Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1909/2023 21.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan 1998-ci il buraxılışlı “QAZ- 2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və ya dəyəri, 100 manat dövlət rüsumu və 50 manat hüquqi yardım xərci tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətində olan 1998-ci il buraxılışlı “QAZ- 2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və ya dəyəri, 100 manat dövlət rüsumu və 50 manat hüquqi yardım xərci tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan 1998-ci il buraxılışlı “QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2007-ci ildə etibarnamə əsasında 4000 ABŞ dollara Şahid satmışdır. Etibarnamə 20 il müddətində, yəni 02 fevral 2027-ci il tarixədək qüvvədədir. O, isə onun razılığını olmadan avtomobili sürmək üçün 10 aylıq müddətə X3 vermişdir. X2 üçün verilən etibarnamə əsasında avtomobili X1. X6 onunla əlaqə saxlayıb onu Şahinin göndərdiyini deyərək, onu aldadaraq ondan baş etibarnamə almışdır. Sonra isə Şükür avtomobili 13 fevral 2022-ci il tarixli etibarnamə əsasında cavabdehlər, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh1 və Cavabdeh2 satmışdır. O, bunu biləndən sonra həmin etibarnaməni ləğv etdirmişdir. Hal-hazırda Cavabdeh1 və Cavabdeh2 mülkiyətində olan 1998-ci il buraxılışlı “QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini qanunsuz olaraq özlərində saxlamış və onlardan avtomobili tələb etsə də, bundan imtina etmişlər. Hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus olan 1998-cı il buraxılışlı "QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili, avtomobilin qaytarılması mümkün olmadıqda isə onun dəyəri cavabdehlərdən alınıb ona verilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 və Cavabdeh2nın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsnin 30 iyul 2022-ci il tarixli məktubundan görünür ki, "QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsnin 30 iyul 2022-ci il tarixli məktubuna əlavə edilmiş elektron çıxarışdan görünür ki, QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh1Ağarəhim oğlunun istifadəsinə xx.xx.2022-ci il tarixli, Cavabdeh2nın istifadəsinə xx.xx.2022-ci il tarixli etibarnamə əsasında verilmişdir. Etibarnamələr xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuşdur. Dövlət rüsumu haqqında qəbzdən və hüquqi yardıma görə mədaxil qəbzindən görünür ki, İddiaçı dövlət rüsumuna görə 100 manat, hüquqi yardıma görə 50 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədıyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinin tələbinə görə Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157-ci maddəsində (mülkiyyətin müdafiəsi) göstərilir ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Göstərilən maddi normalara əsasən və işin sübuta yetmiş hallarına əsasən məhkəmə qeyd edir ki, "QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdən İddiaçı adında qeydiyyatdadır. Ona görə də onun mülkiyyət hüququndan irəli gələn mütləq tələblər irəli sürmək hüququ vardır. Nəqliyyat vasitəsi etibarnamə əsasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilmişdir, etibarnamələrin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Belə olan halda cavabdehlərin hal-hazırda avtomobil üzərində heç bir qanuni sahiblik və ya istifadə hüquqları yoxdur, onların qanunsuz sahibliyindədir. Belə olan halda avtomobil geri qaytarılmalıdır. Bundan başqa hüquqi yardıma görə 50 manat, dövlət rüsumuna görə 100 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işi üçün əhəmiyyətli olan hallara və onlara məlum olan faktları barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. Qeyd ounmuş Məcəllənin 118.3-maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, tələb təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1998-ci il buraxılışlı “QAZ-2705 yük” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və ya dəyəri, o cümlədən onlardan dövlət rüsumuna görə 100 manat və hüquqi yardıma görə 50 manat müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1909/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1909/2023
21.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver