiaçıya hədiyyə kimi alındığını etiraf edir. 2-ci hal isə ümumiyyətlə mübahisə predmeti deyil. Belə ki, qızılların mövcudluğu təsdiqini tapdığı kimi, onların iddiaçıya məxsus olması da işin mübahisəsiz halıdır. 3-cü hala münasibətdə isə qeyd edilməlidir ki, qızıl əşyalar iddiaçıdan alınaraq cavabdehin sahibliyinə keçmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, mübahisəli qızıl əşyalar iddiaçıya hədiyyə edilmişdir. İşin halları onu deməyə əsas verir ki, mübahisəli qızıl əşyalar Cavabdeh qanunsuz sahibliyində olmuşdur. Odur ki, iddia tələbi Cavabdeh münasibətdə təmin edilməlidir. İddia tələbi evin tikilməsinə verilmiş 1000 manat pul tələbi hissədə evə dair sənəd təqdim edilmədiyi, həmçinin evin tərəflərin özlərinin yaşaması üçün tikildiyi nəzərə alınmaqla pul verilməsinə dair sübut təqdim edilmədiyi və digər hissələrdə sübut olunmadığı üçün, həmçinin cehiz əmlaklarının bəzilərinin istifadə edildiyindən mövcudluğu müəyyən edilmədiyi hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 199.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman İddiaçı tərəfindən ödənilmiş 162 (bir yüz altmış iki) manat məbləğində dövlət rüsumuda Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh televizor 1 ədəd və ya dəyəri 1500 manat, soyuducu 1 ədəd və ya dəyəri 500 manat, paltaryuyan maşın 6 kq 1 ədəd və ya dəyəri 1000 manat, qaz peçi 1 ədəd və ya dəyəri 500 manat, aspirator 1 ədəd və ya dəyəri 200 manat, tozsoran 1 ədəd və ya dəyəri 150 manat, ət çəkən maşın 1 ədəd və ya dəyəri 120 manat, şirə çəkən maşın 1 ədəd və ya dəyəri 100 manat, mikser 1 ədəd və ya dəyəri 30 manat, blender 1 ədəd və ya dəyəri 30 manat, iran peçi 1 ədəd və ya dəyəri 200 manat, mikranofka 1 ədəd və ya dəyəri 200 manat, vintiliyator 1 ədəd və ya dəyəri 40 manat, qızdırıcı 1 ədəd və ya dəyəri 30 manat, yemək bişirən peç və ya dəyəri 150 manat, şfaner 1 ədəd, stol 6 ədəd stul, termo 1 ədəd balaca, servant 2 ədəd, taxt 1 ədəd, tumbalar 2 ədəd, televizor altdığı 1 ədəd, künc oturacağlı dəsti, təknəfərlik divan 1 ədəd, yazı mizi 1 ədəd və ya onların dəyəri 6000 manat, mətbəx mebel və ya dəyəri 1700 manat, dufobqa 1 ədəd və ya dəyəri 200 manat, lüstür 3 ədəd və ya dəyəri 400 manat, karniz 7 ədəd və ya dəyəri 100 manat, pərdə 7 dəst və ya dəyəri 300 manat, sandıq 1 ədəd və ya dəyəri 50 manat, dəvə yunundan yorğan 2 ədəd və ya dəyəri 100 manat, sindifon yorğan 2 ədəd və ya dəyəri 50 manat, ədyal 3 ədəd və ya dəyəri 100 manat, yorğan-döşəy 6 ədəd və ya dəyəri 300 manat, balış 13 ədəd və ya dəyəri 300 manat, nalça 30 ədəd və ya dəyəri 300 manat, çay dəsmalı 17 ədəd və ya dəyəri 25 manat, dəsmal 20 ədəd və ya dəyəri 100 manat, böyük dəst dəsmal 5 ədəd və ya dəyəri 75 manat, süfrə 7 ədəd və ya dəyəri 40 manat, xalça 5 ədəd və ya dəyəri 1000 manat, taxt örtüyü gəlinlik 1 ədəd və ya dəyəri 50 manat, taxt dəst 5 ədəd və ya dəyəri 150 manat, tək adamlıq dəst 2 ədəd və ya dəyəri 50 manat, qaşıq 50 ədəd, çay qaşıqı 24 ədəd, çəngəl 50 ədəd və ya dəyəri 200 manat, bıçaq naboru 1 ədəd və ya dəyəri 45 manat, bıçaq 12 ədəd və ya dəyəri 20 manat, çömçə naboru və ya dəyəri 20 manat, tefal qazan 2 dəst və ya dəyəri 360 manat, nikelli qazan naboru 1 dəst və ya dəyəri 180 manat, çuqun qazan naboru 2 dəst və ya dəyəri 80 manat, tefal qazan 1 ədəd və ya dəyəri 32 manat, tökmə qazan 2 ədəd və ya dəyəri 60 manat, çuqun vedrə 2 ədəd və ya dəyəri 40 manat, yekə teşt 3 ədəd və ya dəyəri 150 manat, qablar 2 ədəd və ya dəyəri 20 manat, nikelli ləyən 3 ədəd və ya dəyəri 45 manat, kalçuk ləyən 1 ədəd və ya dəyəri 10 manat, oxloy 1 ədəd və ya dəyəri 2.50 manat, yuxa yayan 1 ədəd və ya dəyəri 5 manat, pol silən 1 ədəd və ya dəyəri 20 manat, xörək sinisi 36 ədəd, sos sinisi 24 ədəd, kasa 36 ədəd, böyük boşqab 24 ədəd, balaca boşqab 24 ədəd, bulud qab 4 ədəd, salat qabı 24 ədəd, maskura 12 ədəd və ya onların dəyəri 200 manat, tort qabı 3 ədəd və ya dəyəri 60 manat, xurustal meyvə qabı 4 ədəd və ya dəyəri 300 manat, xurustal konfet qabı 4 ədəd və ya dəyəri 30 manat, qənd qabı ağzı qapaqlı 1 ədəd və ya dəyəri 30 manat, qapaqsız qənd qabı 12 ədəd və ya dəyəri 30 manat, qızıl rəngdə konfet qabı 4 ədəd və ya dəyəri 60 manat, şirniyyat qabı 4 ədəd və ya dəyəri 2 manat, çuqun qəfadan 2 ədəd və ya dəyəri 50 manat, üst-üstə qəfədan 2 ədəd və ya dəyəri 70 manat, şüşə çaynik 3 ədəd və ya dəyəri 20 manat, samavar 1 ədəd və ya dəyəri 100 manat, su qabı 2 ədəd və ya dəyəri 20 manat, mürəbbə qabı 12 ədəd və ya dəyəri 15 manat, su qabı 6 balası 2 dəst və ya dəyəri 100 manat, abedni serviz və ya dəyəri 300 manat, xurustal güldan 1 ədəd və ya dəyəri 50 manat, qaz balonu və ya dəyəri 35 manat, ütü və ya dəyəri 50 manat, ütü mizi və ya dəyəri 50 manat, paltar asılan və ya dəyəri 50 manat, 1 ədəd 20 qram 583 əyarlı qızıl sep və ya dəyəri 1700 manat, 1 ədəd 9 qram 583 əyarlı üzük sadə və ya dəyəri 700 manat, 1 cüt 6 qram 750 əyarlı sırğa və ya dəyəri 650 manat və ödənilmiş 162 (bir altmış iki) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar